..::Imam Hüseynin (ə) qatillərindən biri- Übeydullah ibn Ziyadın aqibəti::.
aze
19 Noy 2013 / 05:03
İmam Hüseynin (ə) qatillərindən
biri - Übeydullah ibn Ziyadın
aqibəti
Kərbəla faciəsinin qanlı
cinayətkarların dan biri də
Übeydullah ibn Ziyaddır. Onun
atası Ziyad hicrətin birinci ilində və
ya Bədr döyüşü baş verən gündə
anadan olmuşdur. Atasının kimliyi
mübahisə obyektidir.
Camaat onu Übeyd Səqəfinin oğlu
kimi qəbul edirdi. Amma Əbu
Süfyan həmişə iddia edirdi ki,
Ziyadın əsl atası odur. Elə buna
görə hicri 44-cü ildə Müaviyə ibn
Əbu Süfyan Ziyadı rəsmən öz
qardaşı adlandırmış və bu barədə
hər yerə car çəkdirmişdi.
Ziyad xəlifə Ömər ibn Xəttab
tərəfindən Bəsrə valisinə köməkçi
göndərildi, əvvəlcə Müğeyrə ibn
Şöbənin, daha sonra Əbu Musa
Əşərinin katibi və Bəsrə beytül-
malının xəzinədarı oldu. Imam Əli
ibn Əbu Talib (ə) onu Fars
vilayətinin valisi təyin etdi. Ziyad o
həzrətin şəhadətinə kimi səbrlə
dözdü və Əhli-beyt tərəfdarlarına
qarşı ürəyindəki kin-küdurəti
aşkara çıxarmadı.
Imam Əlinin (ə) şəhadətindən
sonra Ziyad Müaviyənin tərəfinə
keçdi. Müaviyə onu öz qardaşı
adlandırdıqdan sonra Iraqın
ixtiyarını ona verdi, daha sonra
Xorasan və Fars vilayətlərinin
hakimliyini də ona həvalə etdi.
Ziyad bu yerlərdə çox zülmlər
törətdi, yüzlərlə Əhli-beyt
tərəfdarını sürgün etdi, bəzilərini
qətlə yetrdi. Ziyadın zülmü o yerə
çatdı ki, camaat Imam Həsənə (ə)
ondan şikayət etdi. Imamın duası
ilə Ziyadın bir əlinin baş
barmağında şiş əmələ gəldi, şiş
getdikcə böyüyüb boynuna kimi
yayıldı, nəhayət, hicri 53-cü ildə
Ziyad bu xəstəlikdən öldü.
Ziyadın oğlu Übeydullah atasından
sonra Müaviyənin əmri ilə əvvəlcə
Xorasan vilayətinə vali təyin
olundu. Iki ildən sonra Müaviyə
Bəsrə şəhərini ona təslim etdi.
Übeydullah da atası kimi Əhli-
beytin qatı düşməni idi. Iraqda bir
neçə məscid tikdirib, bu
məscidlərin minbərindən Həzrət
Əliyə (ə) lənət oxutdururdu. Onun
xəbisliyinin səbəbini əsl-
nəcabətində axtarmaq lazımdır.
Übeydullahın anası Mərcanə adlı
kəniz idi və əxlaqsızlıqda ad
çıxarmışdı. Hətta Həzrət Zeynəb
Kufədə söylədiyi xütbədə
Übeydullahı “yəbnə Mərcanə” (ey
Mərcanənin oğlu) adlandırmışdı ki,
bu da ərəblərdə böyük rüsvayçılıq
və təhqir sayılır.
Imam Hüseyn (ə) əmisi oğlu
Müslim ibn Əqili kufəlilərin dəvəti
ilə bu şəhərə göndərəndən sonra
xəfiyyələr Yezidə məktub yazdılar
ki, Kufə valisi Nöman ibn Bəşir
süst davranır, şəhərə nəzarət edə
bilmir və tezliklə Müslim bütün
Kufənin ixtiyarını ələ alıb Hüseyni
(ə) bura çağıracaq. Ona görə də
Yezid Nömanı vəzifəsindən azad
edib, o zamanlar Bəsrə valisi olan
Übeydullahı həm də Kufə şəhərinə
vali təyin etdi. Übeydullah Kufəyə
girəndən sonra qısa müddət
ərzində şəhəri özünə tabe etməyə
nail oldu. Müslimə beyət edənlər
dağıdıldı, Müslim tək qalıb ələ
keçirildi və qətlə yetirildi. İbn
Ziyadın başçılığı altında toplanmış
qoşun Ömər ibn Səd ibn Əbu
Vəqqasın bilavasitə rəhbərliyi ilə
Imam Hüseynin (ə) üzərinə yola
düşdü və Kərbəla səhrasında
məlum faciə baş verdi. Döyüş
əməliyyatına Kufədən nəzarət və
rəhbərlik edən Übeydullah ibn
Ziyad bu faciənin əsas
səbəbkarlarında n biridir.
