..::Həzrəti Əli (əleyhis-salam)::..

pol aze 21 Noy 2013 / 17:09
Həzrəti Əli (əleyhis-salam)
kimdir?..(Oxuya q və paylaşaq)
Həmd və səna olsun Allaha, onun
salam və salavatı olsun bəşərin ən
yaxşısı Həzrət Məhəmməd (s) və
hidayət yolunun çıraqları olan Əhli-
beytinə (ə).
Tarixi sənədlərə əsasən İmam Əli
(ə) "Ammul-fil"-Pey ğəmbərin (s)
doğulduğu 570-ci ildən 30 il
sonra,cümə günü əzəmətli Kəbənin
daxilində dünyaya göz açmışdır. O,
həzrətin atası Əbdülmüttəlibin
oğlu Əbu Talib (imran ) anası
Fatimə binti Əsəddir. Xanım Fatimə
Əsəd qızı doqquz aylıq hamilə
olduğu halda dua etmək üçün
kəbəyə gəlir. Qəflətən Kəbənin
divarı yarılır və Fatimə Əsəd qızı
içəri girir. Sonra divar yenə birləşir.
Fatimə üç gün kəbənin içində tək
qalır. Rəcəb ayının 13-də Kəbə
həmin yerdən ayrılır,Fatimə
qucağında bir uşaq bayıra çıxır. Və
qeybdən bir səs eşidir: "Ey Fatimə!
Bu hörmətli övladının adını Əli
qoy!..."
Bu adın mənası "böyük","yüksək ",
"uca" deməkdir... indiyədək
Əmirəlmömindən (ə) başqa heç kəs
bu müqəddəs məkanda- Kəbədə
anadan olmayıbdır.
Rəvayətə görə Əbdülmüttəlibdə n
sonra Əlinin (ə) təlim tərbiyəsini
Peyğəmbər (s.ə) öhdəsinə
götürmüşdür. Əli (ə)-ın 10 yaşı
olanda Peyğəmbərə (s) iman
gətirmişdir.
Qurani- kərimdə Əli (ə) haqqında
300-ə yaxın ayə nazil olmuşdur.
İmamətin atası olan Əli (ə) 63 illik
ömründə dünyaya 36 övlad (17
oğlan 19 qız ) bəxş eləmişdir. 30 il
İmamlıq dövrü yaşayan Əli (ə) hicri
tarixinin 40-cı ilində, mübarək
ramazan ayının 19-da Kufə
məscidində Əbdürrəhman ibn
Mülcəm Muradi tərəfindən qətlə
yetirilmişdir. Şərafətli qəbri
müqqəddəs Nəcəf şəhərindədir.
Həmin gecə Əli (ə) evdən çıxanda
ördəklər səs –küy qaldırır, toyuqlar
qaqqıldaşırdıla r. Amma çox
çəkmir ki, övladları Əli (ə)- ın
qarşısını kəsib deyirlər: "atacan,
səni məscidə getməyə
qoymayacağıq, gərək öz yerinə
başqasını göndərəsən!".
Həmin axşam Əli (ə) üçün çox
səfalı bir gecə idi. Sübh azanını özü
çəkirdi. Səhərin aşılmasına yaxın
minarəyə çıxaraq "Allahu əkbər"
nidasını ucaltdı. Azandan sonra
minarə ilə vidalaşaraq dedi: "Ey
sübh! Ey dan yeri! Ey günəşin
erkən vaxtı!Əli bu dünyaya göz
açandan elə bir gün olubmu ki,
sənin dan yerin sökülsün və onun
gözləri yuxuda olsun?. Əlinin
gözləri bundan sonra həmişəlik
yuxuya gedəcəkdir"....
Həzrəti Əli (ə) barəsində
deyilənlərdən bir neçəsini
diqqətinizə çatdırırıq:
Əbu bəkir bin qühafə- "məni rahat
buraxın, mən sizin ən xeyirliniz
deyiləm, Əli (ə) sizin aranızdadır".
Ömər bin Xəttab –"Əli (ə)
olmasaydı, ömər həlak olardı. Biz
Peyğəmbərin (s.ə) dövründə Əliyə
(ə) ulduza baxdığımız kimi
baxırdıq".

[cavab]

pol mila99 21 Noy 2013 / 17:20
twk qaqaw

[cavab]

pol aze 21 Noy 2013 / 17:24
mila99, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.153 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az