..::Ruzinin artması üçün dualar,revayetler,melumatlar::..

pol aze 16 Noy 2013 / 10:02
Ruzini maddi nümunələrdə
həsr edən adi camaatın
təsəvvürünün əksinə olaraq,
rəvayətlərdə ruzi kəlməsi
geniş mənalara malikdir və
Allahın verdiyi bütün
nemətlərə şamildir – istər
maddi nemətlər olsun,
istərsə də mənəvi. Bununla
belə, maddi ruzilər barəsində
də bir çox rəvayətlər vardır
ki, ətraflı cavabda onların bir
neçəsi qeyd olunmuşdur.
Ətreaflı cavab
Sualda irəli çəkilən mövzunu
araşdırmazdan qabaq
xatırladırıq ki, ruzini maddi
nümunələrdə həsr edən
ümumxalq təsəvvürünün
əksinə olaraq rəvayətlərdə
ruzi kəlməsi daha geniş
mənaya işlənir və Allahın
verdiyi bütün nemətlərə
şamil olur: istər maddi,
istərsə də mənəvi. Buna
görə də sağlamlıq, asayiş,
həcc və digər vacib əməlləri
yerinə yetirməyə tövfiq
tapmaq, yaxşı dost və s.
hamısı ruzinin
nümunələridir.
Rəvayət kitablarında qeyd
olunan bir çox rəvayətlər də
maddi ruzi ilə əlaqədardır.
Nümunə üçün onlardan bir
neçəsini qeyd edirik:
1. Ruzi əldə etmək üçün səy
göstərmək: İmam Sadiq
(əleyhis-salam) bu barədə
buyurur: “Hər kəs az ruzi
axtarmaq məqamında olsa,
ona çoxlu ruzi nəsib olar.
Əgər insan az ruzisinin
arxasınca getməsə, çox
ruzini də əldən
verəcəkdir.”[1]
2. Namaz və dua ruzinin
çoxalmasına səbəb olur:
“Kafi” kitabında bu barədə
bir fəsil gəlmiş[2] və orada
ruzi üçün çoxlu dualar qeyd
olunur. O cümlədən, imam
Baqir (əleyhis-salam) Zeyd
Şəhhama buyurdu: “Ruzinin
çoxalması üçün vacib
namazın səcdələrində bu
duanı oxu:
ﻳَﺎ ﺧَﻴْﺮَ ﺍﻟْﻤَﺴْﺌُﻮﻟِﻴﻦَ ﻭَ ﻳَﺎ ﺧَﻴْﺮَ
ﺍﻟْﻤُﻌْﻄِﻴﻦَ ﺍﺭْﺯُﻗْﻨِﻲ ﻭَ ﺍﺭْﺯُﻕْ ﻋِﻴَﺎﻟِﻲ
ﻣِﻦْ ﻓَﻀْﻠِﻚَ ﺍﻟْﻮَﺍﺳِﻊِ ﻓَﺈِﻧَّﻚَ ﺫُﻭ
ﺍﻟْﻔَﻀْﻞِ ﺍﻟْﻌَﻈِﻴﻢ
“Ey sual edənlərin (Allahdan
hacət diləyənlərin) ən yaxşı
pənahı! Ey ən yaxşı əta
edən! Mənə və ailəmə
Özünün geniş fəzlindən
çoxlu ruzi əta elə! Çünki Sən
böyük fəzilət sahibisən!”[3]
Peyğəmbər (səlləllahu əleyhi
və alih) səhabələrindən bir
nəfəri bir müddət o həzrətin
hüzuruna gəlmədi. Sonradan
hüzuruna gəldiyi zaman
həzrət soruşdu: “Nə üçün
bizim yanımıza gəlmirdin?!”
Ərz etdi: “Xəstəlik, yoxsulluq
və ehtiyac!”
Həzrət buyurdu:
“İstəməzsənmi ki, sənə bir
dua öyrədim, (onun vasitəsi
ilə) Allah xəstəliyi və
yoxsulluğu səndən
uzaqlaşdırsın?!”
Ərz etdi: “Ey Allahın
Peyğəmbəri! Allahın salamı
və rəhməti sənə olsun! (O
duanı mənə öyrət!)”
Həzrət ona buyurdu: (Bu
duanı oxu:)
ﻟَﺎ ﺣَﻮْﻝَ ﻭَ ﻟَﺎ ﻗُﻮَّﺓَ ﺇِﻟَّﺎ ﺑِﺎﻟﻠَّﻪِ ﺍﻟْﻌَﻠِﻲِّ
ﺍﻟْﻌَﻈِﻴﻢِ ﺗَﻮَﻛَّﻠْﺖُ ﻋَﻠَﻰ ﺍﻟْﺤَﻲِّ ﺍﻟَّﺬِﻱ
ﻟَﺎ ﻳَﻤُﻮﺕُ ﻭَ ﺍﻟْﺤَﻤْﺪُ ﻟِﻠَّﻪِ ﺍﻟَّﺬِﻱ ﻟَﻢْ
ﻳَﺘَّﺨِﺬْ ﺻَﺎﺣِﺒَﺔً ﻭَ ﻟَﺎ ﻭَﻟَﺪﺍً ﻭَ ﻟَﻢْ ﻳَﻜُﻦْ
ﻟَﻪُ ﺷَﺮِﻳﻚٌ ﻓِﻲ ﺍﻟْﻤُﻠْﻚِ ﻭَ ﻟَﻢْ ﻳَﻜُﻦْ ﻟَﻪُ
ﻭَﻟِﻲُّ ﻣِﻦْ ﺍﻟﺬُّﻝِّ ﻭَ ﻛَﺒِّﺮْﻩُ ﺗَﻜْﺒِﻴﺮﺍ .
“Uca məqamlı və əzəmətli
Allahdan başqa heç bir
qüvvə və dəyişiklik
səbəbkarı yoxdur. Heç vaxt
ölməyən diri Allaha təvəkkül
edirəm. Həmd (tərif) o Allaha
məxsusdur ki, Özünə nə
həyat yoldaşı, nə də övlad
seçməmişdir. Hakimiyyət və
mülkdə heç bir şəriki
yoxdur, zillətə (düşmür ki,)
ondan çıxmaq üçün bir
qəyyuma ehtiyacı olsun.