[cavab]
aze
19 Noy 2013 / 05:05
Əsir düşmüş Əhli-beyt üzvləri min-
bir əziyyətlə Kufəyə – Ibn Ziyadın
sarayına gətirildilər. Ibn Ziyad
burada Imam Hüseynin (ə) kəsik
başını çubuqla vurub təhqir etdi,
əsirlərin qarşısında öz qələbəsi ilə
öyündü. Amma Həzrət Zeynəbin
və Imam Zeynül-abidinin (ə)
parlaq xütbələri Ibn Ziyadın çirkin
simasını faş etdi, onun mənfur və
xəbis niyyətini bütün şəhər
əhalisinin gözləri qarşısında
sərgilədi.
Kərbəla faciəsindən sonra Ibn
Ziyad Əməvi hökumətinə daha bir
neçə dəfə xidmət göstərdi. Yezidin
ölümündən və vəliəhd Ikinci
Yezidin hakimiyyətdən imtina
etməsindən sonra yaranmış
qarışıqlıq fonunda Übeydullah
əvvəlcə xilafət tacını ələ keçirmək
istədi. Amma məqsədinə çata
bilməyəcəyini anlayanda Iraq
torpaqlarını buraxıb Şama qaçdı.
Burada ustalıqla manevr edib
Mərvan ibn Həkəmin hakimiyyətə
gəlməsinə şərait yaratdı. Daha
sonra Imam Hüseynin (ə)
intiqamını almaq şüarı altında
qiyam qaldırmış təvvabın (tövbə
edənlər) hərəkatını darmadağın
edib, minlərlə Əhli-beyt tərəfdarını
qanına boyadı. Nəhayət, Əməvi
xəlifəsi Əbdülməlik ibn Mərvanın
əmri ilə Muxtarın üzərinə qoşun
çəkdi. Hicri 67-ci ildə tərəflər
arasında baş vermiş şiddətli
döyüşdə Muxtarın qoşununa
başçılıq edən Ibrahim ibn Malik
Əştər Übeydullah ibn Ziyadı qılıncla
iki yerə bölüb cəhənnəmə vasil
etdi.
Ibrahim Übeydullahın başını kəsib
Muxtara göndərdi. Muxtar da onu
Imam Əlinin (ə) oğlu Məhəmməd
ibn Hənəfiyyəyə yolladı.
Mühəmməd başı görəndə şükr
səcdəsi etdi, sonra onu Mədinəyə –
Imam Zeynül-abidinə (ə) göndərdi.
Übeydullahın başını Imam Zeynül-
abidinin (ə) hüzuruna gətirəndə
o həzrət yemək yeyirmiş. Imam
qalxıb şükr səcdəsi etdi, sonra
buyurdu: “Atamın kəsik başını
Übeydullahın hüzuruna gətirəndə
o, süfrə arxasında oturub yemək
yeyirdi. O zaman Allaha dua etdim
ki, eyni vəziyyətdə intiqamımı
alana kimi mənə ömür versin. Indi
duam yerinə yetdi”. Bəzi
rəvayətlərə görə, Muxtar kəlləni
aparan adama tapşırmışdı ki,
Imam yemək yeyəndə Onun
hüzuruna daxil olsun. Imam
Zeynül-abidin (ə) hər gün günorta
vaxtı iri süfrə açıb ehsan verərdi.
Həmin gün camaat ehsana
toplaşanda qasid gəlib
Übeydullahın kəsik başını təhvil
verdi.
Deyirlər ki, Übeydullahın kəlləsini
Muxtarın yanında yerə qoyan kimi
iri bir ilan gəlib onun ağzından
girdi və burun dəliyindən çıxdı, bu
hadisə bir neçə dəfə təkrar oldu.
Salnamələrdə yazılıb ki, Imam
Hüseynin (ə) şəhadətindən sonra
Əhli-beyt matəm saxlayırdı. Bəni-
Haşim qadınları gözlərinə sürmə
çəkmir, saçlarına həna
qoymurdular. Bu, Übeydullahın
qətl xəbəri gəlib-çatana kimi
davam etdi, yalnız bundan sonra
Əhli-beyt üzvləri matəmdən
çıxdılar.
[cavab]
ErRoR_FiGhT
19 Noy 2013 / 11:30
ALLAH RAZI OLSUN qardas...
[cavab]
Mr_PsiXxX
19 Noy 2013 / 13:36
allah razi olsun exim
[cavab]
ErRoR_KraLichA
19 Noy 2013 / 16:00
ALLAH RAZI OLSUN..
[cavab]
aze
19 Noy 2013 / 16:12
ErRoR_FiGhT, Allah razı olsun
[cavab]
aze
19 Noy 2013 / 16:13
Mr_PsiXxX, Allah sene yar olsun
[cavab]
aze
19 Noy 2013 / 16:13
ErRoR_KraLichA, Allah size yar olsun
[cavab]
ViP_BrenD
19 Noy 2013 / 17:51
devet edin kalxoza
red. ViP_BrenD (19.11 /17:52)
[cavab]
Bölmeye qayıt