..::Sadəcə Dua Etdim::..

pol aze 18 Noy 2013 / 02:44
Mənə çox pisliklər edilməsinə
rəğmən bəd-dua etmədim, sadəcə
laiqdirlərsə hidayət deyillərsə
qarşılığını laiqli şəkildə ALLAHın
verməsini istədim. Mənə çox
yalanlar danışılmasına rəğmən
onlara qarşı bəd-dua etmədim,
sadəcə üzüldüyümü söylədim və
göstərdim. Hər zaman mənə
yanındayam deyən insanlar belə,
bu sözləriylə yalan söyləmiş
olsalarda mən uzaqlaşdım, özümə
qapandım. Gözlədim ki, belkə
yalanlarını doğrularla əvəz edərlər.
Bəlkə həqiqətəndə mənim
yanımda olmağa qərar verərlər.
Amma gözləməyim heçnəyi
deyişdirmədi və heləki mən
yalnızam. Ancaq nə qədər uzgün
olsamda və gələcəkdə nə qədər
xoşbəxt, gülərüz ola bilsəmdə hər
zaman varlığına inandığım,
rəhmətinə şükür etdiyim RƏBBim
olub və olacaq. (inşəALLAH) Mən
nə qədər üzgün olsamda bu gün
məni Duyan, tənha buraxmayan,
səsimə sözün həqiqi mənasında Öz
dostluğu və köməyi ilə səs verən
RƏBBimə, sonsuz şükürlər edirəm.
Mən insanlara qəlbimi
döndərmədim, Yaradana xatir
yarananı sevdim və daima
insanlardan sevgi, sədaqət
gözlədim. Bunu gözlədiyimidə heç
kimdən çəkinmədən, gizlətmədən
söylədim. Kaş deyən anlarım çox
olsada, bu kəlməni işlətməməyə,
geriyə dönüb baxmamağa
çalışdım. Amma bacarmadım
insanların pisliklərini və yalanlarını
unutmağı. Həmin insanlar daima
mənim duamdadır. Əli (ə) bir
sözünü mən eşidib və sonralar
dərk etmişəm. (Mən mömin bəndə
deyiləm, olsam belə bunu yalnız
ALLAHu təala bilər). Bir gün
Peyğəmbər (s.a.ə.s) Məsciddə
eyləşən insanlara sual verir və
istədiyi, yəni doğru cavabı
almadığında yenicə qapıdan içəri
daxil olan Əli (ə) sualını ünvanlayır.
Ey Əli sənə pislik edənə nə
edərsən? Yaxşılıq edərəm ya
RəsulALLAH. Bəs bir daha etsə nə
edərsən? Yenə yaxşılıq edərəm ya
RəsulALLAH. Yeddi dəfə bu sualı
Peyğəmbər (s.a.ə.s) verir, Əli (ə)
eyni cavabı verir. (Qeyd edimki Əli
həqiqətəndə bunu qəlbən deyən
və edə biləcək şəxsdir) Ey mənə
pislik edən və yalan söyləyənlər!
Mən sizi duamda hidayətlə yada
salıram, sizə bir günahkar bəndə
olaraq dua edir və hidayət
arzulayıram. Amma siz mənə
etdiyiniz pisliyi və yalanları,
yaxşılıqla əvəz etmirsiz. Bəd-
duamda heç kimə yer yoxdur,
lakin mən hər zaman olduğu kimi
üzüntümü yaşayıram. Mənim
özüm üçün üzüntüdən başqa
edəcəyim, sizin üçün isə əlimdən
gələn yaxşılığı etməkdən başqa bir
şeyim yoxdur.

[cavab]

pol Elikram 18 Noy 2013 / 02:45
aze, hemiseki kimi

[cavab]

pol aze 18 Noy 2013 / 02:48
Elikram, Allah razı olsun

[cavab]

pol tutu 18 Noy 2013 / 02:52
aze, Allah razi olsun

[cavab]

pol Mecnun 18 Noy 2013 / 02:57
Çox gözəl sözlərdir! :-)

[cavab]

pol aze 18 Noy 2013 / 03:07
tutu, Allah size yar olsun

[cavab]

pol aze 18 Noy 2013 / 03:08
Mecnun, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2278 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az