..::Həzrət Abbas::..

pol aze 20 Noy 2013 / 19:15
Hicri təqvimi ilə 26-cı il, rəcəb
ayının dördüncü günü
Kərbəla ələmdarı, Neynəva
saqi, Bəni-Haşimin Qəməri
həzrət Əbülfəzl Abbas
dünyaya göz açdı. (. (Vəqaye
və həvadis, c. 3, səh. 30)
O həzrətin əziz atası
təqvalılar mövlası,
Əmirəlmöminin Əli (ə), uca
məqamlı anası isə Ümmi-bəni
ləqəbli, Fatimə Kəlabiyədir. O
mübarək doğulmuş uşağın
qundağının əziz atası
Əmirəlmömininin əlinə (ə)
verdilər. İmam onu görəndə
mübarək gözərində gözləri
yaşla doldu. Sonra
peyğəmbərin (s) sünnəsinə
uyğun olaraq onun sağ
qulağına azan, sol qulağına
iqamə oxudu. Sonra Ümmil-
bənindən soruşdu: “Onu necə
adlandırdınız?”O dedi: Mən
heç bir işi sizdən öncə yerinə
yetirməmişəm. Bəyəndiyiniz
hər hansı adı ona seçin.
Əmirəlmöminin buyurdu: “ Bu
uşağı əmimin adı ilə - Abbas
adlandırıram.”
Həzrət Abbasın künyəsi
Əbülfəzldir. Çünki o həzrətin
həyatı başdan-başa fəzilət
və ütsünlükdən ibarətdir.
Onun ən məşhur ləqəbləri:
Qəməri-bəni-haşim, Babül-
həvaic, Babül-Hüseyn (ə),
Səqqa, Əbdü Saleh, Əl-Həvasi
(fədakarlıq edən), Sədiq,
Sahibül-ləva (bayraqdar).
(Çehreye-derəxşane- qəməre
bəni- haşim, Əbülfəzlil-Əbbas:
c. 1, səh. 147).
Həzrət Abbas (ə), xoş simalı
və gözəl idi. Ona görə də
onun ləqəbi “Bəni-Haşimin
Ayı”- dır. Uca qamətli güclü
qollara sahib idi. Ata süvar
olanda o həzrətin dizi, atın
boğazına çatardı. Allahın
Cəlal və Cəbərutun məzhəri
idi. Şücaət və (gözəl)
sifətlərdə İmam Hüseyndən
(ə) sonra Əmirəlmöninin (ə)
ölvadlarının öncülü idi.
O həzrət bir parça iman və
bəsirət idi. İmam Sadiq (ə)
onun ziyarətnaməsində belə
buyurub: “Şəhadət verirəm
ki, sən, bir an da olsa, süstlük
göstərməyib, qayıtmamısan.
Sənin addımların dinin iman
və bəsirətində0 iz qoyub.
( Kamilül-ziyarat, səh. 786.)
Başqa bir yerdə buyurub: “
Bizim əmimiz Əbbas (ə), iti
(açıq) gözlü və möhkəm
imanı var idi. Qardaşı ilə
birgə cihad edib, Allahın
imtahanından qalib çıxıb və
şəhadətlə həyat köçünü
yığdı.” (Ə`yanüş-şiə, səh.
786)Sonda o həzrətin
məqamı haqqında İmam
Baqirin (ə) buyurduğu (ə)
rəvayəti sizə təqdim edirik:
Qiyamət qopanda
Peyğəmbəri-əkrəm (s),
Əmirəlmömininə (ə)
buyurucaq: Fatiməyə de,
ümmətin şəfaəti üçün Allahın
dərgahına nəyi (ərz) təqdim
edirsən? Həzrət Əli (ə) onun
sözünü çatdıracaq və
cavabında o böyük xanım
buyuracaq: “ Oğlum Abbasın
kəsilmiş iki əli, bu məqam
üçün kifayətdir. ( Məalüyül-
Sibtəyn, c. 2, səh. 452).

