..::24 Saat::..
aze
16 Noy 2013 / 08:07
Onlar bu yaxınlarda nikahlarının
60 illiyini bayram etdilər.
Sem İkinci Dünya Müharibəsinin
qəhrəmanlarında n biri, müttəfiq
qoşunlarının Normandiyaya
desantı zamanı alman faşistləri ilə
savaşlarda müstəsna şücaət
göstərmiş adamdı.
İngiltərənin Esseks qraflığındakı
Basildon şəhərində yaşayan Sem
və Kerri özlərini dünyanın ən
bəxtəvər insanı sayırdılar, çünki
bir-birlərini həddən artıq
sevirdilər.
"Atam həmişə deyirdi ki, anam
olmasa, yaşaya bilməz. Biz elə
bilirdik, zarafat edir. Amma indi
anlayıram ki, onlar bir-birlərini
həyatlarından artıq seviblər. Atam
anamı pəri, kainatın ən zərif
məxluqu sayırdı. Anamla
danışanda onun gözlərinə elə
baxırdı ki, biz uşaq olsaq da,
atamın anam üçün dəli-divanə
olduğunu hiss edirdik. Atam
yaşına rəğmən, çox sağlamdı və
heç bir xəstəliyi də yoxdu. O,
anamın yoxluğuna dözə bilmədi", -
Sem və Kerrinin böyük oğlu Con
Handelaar deyir.
Kerri xərçəng şişi diaqnozu ilə
xəstəxanaya düşəndən sonra Sem
Basildondakı xəstəxanaya gündə
üç dəfə baş çəkir, arvadının
yanında saatlarla otururdu.
1958-ci ildə ailə həyatı qurmuş
Sem və Kerrinin nikahında
doğulmuş Conun 56, Kevanın 54,
Mayklın 47 yaşı var.
"Atamla anam idmanı çox
sevirdilər. Anam tennis, reqbi,
futbol, kriket və qolfla 8 nəvənin
nənəsi Kerri vaxtını nəvələri ilə
keçirməkdən xüsusi həzz alırdı.
"Anam ölüm ayağında olanda
atam onun çarpayısının yanında
oturub ağlayırdı. Anam bunu
gördü və xırıldayan səsi ilə
pıçıldadı: "Sem, ağlama. Həyatım
sənin olub və Allaha da yalvarıram
ki, səni oraya, yanıma mümkün
qədər gec yollasın".
Bunu deyəndən sonra anam
gülümsədi, atamın əlini
dodaqlarına aparıb öpdü və
gözlərini yumdu. Atam gecə
səhərədək anamın yanında
oturdu. Səhər açılanda isə o,
gülümsəyirdi. Mənə dedi ki,
anamın ruhunu gördü. Bunu
söyləyəndən sonra otağına
yollandı, çarpayısına uzandı, yatdı.
Gecə ayıldı və bizi yanında
görəndə dedi: "Qüssələnməyin.
Kerri məni gözləyir. Onu çox
gözlədə bilmərəm". Səhər isə atam
dünyasını dəyişdi. O, anamsız
həyatda cəmi 24 saat qala bildi", -
Maykl Handelaar söyləyir.
[cavab]
SeV_AmA_UnUTmA
16 Noy 2013 / 14:25
aze, cox gozel yazan ellerin var olsun.
[cavab]
ilkin777
16 Noy 2013 / 14:55
aze
. menimle dosi olursan?
[cavab]
aze
16 Noy 2013 / 19:16
SeV_AmA_UnUTmA, Allah razı olsun
[cavab]
aze
16 Noy 2013 / 19:17
ilkin777, buyur
[cavab]
Bölmeye qayıt
0.2701 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az