..::Vəhhabilər savadsız insanları daha tez ələ keçirirler::..
aze
17 Noy 2013 / 05:42
"Vəhhabilər savadsız insanları
daha tez ələ keçirirlər"
Politoloq Cümşüd Nuriyev: ““Sos”
siqnalının verilməsinin vaxtı çatıb,
yoxsa 5 ildən sonra gec olacaq”
Vəhhabilik İslamın kökünü
laxlatmaq üçün hazırlanmış ingilis
gedişidir. Çünki vəhhabilər İslamın
əksər şərtlərini qəbul etmirlər.
Vəhhabiliyin yayılmasında marağı
olan əsas dövlət Səudiyyə
Ərəbistanıdır. Bundan başqa heç
bir dövlətdə vəhhabilik dini status
almayıb” – bu sözləri politoloq
Cümşüd Nuriyev ölkədə fəaliyyət
göstərən radikal dini
qruplaşmalarla bağlı açıqlama
verərkən qeyd edib.
C. Nuriyev bildirib ki, vəhhabi
təriqəti ABŞ və İngiltərənin
müsəlman dövlətlərində siyasi
təxribatlarına xidmət edir: “Həmin
qüvvələr vəhhabilikdən Şimali
Qafqazda Rusiya əleyhinə istifadə
edirlər. Şimali Qafqazda Rusiya
tərəfindən sıxışdırılan radikal
təriqət üzvləri Cənubi Qafqaza
axın etməyə başlayıblar. Getdikcə
Azərbaycanda da vəhhabilərin
sayı çoxalır.”
Qısa zaman ərzində onların
çoxalmasının Azərbaycana bəla
gətirəcəyini deyən C.Nuriyevin
sözlərinə görə, Milli Təhlükəsizlik
Nazirliyi də bu sahədə böyük işlər
həyata keçirir: “Məsələnin həlli ilə
təkcə MTN yox, media da məşğul
olmalıdır. İslam orta məktəblərdə
də tədris olunmalıdır. İslam ancaq
yasxanalarda təbliğ olunduğu
üçün, hamı elə bilir ki, o yas dinidir.
Əslində İslam sülhsevərliyi sevən
dindir. İnsanları İslam dini
haqqında düzgün istiqaməti
bozbaş mollaları yox, alimlər təbliğ
etməlidirlər. Telekanallarda ən
azından İslamla bağlı bir proqram
olmalıdır. Din olduğu kimi təbliğ
olunmasa bu Azərbaycan üçün
problemlər ortaya çıxara bilər.
Azərbaycanda vəhhabilərlə yanaşı
xarici təriqətlərin də sayı çoxalır,
bu isə heç də xoş deyil. Radikal
təriqətlərin növbəti döyüş
poliqonu Azərbaycan ola bilər. Bu
bir çox xarici dövlətlərin
maraqlarını əks etdirir. Xüsusən də
Ermənistan bunun üzərində ciddi
şəkildə işləyir. Ermənistan həmin
məsələni başqa dövlətlərin əlilə
həyata keçirməyə çalışır.
Azərbaycanda dini müstəvidə
qarşıdurmaların olması üçün
münbit şərait var. Çünki insanlar
İslam dini haqqında düzgün
bilgilərə sahib deyillər. Bu
istiqamətdə insanlar arasında
cəhalət baş alıb gedir. Vəhhabilər
də savadsız insanları çox rahatlıqla
ələ keçirirlər. Məsələ üzərində təkcə
hüquq mühafizə orqanları yox,
insanlar, alimlər, dini qurumlar da
işləməlidir. Məsələyə barmaqarası
baxmaq lazım deyil, əks təqdirdə
bu böyük təhlükələrə yol açacaq.
“Sos” siqnalının verilməsinin vaxtı
çatıb, yoxsa 5 ildən sonra gec
olacaq”.
[cavab]
Mr_PsiXxX
17 Noy 2013 / 05:46
exi vehabilik din deyil nede teriqet axmaqlarin qosuldugu gelir yeri.ozlerini momun sayan bezi yaziqlar qrupu.axiretde her sey uze cixacaq......suriyada beser esede niye pis deyirler? Cunki olkenin vehabilerin eline kecmesine imkan vermir!
[cavab]
aze
17 Noy 2013 / 05:52
Mr_PsiXxX, Allah razı olsun...
[cavab]
L_SimuS
17 Noy 2013 / 06:05
vəhabilər quranı sünnilərdən də şiələrdən də gözəl bilir.və bu barədə savadlıdılar.ama onlar bunlardan.öz məqsədləri üçün istifadə edir.bütün inqilab olan ərəb ölkələrində başa gələnlər vəhabilərdi.Əl.qaida vəhabi təşkilatıdı.islam haqqında dünyada yanlış düşüncələr formalaşdıran da vəhabilərdir.
[cavab]
ErRoR_SySTeM
17 Noy 2013 / 06:06
Onlar bildiyimiz canlı C4 partlayıcısıdırlar)
red. ErRoR_SySTeM (17.11 /06:08)
[cavab]
aze
17 Noy 2013 / 06:14
L_SimuS, əlbetde Quranida bilirler ama öz istifadeleri üçün ...hetda Allahıda tanıyırlar ama inkar edirler...gel ki çoxuda o yola kasıbçılıq ucbatindan gedib,ama çıxa bilmirler
[cavab]
aze
17 Noy 2013 / 06:15
ErRoR_SySTeM, Allah razı olsun
[cavab]
(=Ilham=)
17 Noy 2013 / 06:33
Vehabiler duzdur Qurani-kerim oxuyurlar ama ozlerininkini Onlarin QUrani-kerimi ferqlilikler vaar hal hazirda inqilab cixasi olsa onu yaradan vehabilre olacaq:getdikcede saylari artir
[cavab]
aze
17 Noy 2013 / 06:34
(=Ilham=), Allah razı olsun
[cavab]
L_SimuS
17 Noy 2013 / 06:35
Azərbaycanda inqilabı vəhabilər etməyəcək.ümumiyyətlə heç kəs etməyəcək:)
[cavab]
Bölmeye qayıt