İnsan göydə ay kimidir.
L_SimuS
17 Noy 2013 / 04:50
Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.
Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.
Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.
Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan - göydə Ay kimidir,
Görünməyən tərəfi var.
[cavab]
A_Ayka
17 Noy 2013 / 04:52
super
[cavab]
L_SimuS
17 Noy 2013 / 04:58
Bəxtiyar Vahabzadə
[cavab]
Mr_PsiXxX
17 Noy 2013 / 04:59
sagolki yazdin
[cavab]
Bölmeye qayıt
0.1595 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az