..::Ağıl,Qəlb,Sevgi::..
aze
13 Noy 2013 / 05:27
Bir gün nəvə babasından soruşur:
-Qəlb nədir?
Baba çoxdan eşitdiyi bir hekayəni
ona danışır:
-Deyirlər insanın daxilində onu
həyatı boyu yönləndirən və
dəstəkləyən 3 məni olur.
Birinci mən çox soyuqqanlıdır.O
nu sənin ətrafındakı bütün
insanlar görür.
İkinci bir az istidir.Onu yalnız ən
yaxınların görür.Birinci və ikinci
mən hər zaman öz aralarında
mübahisə edir,sənin üzərində
qələbə qazanmaq istəyir.Onların
fikir ayrılığı səndə şübhələr
yaradır.
Yalnız üçüncü mən birinci və ikinci
arasında kompromis yarada
bilir.Onu heç kim görmür.Bəzən
heç onun varlığından özümüzün
də xəbəri olmur.Amma o həmişə
bizimlədir.
Amma mən onlar haqda heç nə
eşitməmişəm,-nə və dedi.
Baba gülümsədi:
-Birinci mən ağıldır.Əgər o insan
üzərində qələbə qazanırsa insan
soyuq və haqq hesabını bilən
olur.Planla iş görür.
İkinci mən ürəkdir.Əgər o qalib
gəlirsə biz sadəlövh oluruq.O
zaman bizi yaralamaq və aldatmaq
asan olur.
Üçüncü mən qəlbdir,ruhdur.
Yalnız o insanda harmoniya
yaratmağa qadirdir.
Ona görə də insan ağlı soyuq və
planlı,ürəyi isti və sevgi ilə
dolu,qəlbi isə sakit və hər kəsə
açıq olmalıdır..
[cavab]
PORSCHE
13 Noy 2013 / 05:32
Super.
[cavab]
aze
13 Noy 2013 / 05:35
PORSCHE, Allah razı olsun
[cavab]
PORSCHE
13 Noy 2013 / 05:36
aze, Allah sene yar olsun.
[cavab]
aze
13 Noy 2013 / 05:38
PORSCHE, yərhəmükəllah
[cavab]
Bölmeye qayıt
0.1416 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az