[cavab]

pol aze 20 Noy 2013 / 20:08
Həzrət Əlidən (ə) tərbiyə alan
Həzrət Əbülfəzl bütün insani
dəyərləri və xüsusiyyətləri
özündə təcəssüm etdirən bir
şəxs olmuşdur. öz şücaəti,
qəhrəmanlığı ilə tarixə silinməz
və əvəz olunmaz izlər salmışdır.
Imam Cəfər Sadiq (ə) belə
buyurur: "Bizim əmimiz
Həzrət Əbülfəzlin (ə) dolğun
təfəkkürü, geniş baxışı və
güclü imanı var idi. O (ə),
Imam Hüseynlə (ə) birgə
zalım Yezidə qarşı sonadək
mübarizə apardı. O Həzrətin
(ə) yolunda canını fəda edib
şəhid oldu."
Imam Səccad (ə) o həzrətin (ə)
barəsində belə buyurur: "Həzrət
Abbas (ə) təlim görməmiş
alimdir. çünki o, ilahi elmin
mənbəyi, Həzrət Peyğəmbərin
varisi və vəlisi Həzrət Əlinin (ə),
həmçinin behişt cavanlarının
ağaları olan Həsən (ə) və
Hüseynin (ə) elmindən
faydalanmışdır."
O Həzrətin (ə) şücaəti və
qəhrəmanlığı barəsində tarixçi
Xarəzmi belə nəql edir: "Siffeyn
müharibəsində misilsiz şücaəti,
yüksək qılınc oynatmaq
qabiliyyəti hamını valeh etmişdi.
Müaviyə suyu Həzrət Əlinin (ə)
ordusunun üzünə bağladıqdan
sonra Əbülfəzl (ə) meydana
çıxaraq qarşı tərəfdən döyüşçü
istədi. Bu zaman Müaviyə Əbu
Şəsanı çağırıb dedi ki, sən Şamın
ən cəngavərisən, bunu öldür ki,
başqalarına ibrət olsun. Lakin o,
özü getməyib oğlunu göndərdi.
Əbülfəzl (ə) ardıcıl olaraq onun
yeddi oğlunu öldürdü. Bunu
görən əbu Şəsa qəzəbli şəkildə
meydana daxil oldu. Həzrət
Əbülfəzl (ə) onu da məğlub
edərək öldürdü." Xarəzminin nəql
etdiyinə əsasən bundan sonra
Müaviyənin qoşunundakılardan
onunla vuruşmağa heç kim
cəsarət etmədi.

[cavab]

pol aze 20 Noy 2013 / 20:10
Həzrət Əbülfəzin (ə) məqam və
fəziləti barəsində sadəcə bir
məsələni qeyd etmək kifayətdir
ki, o Həzrətin (ə) hənsı məqama
sahib olduğunu görək. Belə ki,
məsum şəxsə yalnız məsum olan
bir şəxs qüsl verib namaz qıla
bilər. Həzrəti Muhəmmədə (s)
Həzrət Əli (ə) qüsl verərkən ona
Fəzl ibn Abbas və ibn
Əbdülmttəlib su tökməklə kömək
edirdilər. Lakin onlar parça ilə
gözlərini bağlayaraq bunu
etmişlər ki, Peyğəmbərin (s)
mübarək bədənini görməsinlər.
çünki qeyri-məsum şəxslər
məsum şəxsin bədənini görsələr
kor ola bilərlər. Amma Imam
Hüseyn (ə) Imam Həsənə (ə), qüsl
verərkən Həzrət Əbülfəzl (ə)
gözü açıq iştirak etmişdir.
Həzrət Əbülfəzl (ə) ömrünü
qardaşı Imam Hüseynin (ə)
yanında keçirmiş və daim ona
sadiq qalaraq atasına verdiyi
vədə əməl etmişdir.
Kərbəla şəhidləri arasında öz
yüksək məqamı ilə ad qazanan
Həzrət Əbülfəzl (ə) ömrünün
sonuna qədər zalımlara qarşı
mübarizədən çəkinməyərək
Allahın hüccətinni
qəhrəmancasına müdafiə
edərkən, Əhli Beyt (ə)
xanədanına su gətirərkən Fərat
sahilində şəhadətə yetişdi. Hələ
Tasua gecəsi qarşı tərəfdən
gələn "amannamə"yə yox cavabı
verən Həzrət Abbas (ə) bir daha
öz vəfasını göstərdi. Imam
Səccad (ə) Həzrət Əbülfəzlin
məqamının şəhid məqamından
üstün olduğu barədə belə
buyurur: "Allah Təala əmim
Abbasa (ə) rəhmət eləsin. O,
həqiqətən canından keçib özünü
qardaşına fəda elədi, Allah-Təala
onun kəsilmiş qollarının əvəzinə
əmisi Cəfər Təyyar kimi iki qanad
vermişdir ki, mələklər kimi
uçaraq cənnətə daxil olsun. Onun
Allah Təala yanında elə bir
məqamı var ki, Qiyamət günü
bütün şəhidlər ona qibtə edər və
onun məqamını təmənna
edərlər." Imam Sadiq (ə) Həzrət
Əbülfəzl (ə) haqqında belə
buyurur: "Ilahi haramları sənin
haqqında halal bilən və səni
öldürməklə islamın hörmətini
tapdalayanlara Allah lənət
eləsin."

