..::Zəm-Zəm Suyu Haqqında::..
aze
21 Noy 2013 / 04:42
Zəm-zəm suyu (ərəbcə ﺯﻣﺰﻡ)
— Kəbənin yaxınlığında
müqəddəs bulaq suyu.
Zəm-zəm ərəbcə "alçaq səslə
danışmaq" mənasını verir. Bu
quyu Kəbə qapısı ilə üz-üzə
yerləşir. İbrahim peyğəmbərin
Hicazda qoyub getdiyi körpə,
İsmayıl və onun anası Hacər
susuzluqdan əziyyət çəkərkən
möcüzə baş vermiş, körpənin
ayaqları altından su fəvvarə
vurmuşdur. Dərinliyi 18, eni 14
addım olan Zəm-zəm quyusu
İbrahim peyğəmbərin
dövründən bu günə kimi Həccə
gələn zəvvarlara, Məkkə və
Mədinə şəhərlərinə milyon
tonlarla su verir.
Bütün hədis və rəvayətlərdən
aydın olur ki, Zəm-zəm ac olan
insanın aclığını, susuz olanın
susuzluğunu götürür, ən əsası
isə xəstələrə şəfa verir.
Zəm-zəm Allahın
möcüzələrindən biridir. Bu
açıq-aydın quyuda aparılan
tədqiqatlarda görsənmişdir.
Belə ki, quyunu araşdırarkən
onun mənbəyi tapılmamışdır.
Bunu öyrənmək üçün
tədqiqatçılar su çəkən
nasoslardan istifadə etdilər,
ancaq nasos suyu çəkdikcə bir
möcüzə baş verdi ki, su öz
səviyyəsindən enmirdi. Nə
qədər cəhd edilsə də hər şey
bu möcüzə qarşısında aciz
qaldı. Zəm-zəm quyusunun dibi
tam sudur. Oradan təzyiqlə
çıxan su həqiqətən də
nasosların aciz olduğunu
göztərirdi. Bunu görən
tədqiqatçılar sonralar tədqiq
etdilər ki, Zəm-zəm quyusunun
divarlarında heç bir sızıntı
yoxdur. Quyuya su yerin
dərinliklərindən gəlir, hansı ki,
heç vaxt tükənməzdir. Hətta
dünyanın hər yerində su
qurusa belə, Zəm-zəm
tükənməz. O dünyada olan hər
bir insana bəs edər. Bundan
başqa Zəm-zəm suyu Avropa
laboratoriyalarında da
öyrənilmişdir. O öz möcüzəsi ilə
hamını heyrətə gətirdi. Belə ki,
Zəm-zəm suyunun tərkibində
başqa sulara nisbətən kalsium
və maqnezium daha çoxdur.
Bu isə susuzluğu aradan
götürür. Ən maraqlısı isə odru
ki, Zəm-zəm suyunu mikrobları
məhv edən florla zəngindir. Bu
isə onun necə də böyük
möcüzə olmasını göstərir.
Yüz illərdir ki, bu su öz
keyfiyyətini itirmir, qurumur,
suyun həcmi azalmır, tükənmir,
onun tərkibinə heç vaxt xlor
əlavə edilmir. İllərlə saxlansa
belə xarab olmur, öz
keyfiyyətini quyudan təzə
çıxmış kimi saxlayır. Başqa
quyulardan fərqli olaraq onun
divarlarında mamır və başqa
bitkilər bitmir.
Yaponiyalı alim Masura Emoto
üzərində təcrübə apararaq
təsdiq etmişdir ki, bu su son
dərəcə səslərə həssasdır. Su
zəng səsi ilə qaralır, azan və
Qurani-Kərim oxunduğundan
isə aydınlaşır[1].
[cavab]
ErRoR_MEDVED
21 Noy 2013 / 04:48
MasAllah,ne gozel,InseAllah qismet olsa bizlerde gedib o sudan icerik
[cavab]
CEKA21
21 Noy 2013 / 04:53
aze, cox gozeldi. Hz ibrahime baxmisam cox gozel kinodu. Zem zem suyunnan bizde var qonsumuz ordan getirib cox gozel sudu. İnsallah hamimiza gedib ordan zem zem suyundan icmek nesib olar Amin. Sizede tsk Allah razi olsun
[cavab]
aze
21 Noy 2013 / 04:53
ErRoR_MEDVED, Inşallah,Allahın kömekliyi ile.Allah razı olsun
[cavab]
aze
21 Noy 2013 / 04:55
CEKA21, Allah razı olsun,28mayda da satırlar..inşallah
mende de Kərbəla torpagı var,inşallah gelen il gedirem Kərbəlaya,hamınıza qismet inşallah
red. aze (21.11 /04:57)
[cavab]
CEKA21
21 Noy 2013 / 04:56
aze, dogurdan satildigini bilmirdim
[cavab]
aze
21 Noy 2013 / 04:59
CEKA21, dini magazadi,her şeyi ordan aliram..1manat 50qepikdi butulkasi
[cavab]
CEKA21
21 Noy 2013 / 05:00
aze, bilirem taniyiram o dukani zem zem suyunun satildigini bilmirdime
[cavab]
aze
21 Noy 2013 / 05:03
CEKA21, satilir üzerinde erebce de yazilib...Məkkədən ixrac olur Türkiyeden ölkemize getirirler..magazanin adi nedir?
[cavab]
CEKA21
21 Noy 2013 / 05:07
[b]aze Ayda Allah haqqi yadimnan cixibe siz dediyiniz hansidi??
[cavab]
Bölmeye qayıt