..::Mənəvi Zəiflik::..

pol aze 15 Noy 2013 / 04:26
NƏ ÜÇÜN BƏZƏN MƏNƏVİ
MƏSƏLƏLƏRDƏ ZƏİFLƏYİRİK VƏ
İMANIMIZ AZALIR?!
İnsan tövbə edərək İlahi yola
qədəm qoyduqda var gücü və tam
həvəsi ilə ibadətlərə başlayır.
Amma zaman keçdikcə insanların
bəzilərində soyuma ya sanki
inamın azlığı müşahidə edilir.
Bunun səbəbləri çoxdur, o
cümlədən:
1- İnsanın Allah Taala yolunda
sabit və fərəhli qalmasına əsas
səbəblərdən biri ətrafındakı
insanlardır. Yaxşı və imanlı-əxlaqlı
dostları olan şəxs İlahi yolda
hamişə güclü və iradəli olur. Amma
dostları imandan və ya əxlaqdan
uzaq olan insan tədriclə öz
imanında sönüklük müşahidə edir.
Buna görə də çalışın ətrafınızda
əxlaqlı və imanlı dostlar olsunlar.
2- İnsanın ruhu telefonun
batareyası kimidir, güc azaldıqca
onu necə deyərlər zaryadkaya
qoymaq lazımdır. Yoxsa telefon
işləməyəcək. İnsan da belədir.
İnsanın zaryadkası yəni gücü
Moizədir. İnsan Moizədən uzaq
olduqca onun ruhunda güc zəifliyi
əmələ gəlir ki, bu da insanın
özündə İbadət və İtaətlərə süstlük
və tənbəllik gətirir, ruh
düşkünlüyü yaranır.
Çalışın vaxtaşırı moizələr dinləyin,
Qurani-Kərimi düşünərək
oxuyun…
3- Günah əməllər istər qulaq
asmaqla olsun, istər danışmaqla,
istər baxmaqla, istər eməklə...
insanın ruhunu zəiflədir, insandan
mənəvi gücü alır.
Çalışın əməl və hərəkətlərinizə
nəzarət edəsiniz ki, günah
etməyəsiniz. Bunun üçün yaxşı
olar ki, bütün günahların siyahısını
yazın və onlardan uzaq olmağa
çalışın.
4- Dünyəvi məsələlərə və
maddiyyata həddindən çox
bağlanmaq və aludə olmaq insanı
İlahi məsuliyyətlərdə n
uzaqlaşdırır, axirətə inamı azaldır.
Çalışın dünya işləriniz ilə axirət
işləri arasında tərəzinin iki gözü
kimi mötədillik yaradasınız.
5- Dua etmək insana fövqəladə bir
güc gətirir, Allah Taalaya çoxlu dua
edin, sizi düşdüyünüz vəziyyətdən
çıxarması üçün Allah Taaladan
yardım istəyin.
Allah Taala hamınızın qəlbini
salamat, imanını kamil etsin!

[cavab]

pol @n@a@z@a@ 15 Noy 2013 / 08:09
aze,

[cavab]

pol xxxXxxx 15 Noy 2013 / 11:51
@n@a@z@a@, salam naza necesen

[cavab]

pol ErRoR_MEDVED 15 Noy 2013 / 12:04
Twk,Allah razi olsun

[cavab]

pol Maximum 15 Noy 2013 / 15:48
Amin qaqas

[cavab]

pol aze 15 Noy 2013 / 17:43
@n@a@z@a@, buyur

[cavab]

pol aze 15 Noy 2013 / 17:44
ErRoR_MEDVED, Allah sene yar olsun

[cavab]

pol aze 15 Noy 2013 / 17:45
Maximum, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1931 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az