..::Aşura Günü Oruc Tutmaq::..

pol aze 13 Noy 2013 / 16:41
İmam Sadiqdən(ə) Aşura günü
Oruc tutulmaması haqqında nəql
olunan bəzi hədislər.
İmam Cəfər Sadiqdən (ə.) Aşura
günü oruc tutmağın hökmü
soruşulduqda İmam (ə.) belə cavab
verdi:
“Aşura günü, İmam Huseynin (ə.)
şəhid edildiyi gündür. Əgər İmam
Huseynə (ə.) lağ etmək (və başına
gələnlərdən ötrü əylənmək)
istəyirsənsə Aşura günü oruc tut.
Uməyyə oğulları (Allah onlara lənət
etsin) və İmam Huseynin (ə.)
öldürülməsi üçün onlara kömək
edən Şamlılar; Əgər Huseyn
öldürülər, Huseynə (ə.) qarşı xüruc
edənlər sağ salamat geri dönərsə
və xilafət Əbu Sufyan oğullarının
olarsa Aşura gününü özləri üçün
bayram və o günü şükür etmək
qəsdiylə oruc tatmağı nəzir
etmişdilər. Buna görə də o gün bu
gündür bu hadisə Əbu Süfyan
oğullarının bir sünnəti və adəti
halına çevrildi. İnsanlar da toplu
olaraq onların bu sünnəsinə tabe
oldular. Bəli bundan ötrü bu gün
(Aşura günü) oruc tuturlar və bu
gün ailə və yaxınlarını
sevindirməkdədi rlər.”
İmam Cəfər Sadiq (ə.) daha sonra
belə buyurdu: “Şübhəsiz bu günün
orucu müsibət üçün deyildir.
Sadəcə Üməyyə oğullarının sağlam
qaldıqları üçün şükürdür. Huseyn
(ə.) bu gün (Aşura günü) müsibət
görmüşdür. Əgər sən də bu gün
müsibətə düçar olanlardansansa
bu gün (Aşura günü) oruc tutma.
Və əgər Əhli-Beytə (ə.) lağ etmək
və əylənmək istəyirsənsə və
Üməyyə oğullarının sağlam və
salamatçılıqlar ı səni sevindirirsə
bu gün Allah Təalaya şükür etmək
üçün oruc tut.” (Əmali Şeyx Tusi, s.
677, no: 1397/4)
Ubeyd ibn Zürarə, Əbu Əbdullah
İmam Cəfər Sadiqdən (ə.) Aşura
günü oruc tutmağın hökmünü
soruşduğumda İmam Cəfər Sadiq
(ə.) belə buyurdu:
“Hər kim bu gün (Aşura günü)
oruc tutarsa, onun bu gündən
aldığı pay və hissə İbn Mərcan və
Ali Ziyadın bu gündən aldıqları pay
və hissəsi qədərdir.” Dedim ki:
Onların bu günki pay və hissələri
nədir? (İmam (ə.)) belə buyurdu:
“Cəhənnəm atəşi! Cəhənnəm
atəşindən və insanı cəhənnəm
atəşinə yaxınlaşdıran əməllərdən
Allaha sığınırıq.” (Usuli Kafi, c.4,
səh.147, no: 6; Təhzib, c.4, səh.
301, no: 912; İstibsar, c.2, səh.
135, no: 443);
İmam Cəfər Sadiqdən (ə.) Aşura və
Tasua günü orucu haqqında
soruşduqlarında İmam (ə.) belə
buyurdu: “… Bu günlər oruc tutma
günləri deyildir. Bu gün göy və yer
üzü əhlinin və bütün möminlərin
müsibət, hüzn və qəm-kədər
günüdür. Və bu gün İbn Mərcan,
Ali-Ziyad və Şam əhlinin sevinc və
şadlıq günüdür. Allahın qəzəbi
onlara və nəsillərinin üzərinə
olsun...” (Vəsailuş-Şiə, Şeyx Hürr
Amuli, c.10, səh.460, hədis: 13847)

[cavab]

pol Maximum 13 Noy 2013 / 16:48
tsk qaqa

[cavab]

pol aze 13 Noy 2013 / 16:57
Maximum, Allah razı olsun

[cavab]

pol **Memo** 13 Noy 2013 / 17:19
twk. Movzu super

[cavab]

pol aze 13 Noy 2013 / 17:21
**Memo**, Allah razı olsun

[cavab]

pol aziz15 13 Noy 2013 / 17:44
sagol exim.

[cavab]

pol aze 13 Noy 2013 / 17:52
aziz15, Allah razı olsun

[cavab]

pol Maximum 13 Noy 2013 / 18:33
aze, qaqa amin Allah hamimizdan. razi olsun

[cavab]

pol aze 13 Noy 2013 / 19:31
Maximum, Allah sene yar olsun

[cavab]

pol *BUTTERFLY* 13 Noy 2013 / 19:43
Allah heqiqeten razi olsun.bunu bilmirdim.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.141 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az