..::Telepat,cin çagıran::...
aze
12 Noy 2013 / 18:57
TELEPAT, CİN ÇAĞIRAN VƏ BU KİMİ
İNSANLAR HAQLIDIRLARMI?
Bu gün bəzi təlimlərin və
məktəblərin insanları ruhi qüdrət
sahibi kimi elə hərəkətlər yerinə
yetirirlər ki, başqaları onu
görməkdə acizdirlər. Din
rəhbərlərinin bu qəribə qabiliyyəti
həmin dinə çox sayda insanı cəlb
edir. Bu əməllər şamanlara, ariflərə,
yoqalara, sehirbazlara nisbət
verilir. Bəziləri bu qabiliyyətlərə
çatmağı kamal hesab edir və ona
görə də bu qeyri-adi əməlləri
görməyi mənəvi kamal hesab
edirlər. Gərək bu qabiliyyətləri
təhlil edib, mənəviyyatda olan
payını aydınlaşdıraq.
Bunu qeyd etmək laızmdır ki,
telepatiya, cinləri çağırmaq və bu
kimi əməllər onu görənin haqlı
olduğunu isbat etmir. Heç kim bu
cür əməllər görərək, mürşidə
çevrilməz. Nə də iddiaları başqaları
üçün dini və əxlaqı zərurət icad
etməz.
İnsan çətin hərəkətlər edərək, öz
ruhunun və nəfsinin qeyri-adi
tərəflərini aça bilər. Allah Taala hər
bir insana bu qüdrəti vermişdir.
Onu yerinə yetirmək isə insan
nəfsinin sifətlərindəndi r ki,
insanların iman və təqvası ilə
birbaşa əlaqədar deyildir. Din deyir
ki, kafir cinlərlə rabitə qurmaq
həmin şəxsin dini təhqir etməsi
deməkdir.
Ona görə də mərifət əhlinin
mükaşifəsini iki dəstəyə bölürlər:
rəhmani və şeytani. Yəni,
mükaşifə amili mələk də ola bilər,
şeytan da. Bu ikisini bir-birindən
ayırmaq üçün bizə Quran və
hədislər yardım edir. Yəni,
mükaşifə zamanı əldə olunanlar
əgər Quran və Məsumların (ə)
göstərişi ilə uyğun gələrsə, deməli
Rəbbani mükaşifədir. Əks halda
şeytanidir.
Bəs həqiqi ariflərin qeyri-adi əməl
sahibləri ilə fərqi nədir?
Cavabını bir təmsilə bənzədərək
demək olar ki, əgər insan uzaq bir
yerdə su tapmaq üçün yeri
qazarsa, çoxlu səydən sonra bir
neçə qızıl taparsa, baxmayaarq ki,
qızıl dəyərlidir, ancaq
unutmamalıdır ki, su dalınca
gəlmişdir. Qızıl pul insanın
susuzluğunu yatızdırmaz. Ancaq
əgər qazmaqdan əl çəkərsə, ola
bilsin ki, susuzluqdan tələf olsun.
Əgər quyunu qazmağa davam
edərsə, həm suya çatar, həm də
qızıla.
Din alimləri buyurur ki, Övliyalar
üçün bu qüdrətlərə çatmaq elə bir
yoldur ki, Allah məsləhət olan
zaman dostuna əta edər. Bu
qüdrətlər bəşərin susuzluğunu
yatızdırmaz. Allah yolunun həqiqi
yolçusunun hədəfi ruhunu ali
səviyyəyə çatdırmaq, bəndəliyə
çatmaq, Allahın Cəlal və Camal
sifətlərini dərk etməkdir. Nəinki
xüsusi qüdrətlərə çatmaqdır.
Allahın həqiqi bəndəsi olmağın
yolu dindədir. “Din - ən həqiqi
yoldur”.
İbni Ərəbi deyir: “Hər kim
şəriətdən uzaqlaşar, yeddinci
səmaya getsə belə, həqiqətdən
heç bir şeyi əldə etməyəcəkdir.