[cavab]

pol aze 16 Noy 2013 / 10:04
Az müddət keçəndən sonra
o kişi Peyğəmbərin
hüzuruna gəlib dedi: “Ey
Allahın Rəsulu! Allah (o
duanın səbəbi ilə) xəstəliyi
və yoxsulluğu məndən
uzaqlaşdırdı.”
3. Sübh azanından gün
çıxana qədər yatmamaq.
Məhəmməd ibni Müslim
imam Baqir (əleyhis-salam)-
dan sübh namazından sonra
yatmaq barəsində
soruşduqda həzrət buyurdu:
“Ruzilər bu zaman
bölüşdürülür. Mən istəmirəm
ki, bir kəs bu vaxt yatsın.”
İmam Sadiq (əleyhis-salam)
buyurur: “Sübh zamanı
yatmaq nəhsdir, insanın
üzünü saraldıb çirkinləşdirir.
Belə yuxu xeyir-bərəkəti
olmayan insanların
yuxusudur. Allah-taala
bəndələrinin ruzisini sübh
açılandan gün çıxan vaxt
arasında bölüşdürür.”[5]
4. Gecə namazı qılmaq: Bir
nəfər imam Sadiq (əleyhis-
salam)-ın hüzurunda
yoxsulluqdan gileylənməyə
başladı, o qədər gileyləndi ki,
hətta aclıqdan da
gileylənmək istəyirdi. Həzrət
ona buyurdu: “Ay kişi! Gecə
namazı qılırsanmı?!” Dedi:
“Bəli.” İmam yanındakılara
üz tutub buyurdu: “Gecə
namazı qıldığını təsəvvür
edərək gündüz ac olduğunu
deyən adam yalan danışır!
Həqiqətən mütəal Allah gecə
namazı ilə həmin günün
ruzisini (onu qılan şəxs
üçün) öhdəsinə almışdır.”[6]
Ruzinin artmasına səbəb
olan əməllər çoxdur, biz
qeyd olunanlarla
kifayətlənirik. Ruzinin
azalmasına səbəb olan bəzi
şeyləri də xülasə şəkildə
qeyd edirik:
1. Niyyət. Əlbəttə, niyyət hər
iki yöndə: ruzinin həm
artmasında, həm də
azalmasında təsirlidir. Əli
(əleyhis-salam) buyurur:
“İnsanın ruzisi onun niyyəti
qədərindədir.”[7]
Bu sözün mənası odur ki,
insanın niyyəti ruzinin artıb-
azalmasında təsirlidir. Əgər
onun məqsədi ailəsinə və
başqalarına firavanlıq
yaratmaq olsa, Allah onun
ruzisini artırar. Əgər niyyəti
onları sıxıntıya məruz
qoymaq olsa, Allah da onu
sıxıntıda qərar verər.
2. Rəvayətlərdə bəzi işlər
ruzinin azalma səbəbi kimi
bəyan olunmuşdur. Əli
(əleyhis-salam) buyurur:
“Ruzinin azalmasına səbəb
olan işlər: evdəki hörümçək
torunu təmizləməmək,
hamamda qəzayi-hacət
etmək (ayaqyoluna getmək),
cünub halda (cənabət qüslü
almamış) yeyib-içmək,
dişlərin dibini “gəz” çubuğu
ilə təmizləmək, ayaq üstə
baş daramaq, evin toz-
torpağını evdə saxlamaq,
yalandan and içmək, zina
etmək, məğrib və işa
namazları arasında yatmaq,
sübh namazından sonra və
gün çıxmazdan qabaq
yatmaq, yalan danışmağa
adət etmək, haram
musiqilərə qulaq asmaq,
gecə vaxtı dilənçini əli boş
qaytarmaq, xərcdə orta
səviyyəni gözləməmək,
qohumluq əlaqələrini
kəsmək...”[8]

