B.Vahabzadə.unutdurdur sən mənə
L_SimuS
17 Noy 2013 / 06:59
Xəyalınla, fikrinlə
Həmişə sərxoşam mən.
Unutmuşam özümü,
Dönüb sən olmuşam mən.
Öz könlümün səsindən,
Öz könlümə ün düşüb
Dağlar başı qaralıb
Dərələrə gün düşüb,
Niyə belədir, gülüm,
Sən özün bilməlisən,
Fikrimə düyün düşüb!
Həqiqət, - güman olub
Xəyalım - duman olub
Gah düzəndə sürünür
Gah təpədə görünür.
İlişir kolluqlara
Fikirlər – qırıq-qırıq,
Arzular - para-para,
Ümidlər pərən-pərən,
Qəsəmlər - yalan olub
An var dönüb il olub,
İl var dönüb an olub.
Həsrətim, bu anları,
günləri, danır mənim.
Saatımın əqrəbi
Yalnız sənin başına
Dönüb dolanır mənim.
Sənə könül verəli,
Mənim üçün bu köhnə
vaxt ölçüsü pozuldu,
Sənin məhəbbətinin
Dərəcəsi, ölçüsü
Mənim vaxt ölçüm oldu.
Bir şaxtalı qışdayam,
Mənə əlvan baharı
Unutduran sən oldun.
Ancaq hər gün baharı
Məndən soran sən oldun!
Ümmanam, sahilimi
Unutdurdun sən mənə.
Qarlı dağam,
selimi
Unutdurdun sən mənə.
Gecəyəm,
gündüzümü
Unutdurdun sən mənə
İnsanam, öz-özümü
Unutdurdun sən mənə
Bu dünyada hər şeyi
Unutdurub sən mənə
Çəkdirmisən göz dağı,
Əvəzində öyrətdin
Səni unutmamağı!..
[cavab]
(=AyaN=)
17 Noy 2013 / 15:15
Superdi cox saol
[cavab]
L_SimuS
18 Noy 2013 / 01:55
(=AyaN=), super yazıb
[cavab]
(=AyaN=)
18 Noy 2013 / 02:24
L_SimuS, hee
[cavab]
Bölmeye qayıt