[cavab]

pol aze 20 Noy 2013 / 20:11
Əbülfəzlin (ə) Kərbəladakı
qəhrəmanlığı barəsində Təbəri
belə yazır: "Məhərrəm ayının 7-
də Imam Hüseyn (ə) ordusunu
mühasirəyə alaraq suyu onların
üzünə bağladılar. Əbülfəzl (ə) su
gətirmək üçün Imam Hüseyndən
(ə) icazə alaraq 30 atlı, 20 piyada
və 20 su tuluğu ilə Fərat çayına
tərəf yollandı. çaya yetişdikdə
suyun qarşısını kəsən düşmən
qoşunu ilə rastlaşdılar. Bir dəstə
onlarla vuruşduğu halda digər
dəstə tuluqları su ilə doldurub
oranı tərk etdilər. Döyüşçülər
arasında öz şücaəti ilə Həzrət
Abbas (ə) düşmənin gözünü
elə qorxutmuşdu ki, heç kim
ona yaxınlaşıb döyüşmək
istəmirdi."
Aşura gecəsi Imam Hüseyn (ə) öz
xeyməgahında ibadətlə məşğul
olarkən Həzrət Əbülfəzl (ə) onu
mühafizə etmiş və daim Əhli
Beytin (ə) xidmətində
durmuşdur. O gecə Həzrət
Əbülfəzl (ə) qardaşlarına xitab
edərək buyurdu: "Bu gün elə bir
gündür ki, gərək cənnəti satın
alaq və canımızı Imam Hüseynə
(ə) fəda edək. Bunu ona görə
etmirik ki, biz onun
qardaşlarıyıq, bunu ona görə
edirik ki, Imam Hüseyn (ə)
Allahın yer üzündəki hüccətidir."
Bunu eşidən Imam Hüseyn (ə)
buyurdu: "Ey qardaş, aləmlərin
Rəbbi sənə əcr versin."
Aşura günü haqqın bayraqdarı
olan Əbülfəzl (ə) Imamın
göstərişi ilə meydana gedən son
şəxs oldu. Bütün səhabələr
meydana getmək üçün Imam
Hüseyndən (ə) icazə alaraq
növbə ilə meydana getdiyi halda
Həzrət Əbülfəzl (ə) Imam
Hüseynin (ə) əmrini gözləyirdi.
Sonda o, Imam Hüseyndən (ə)
icazə alaraq su gətirmək üçün
Fərata yollandı. Zalımlarla üzləşən
Həzrət Əbülfəzl (ə) ilk növbədə
onları haqqa tərəf səslədi, lakin
onlar buna etina etməyərək öz
zülmlərindən əl çəkmədilər.
Həzrət Əbülfəzl (ə) tuluğu ilə
su doldurub qayıdarkən
Onun (ə) sağ əlini kəsdilər.
Bir müddət sol əli ilə
vuruşduqdan sonra Həzrətin
(ə) sol əlini də kəsdilər.
Ancaq Kərbəla ələmdarı
bayrağın yerə düşməsinə
imkan verməyərək onu
sinəsinə sıxaraq saxladı. Hər
tərəfdən o Həzrəti (ə) ox və
nizə ilə yaraladılar. Həzrət (ə)
fəryad edərək buyurdu:
"Məndən sənə salam olsun ey
əba Əbdullah." Bunu eşidən
Imam Hüseyn (ə) onun
yanına gələrək Həzrətin (ə)
mübarək başını qucaqlayaraq
buyurdu: "Indi belim sındı,
çarəm azaldı və düşmənin dili
açıldı."

[cavab]

pol aze 20 Noy 2013 / 20:12
Həzrət Əbülfəzl (ə) Kərbəlada
Imam Hüseynin (ə) hərəminin
yaxınlığında dəfn olunub.
O Həzrəti vasitə bilib sidq ürəklə
Allah Təaladan istənilən hacətlər
tezliklə qəbul olur. Elə bu səbəbə
görə o Həzrəti (ə) "Hacətlər
qapısı" daadlandırırlar.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1364 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az