[cavab]

pol aze 16 Noy 2013 / 10:05
Peyğəmbəri-əkrəm
(səlləllahu əleyhi və alih)
buyurur: “İyirmi şey ruzinin
azalmasına səbəb olur. O
cümlədən: Qəzayi-hacət
(ayaqyoluna getmək) üçün
yataqdan çılpaq durmaq,
yemək zamanı əlləri
yumamaq, çörək qırıntılarına
ehtiramsızlıq etmək, soğan
və sarımsaq qabığını
yandırmaq, evin qapısının
astanasında oturmaq, evi
gecə süpürmək, evi paltarın
bir tərəfi ilə təmizləmək, başı
və üzü paltarın qolu ilə
qurulamaq, çirkli qabları
gecə yumamaq, su qabının
ağzını açıq qoymaq,
məsciddən çıxmaq üçün
tələsmək, sübh erkən bazara
getmək və gecəyə qədər
bazarda qalmaq, fəqirlərdən
çörək almaq, övlada qarğış
etmək, paltarı bədəndə olan
halda tikmək, çırağı
üfürməklə söndürmək.”[9]

[cavab]

pol aze 16 Noy 2013 / 10:06
[1] Kuleyni, Məhəmməd ibni
Yəqub, “Kafi”, 5-ci cild, səh.
311, hədis 29, “Darul-
kutubil-islamiyyə”, Tehran,
1365-ci şəmsi il
[2] “Kafi”, 2-ci cild, səh. 550,
“Babud-dua lir-rizq”
[3] Yenə orada, səh. 511,
hədis 4
[4] Yenə orada, səh. 551,
hədis 3
[5] Tusi, Məhəmməd ibni
Həsən, “Əl-istibsar”, 1-ci cild,
səh. 350, hədis 2, “Darul-
kutubil-islamiyyə”, Tehran,
1390-cı qəməri il
[6] Səduq, Məhəmməd ibni
Əli, “Mən la yəhzuruhul-
fəqih”, 1-ci cild, səh. 474,
hədis 1371, “Camieyi
müdərrisin” nəşriyyatı, Qum,
1413-cü qəməri il
[7] Amədi, Əbdül-Vahid,
“Ğürərül-hikəm”, səh. 399,
“Dəftəri təbliğat”ın
nəşriyyatı, Qum, 1366-cı
şəmsi il
[8] Təbərsi, Əli ibni Həsən,
“Mişkatul-ənvar”, 1-ci cild,
səh. 128, “Heydəriyyə”
kitabxanası, Nəcəf, 1385-ci
qəməri il.
[9] Məclisi, Məhəmməd Baqir,
“Biharul-ənvar”, 73-cü cild,
səh. 314, hədis 1, “Vəfa”
müəssisəsi, Beyrut, 1404-cü
qəməri il

[cavab]

pol aynur653* 16 Noy 2013 / 17:11
tsk Cox sag ol

[cavab]

pol *THE-EnD* 16 Noy 2013 / 17:21
Ellerin derd gormesin

[cavab]

pol Feminist 16 Noy 2013 / 17:31
aze, Allah razi olsun, Allahu Teala ruzini versin, yazan ellerin var olsun

[cavab]

pol Bahar 16 Noy 2013 / 17:37

[cavab]

pol aze 16 Noy 2013 / 19:25
aynur653*, Allah sene yar
olsun

[cavab]

pol aze 16 Noy 2013 / 19:26
*THE-EnD*, Allah sene yar
olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1752 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az