ozunuzu yox ailenizin budcesin duwunun

pol Guvenc 19 Noy 2013 / 03:16
İşdən evə yorğun-arğın qayıdırdı. Qapıda onu 5 yaşlı oğlu qarşıladı.İçəri yenicə girmişdi ki, oğlu soruşdu...
- Ata, bir saata nə qədər pul qazanırsan?
Yorğunluq onu əldən salmışdı. Cavab verməyə də taqəti yox idi. Odur ki, ancaq, "Bu sənin işin deyil", - deyə bildirdi. Deyəsən oğlunun "geri çəkilmək" fikri yox idi. Suali bir də təkrar elədi. Artıq "təslim olmaqdan" başqa bir çarə yox idi və başını bulayaraq, "Bir manat oğlum, bir manat", - dedi.
Oğlu tələsik "Onda mənə 40 qəpik borc verə bilərsən?" - deyə dilləndi. Artıq dayana bilmədi və "Mənim sənin mənasız oyuncaqlarına verməyə pulum yoxdur. Yaxşısı budur, öz otağına get və qapını arxadan bağla", - dedi. Uşaq səssizcə çıxıb getdi.
Aradan bir saat keçmişdi. Artıq əsəbiləri sakitləşmişdi. Birdən yadına düşdü ki, oğlundan pulu niyə istədiyini soruşmayıb. "Bəlkə doğrudan da ona pul lazımdır?", - deyə düşündü.
Oğlunun otağına getdi. Yavaşca qapını açdı. "Yatmısan?" - deyə soruşdu. Oğlu "Yox", dedi. "Al, bu da sənin 40 qəpiyin. Bir az əvvəl səninlə çox sərt danışdım. Bilirəm incimisən. Ancaq çox yorulmuşdum".
Uşaq təşəkkür edib pulu aldı, sonra yastığının altından qəpikləri çıxarıb saymağa başladı. Bunu görən ata hövsələdən çıxdı və "Pulun var idisə məndən niyə istəyirdin?" - dedi.
Uşaq sakitcə, "Pulum var idi, ancaq çatmırdı", -dedi və həyəcan dolu bir təbəssümlə əlindəki pulları atasına uzatdı: "Buyur ata, bu bir manatı al.İndi mənə bir saat ayıra bilərsənmi?"
kim oxudusa rey bildirsin:

[cavab]

pol VIP_MaestrO 19 Noy 2013 / 03:20
Alla kasibciliqin evin yixsin o qeder isleyirik ki ovladlarimiza lazimi diqqeti vere bilmirik.

[cavab]

pol GARDINER 19 Noy 2013 / 03:38
heqiqeten tesirlendim

[cavab]

pol Mr_PsiXxX 19 Noy 2013 / 03:39
kasib oldun gunun qaradi....

[cavab]

pol PORSCHE 19 Noy 2013 / 03:55
(((((

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2182 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az