..::"Amin" sözünün menası::..

pol aze 14 Noy 2013 / 05:09
Sual: Nə üçün bütün
dinlərdə duadan
sonra (xristian və yəhudi)
"amin" deyirlər?
Müsəlmanlar üçün onun yerinə
deyə biləcəkləri başqa söz
yoxdurmu?
Cavab: Bəli, “Amin” sözü yəhudi
və xristian dinində də istifadə
olunur. Yəhudilər, onu “bəli”,
“əlbəttə” “həqiqət” mənasında
istifadə edir. O da, duanı
təsdiqləmək mənasını ifadə edir.
Xristianlar da o kəlmə “əhd,-
ilqar”, “şəriklik”, “ilahi qəbu et”
və duanı təsdiqləmək mənasında
istifadə edirlər.
İslamdan öncə ərəbistan
yarımadasında bütpərəsliklə
yanaşı daha öncə yəhudi və
xristian dini də yayılmışdı. Hər iki
dində “amin” sözü istifadə
olunurdu. Ona görə də o
kəlmənin ərəb dilinə necə
keçməsini təsəvvür etmək olar.
Bu kəlmə Quranda istifadə
olunmasa da yaddan çıxarmaq
lazım deyil ki, “amin” kəlməsi bir
ilahi kəlmədir. Bir dinə və ya
məzhəbə məxsus deyil. Məsələn,
namaz ərəb dilindədir. Lakin
Allah belə istəyib ki, hər millət
onu ərəb dilində oxusun. Amin
kəlməsi də belədir. Bəlkə də o
sözün kökü həzrət Adəmə (ə)
qədər gedib çatır.
Peyğəmbərimizin (s) və onun
Əhli-beytinin (ə) nə dedikləri və
nə etdikləri bizim üçün çox
əhəmiyyətlidir. İslamın yayıldıdğı
ilk zamanlarda müsəlmanlar, o
kəlmə ilə yaxşı tanış idi.
Peyğəmbər (s) də o kəlmədən
istifadə edib. (“Əl-möcəmül-
Müfəhrəs” kitabıdan).
(İbn Mənzur, öz kitabında o
kəlmənin mənası haqqında
Peyğəmbərdən (s) bir hədis də
yazıb: - “Amin (sözü), mömin
bəndələri üçün Allahın
möhürüdür”). Bizim istifadə
etdiymiz “amin” də “ilahi qəbul
et” deməkdir.

[cavab]

pol Mr_PsiXxX 14 Noy 2013 / 05:11
amin :)

[cavab]

pol aze 14 Noy 2013 / 05:12
Mr_PsiXxX, Allah razı olsun

[cavab]

pol fenerliyem1 14 Noy 2013 / 05:14
[b]aze[/b. Duzdu amma adem oglanari ve siyeler bele deyir allah muqedesdi islam ceneti

[cavab]

pol aze 14 Noy 2013 / 05:18
fenerliyem1, yaxşı Allah bendesi...Allah razı olsun

[cavab]

pol GARABAGI 14 Noy 2013 / 05:28
duz soze ne deyesen.

[cavab]

pol aze 14 Noy 2013 / 05:32
GARABAGI, Allah razı olsun

[cavab]

pol aze 14 Noy 2013 / 05:33
fenerliyem1, mende şieyem de

[cavab]

pol PORSCHE 14 Noy 2013 / 05:40
aze, Allah razı olsun.

[cavab]

pol CEKA21 14 Noy 2013 / 05:43
Duzdu Allah dualarimizi qebul etsin AMİN. Tsk aze

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2528 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az