..::Sədəqənin Insana Köməyi::..

pol aze 16 Noy 2013 / 10:13
Peyğəmbərdən (s) nəql olunur ki,
Həzrət buyurdu:
"Sədəqə barəsində şeytandan
soruşdum:
- Nə üçün sədəqənin qarşısını
almağa çalışırsan?
Dedi:
- Ey Məhəmməd (s) elə ki, sədəqə
verildiyini görürəm sanki, mişarı
götürüb boynumu kəsirlər.
Soruşdum:
- Nə üçün?
Dedi:
-" Sədəqənin beş xüsusiyyəti var;
var-dövləti artırar, xəstənin şəfa
tapmasına səbəb olar, bəlanı
qaytarar, sədəqə verən kəs Sirat
körpüsündən ildırım kimi keçər və
hesabsız behiştə daxil olar."
Dedim:
- "Allah əzabını daha da artıq
etsin!"
◘Başqa bir hədisdə deyilir ki,
Peyğəmbər (s) belə buyurdu:
"Elə ki, sədəqə sahibinin əlindən
çıxar beş söz deyər":
-"Fani idim, məni əbədi etdin, kiçik
idim, məni böyütdün, düşmənin
idim, məni özünə dost etdin, bu
vaxta qədər sən məni
qoruyurdun, bundan sonra
Qiyamətə qədər mən səni
qoruyacağam.”
Peyğəmbər (s) buyurub;
" En gözəl sədəqə dilin
sədəqəsidir.” Soruşdular:
-"Dilin sədəqəsi nədir?”
Buyurdu:
-"Şəfaət. Onun vasitəsi ilə əsiri
əsirlikdən qurtarmaq olur, qan
tökülməsinin, hər hansı bir
müsəlmana zərər yetişməsinin
qarşısı alınır.”
Əql və təfəkkürün sədəqəsi, yəni,
məşvərət.
Peyğəmbər (s) buyurub: ”Mömin
qardaşınıza ona yol göstərəcək
biliyiniz vasitəsi ilə sədəqə verin.”
Dilin sədəqəsi.
Yəni, fitnə odunu yatırmaqdan
ötrü vasitəçilik etmək, yaxud,
insanları barışdırmaq. Allah-təala
buyurur: "Onların qulağına sədəqə
vermək, yaxşı iş görmək və
insanları barışdırmaqdan başqa
heç bir söz təsir göstərmir.”
Elmin sədəqəsi.
Yəni onu öyrənmək istəyənlərə
paylamaq. Peyğəmbər (s)
buyurub: «Sədəqənin bir növü də
elmi öyrənib başqalarına tədris
etməkdir.» Yenə də buyurub:
«Zəkat, cahilə elm öyrətməkdir.»

[cavab]

pol *K_I_L_L_E_R* 16 Noy 2013 / 11:55
Allah razi olsun brat

[cavab]

pol VIP_LOGIN 16 Noy 2013 / 13:52
ALLAH razi olsun.

[cavab]

pol Mr_PsiXxX 16 Noy 2013 / 15:56
allah razi olsun exi

[cavab]

pol semi007 16 Noy 2013 / 16:15
hmmmmmmmmm

[cavab]

pol Feminist 16 Noy 2013 / 17:34
aze, Allah razi olsun

[cavab]

pol aze 16 Noy 2013 / 19:18
*K_I_L_L_E_R*, Allah sene yar olsun

[cavab]

pol aze 16 Noy 2013 / 19:19
VIP_LOGIN, Allah sene yar
olsun

[cavab]

pol aze 16 Noy 2013 / 19:20
Mr_PsiXxX, Allah sene yar
olsun

[cavab]

pol aze 16 Noy 2013 / 19:21
semi007, Allah sene yar
olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1603 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az