..::Quran oxunan zaman susub,onu dinləmək vacibdirmi?::..

pol aze 21 Noy 2013 / 03:43
Quran oxunan zaman susub, onu
dinləmək vacibdirmi?
Cavab: Bu barədə Quranda
buyurulur: «Quran oxunan zaman,
onu dinləyin və susun ki, bəlkə
rəhm olunasınız» .{Əraf} surəsi,
ayə 204
İbn Əbbas nəql edir ki, ilk əvvəllər
müsəlmanlar namaz zamanı
söhbət edər, bir-birlərinə sual
verərdilər. Yuxarıdakı ayə nazil
olduqdan sonra namaz zamanı
əlavə danışıqlar qadağan edildi.
Bəs başqa vaxtlar necə, Quran
oxunarkən danışmaq olarmı?
Rəvayət olunur ki, imam Sadiq (ə)
buyurmuşdur: «İstər namaz vaxtı,
istərsə də başqa vaxtlar Quran
oxunduğunu eşidərkən susub, onu
dinləmək lazımdır». Hətta, bəzi
hədislərə əsasən, Quran
oxunduğunu eşidən pişnamaz
yaxşı olar ki, ayə qurtaranadək
susub, onu dinləsin.
Yuxarıda deyilənlərdən aydın olur
ki, Quran oxunduğunu eşidən
zaman, susmaq çox bəyənilmiş bir
işdir. Bununla belə susmaq, vacib
deyildir. İslami mənbələrdə belə bir
mülahizə də vardır ki, cəmiyyət
namazında iqtida edənlərin
namazın birinci və ikinci
rəkətlərində qiraət zamanı sakit
dayanması uyğun ayədəki
göstərişə əsaslanır. Amma bu
halda da, susmaq vacib deyildir
(İqtida edən şəxs astadan zikr edə
bilər).

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2163 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az