hekaye 39 ( Geniuss )
Geniuss
16 Noy 2013 / 02:27
HZ. Abbas (Əbəlfəz ağa) haqqnda
Həzrət Abbas (ə) xoşxasiyyətli, xoş simalı və gözəl bir insan idi. Ona görə də onun ləqəbi “Qəməri-bəni-Haşim” - “Bəni Haşimin Ayı” idi Uca qamətli, güclü qollara sahib idi. Atı suvar olanda o həzrətin dizi atın boğazına çatardı. Şücaət və gözəl sifətlərdə Əmirəlmöminin (ə) övladları arasında öncüllərdən idi.
İmam Səccad (ə) Həzrət Abbas (ə) haqqında belə buyurur: “Həzrət Abbas (ə) təlim görməmiş alimdir. Çünki o, ilahi elmin mənbəyi, Həzrəti Peyğəmbərin Varisi (ə) və Vəlisi Həzrət Əlinin (ə), həmçinin behiş cavanlarının ağaları olan Həsənin (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır”.
Həzrət Əbəlfəzlin (ə) məqamı və fəziləti barəsində sadəcə bir məsələni qeyd etmək kifayətdir ki, Həzrət Abbasın (ə) hansı məqama sahib olduqunu görək. Belə ki, məsum şəxsə yalnız məsum olan bir şəxs qüsl verib namaz qıla bilər. Amma İmam Hüseyin (ə) İmam Həsənə (ə) qüsl verərkən, Həzrət Abbas (ə) burada iştirak etmişdir. Həzrət Əbəlfəz (ə) ömrünü qardaşı İmam Hüseyin (ə) yanında keçirmiş və daima ona sadiq olmuş, atasına verdiyi vədə əməl etmişdir.
Əbəlfəz ağanın (ə) Kərbəladakı qəhrəmanlığı barədə:
“Məhərrəm ayının 7-də İmam Hüseynin (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbəlfəz ağa (ə) su gətirmək üçün İmam Hüseyndən (ə) icazə alaraq, 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. Çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar: Bir dəstə onlarla vuruşduğu halda, digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşcülər arasında öz sücaəti ilə seçilən Həzrət Abbas (ə) düşmənin gözünü elə qorxutmuşdur ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi.
Aşura gecəsi İmam Hüseyn (ə) xeyməgahında ibadətlə məşğul olarkən, Həzrət Abbas (ə) onu mühafizə etmiş və daim Əhli-Beytin (ə) xidmətində durmuşdur. O gecə Həzrət Əbəlfəzl (ə) qardaşlarına xitab edərkən buyurdu: “Bu, gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı İmam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, İmam Hüseyn (ə) - Allahın yer üzündəki, höccətidir”. Bunu eşidən İmam Hüseyn (ə) buyurdu: “Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin”.
Aşura günü haqqın bayraqdarı olan Əbəlfəzl (ə) İmamın (ə) göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getdiyi halda, Həzrət Əbülfəzl (ə) İmamın əmrini gözləyirdi. Sonunda o, İmam Hüseyndən (ə) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbüfəzl (ə), ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək, öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu su ilə doldurub qayıdarkən, zalımlar onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əlilə vuruşduqdan sonra, sol əlini kəsdilər. Ancaq Kərbəla Ələmdarı (ə) bayrağın yerə düşməsinə imkan verməyəcək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: “Məndən sənə salam olsun, ey Əba Əbdillah”. Bunu eşidən İmam Hüseyn (ə) onun yanına gələrək, Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: “İndi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı”.
Həzrət Əbülfəzl (ə) Kərbəlada İmam Hüseynin (ə) hərəmi yaxınlığında dəfn olunub. O Həzrəti (ə) vasitə bilib, sidq ürəklə Allah Təaladan istənilən hacətlər tezliklə qəbul olar. Elə buna görə də o Həzrəti (ə) “Hacətlər qapısı” adlandırırlar.
Allahdan istəyimiz budur ki, bizləri də Həzrət Əbülfəzli Abbasın (ə) yolunu gedənlər kimi Peyğəmbər (s) və və Əhli-Beytin (ə) davamçıları kimi, sabit və sadiq qullarından qərar versin. Amin.
Hz. Əbəlfəz Fərat kənarında
hekaye 38 ( Geniuss ) daxil ol
Oxuyanlar şərh yazsn
red. Geniuss (16.11 /02:45)
[cavab]
K_G_T__KING
16 Noy 2013 / 02:33
(AMIN YA REBB ALEMIN)
[cavab]
*_AzErA_*
16 Noy 2013 / 02:45
Amin. Halaldi
[cavab]
HuRReM_SuLTaN
16 Noy 2013 / 02:55
hekaye superdi.eyni zamanda ibretamizdi. yazmaqla, oxumaqla kifayetlenmeyin bir az da ibret goturun.
[cavab]
narin_yagis
16 Noy 2013 / 03:19
Təşəkkür..
[cavab]
Mr_PsiXxX
16 Noy 2013 / 03:26
Hz.Ebulfez (e) aga nin sucayetine hemise heyran qalmisam
[cavab]
(=Ilham=)
16 Noy 2013 / 03:29
Amin tesekkurler
[cavab]
ErRoR_NoT_FoUnD
16 Noy 2013 / 03:30
tşklər
red. ErRoR_NoT_FoUnD (16.11 /03:31)
[cavab]
Fermer_555
16 Noy 2013 / 03:31
Tesekkurler
[cavab]
_Liliya
16 Noy 2013 / 03:34
TWk...
[cavab]
Bölmeye qayıt
0.1232 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az