..::Allahın Bağışlamadığı Günah::..
aze
15 Noy 2013 / 02:22
“Şirk”
sözünün
ərəb
dilindən
tərcüməsi
“şərik
tutmaq”,
“şərik
saymaq”
deməkdir.
Dini termin olaraq, Allaha şərik
qoşmaq mənasında işlədilir.
Islamda ən böyük günah sayılır.
Həm dünyanın yaradıcısı və
idarəedicisi kimi Allahdan başqa
bir qüvvəyə iman bəsləmək, həm
də Allaha aid olan sifətlərdən hər
hansı birini başqasına aid etmək
şirk kimi dəyərləndirilir. Yalnız
Allahın qadir olduğu məsələlərdə
Ondan başqa bir qüvvəyə
sığınmaq və yardım istəmək də
şirkin bir növüdür. Şirk edən
şəxsə müşrik deyirlər.
Qurani-kərimdə şirk ən böyük
günah kimi xatırlanır: “Şübhə
yoxdur ki, Allah özünə şərik
qoşanları əfv etməz, amma
istədiyi şəxsin bundan başqa
olan günahlarını bağışlar. Allaha
şərik qoşan şəxs, əlbəttə, böyük
günah etmiş olur” (Nisa, 48).
Qurani-kərim şirk etmiş şəxslərin
aqibətini xəbər verməklə onları
bu yoldan döndərməyə çalışır:
“Allahla yanaşı başqa tanrı qəbul
etmə, yoxsa qınanmış və (Allahın
mərhəmətindən) kənar edilmiş
bir halda cəhənnəmə
ağılarsan!” (Isra, 39).
Allah-təala Ona şərik qoşanların
(müşriklərin) üzünə əsl həqiqəti
söyləyir: “Məgər heç bir şey
yaratmağa qadir olmayıb özləri
yaradılanımı (bütlərimi Allaha)
şərik qoşarlar? Halbuki, bu bütlər
nə onlara, nə də özlərinə bir
kömək edə bilər! Siz onları doğru
yola dəvət etsəniz, sizə tabe
olmazlar. Istər onları dəvət edin,
istər susun – birdir. Allahdan
başqa ibadət etdiyiniz bütlər də
sizin kimi bəndələrdir. Əgər
doğrusunuzsa, haydı, çağırın
onları, sizə cavab
versinlər” (Əraf, 191-194).
Qurani-kərimdə Allaha şərik
qoşan şəxsin vəziyyəti “göydən
düşən, quşların onu sürətlə alıb
apardığı, yaxud küləyin sovurub
uzaqlara atdığı bir şeyə”
bənzədilir (Həcc, 31). Çünki Allaha
şərik qoşan adam Allahla rabitəni
kəsmiş olur. Pərəstiş etdiyi
tanrılar onu müdafiə və himayə
etməkdən acizdirlər. Həmin insan
Allahın yaratdığı dünyada öz
yerini əldən verib. Rahatlıq,
arxayınlıq, mənəvi aramlıq onu
tərk edib. Quranda belə şəxs xalq
dili ilə “göydən düşmüş”
adlandırılır. Bu Quran ayəsində
ruhi əzablar, mənəvi
narahatlıqlar insan bədənini
didib-parçalayan vəhşi quşlara
bənzədilir. Imanla yaşanan ömür
yüksəliş kimidir. Allahın
vahidliyini danan kəsin həyatı
isə bunun əksinə olaraq tənəzzül
və enişdir (göydən yerə atılmaq
kimi). Insan çox uca
hündürlükdən yıxılıb yerə
düşdüyü müddətdə öz ölümünə
yaxınlaşır, çünki bu enişin sonu
yerə dəyib param-parça
olmaqdır. Vahid Allahı danan kəs
də bütün həyatı boyu durmadan
dəhşətli sonluğa doğru irəliləyir.
Bu yolun axırı kafir kimi ölmək
və axirət əzabına düçar
olmaqdır.
[cavab]
aze
15 Noy 2013 / 02:23
Əlbəttə, insan istəsə, bu müdhiş
aqibətdən xilas ola bilər. Nicat
yolu səmimi qəlbdən Allahın
vahidliyinə inanmaq, tövhid
əqidəsinə bağlanmaqdır.
Təsadüfi deyil ki, Həzrət
Mühəmməd Peyğəmbər (s)
camaatı Islam dininə dəvət
edərkən hər şeydən əvvəl bunu
demişdi: “La ilahə
illəllah” (Allahdan başqa məbud
yoxdur) söyləyin və səadətə
çatın!”. O həzrətdən rəvayət
edilən digər bir hədisdə belə
buyurulur: “Hər kəs ixlasla “La
ilahə illəllah” desə, cənnətə girər.
Ixlasın mənası isə budur ki, “La
ilahə illəllah” söyləmək adamı
izzətli və cəlallı Allahın haram
buyurduqlarından çəkindirsin”.
[cavab]
Maximum
15 Noy 2013 / 02:29
qaqas Allah razi olsun! bunlari ozun yazirsan yoxsa kopyalayirsan?
[cavab]
aze
15 Noy 2013 / 02:34
Maximum, Allah sene yar olsun...kopyaladıqımda var özüm yazdıqımda
[cavab]
Maximum
15 Noy 2013 / 02:40
aze, tsk qaqa
[cavab]
aze
15 Noy 2013 / 02:41
Maximum, elhemdulilleh
[cavab]
Bölmeye qayıt