Çünki, həqiqət şəriətin eynisidir.
Cisim və ruh kimidir. Cismi əhkam,
ruhu isə həqiqətdir”.
Əllamə Təbatəbai bu haqda
buyurur: “Salikin (İlahi yolun
yolçusunun) ali məqama çatandan
sonra vəzifəsi Rəbbani feyzə
çatmaqdır. Peyğəmbər (s)
məxluqların şərəflisi və varlıqların
ən kamili idi, həyatının axırına
qədər İlahi əhkamlara tabe idi”.
Əbu Səyid Əbulxeyrə deyirlər ki,
filankəs suyun üstündə gedir.
Deyir: “Çox asandır, qurbağa da
suyun üstündə gedə bilir”. Deyirlər
ki, filankəs havada uçur. Deyir:
“Milçək də havada uçur”. Deyirlər:
“Filankəs bir anda bir şəhərdən
başqasına gedə bilir”. Cavab verir:
Şeytan da bir nəfəsdə şərqdən
qərbə gedir. Bunların qiyməti
yoxdur. Kişi odur ki, insanların
içində yaşasın və onlara gedib-
gəlsin, alış-veriş etsin. Evlənsin və
başqaları ilə ünsiyyət qursun. Bir
an belə Allah Taaladan qafil
olmasın”.
[cavab]
aze
12 Noy 2013 / 18:58
İmam Sadiqin (ə) zamanında bir
nəfər iddia edirdi ki, başqalarının
gizlətdiyi şeyləri tapa bilir. Xəbər
verirlər və insanlar əylənmək üçün
onu imtahana çəkirlər. O, bu
imtahandan yaxşı çıxır. İmam
Sadiqə (ə) xəbər verirlər və Həzrət
əlini yumruq edib həmin kişidən
soruşur: “Mənim əlimdə nə var? O,
bir müdət İmamın üzünə baxmağa
başlayır və İmam buyurur: Niyə
cavab vermirsən? Deyir: Cavabını
bilirəm, ancaq təəccüb edirəm ki,
siz onu haradan gətirdiniz? Bütün
yer üzündə hər şey öz təbii
yolunda irəliləyir. Ancaq bir yerdə
toyuq iki yumurta qoymuşdur ki,
onlardan biri itmişdir. Sənin əlində
olan da onlardan biri olmalıdır.
Həzrət (ə) onu təsdiq etdi. Bu
zaman ondan soruşdu: “Bu yerə
necə çatmısan?”. Cavab verir:
“Havayi-nəfsiml ə müxalifət
edərək. Ürəyimin istədiyinin
əksinə əməl edərdim”. İmam (ə)
ondan istəyir ki, müsəlman olsun.
Cavab verir ki, istəmirəm. İmam (ə)
buyurur: “Məgər havayi-nəfsinlə
müxalifətlik etməyəcəkdinmi?
Sən gərək öz əhdinə görə
müsəlman olasan. Çünki müsəlman
olmaq istəmirsən”. O, İmamın bu
dəlilləri qarşısında cavab verə
bilmir və müsəlman olur. Bir
müddət sonra bu ruhi
qabiliyyətini əldən verir. İmamın
(ə) yanına gəlir və deyir: Əvvəllər
ki müsəlman deyildim, belə bir
qüdrətim var idi. İndi ki, Allahı
qəbul etmişəm, qüdrətimi əldən
verdim”. İmam (ə) buyurur:
“İndiyə qədər zəhmət çəkirdin və
Allah bu dünyada sənin bu
zəhmətinin əvəzini verdi. Bu əvəzi
alandan sonra Allahdan başqa şey
istəmədin. Çünki Allahla biganə
idin. Səhərdən axşama qədər
insanların inəyindən və
qoyunundan xəbər vermək və
onları təəccübləndirmə k bir
hünər deyildir. İndi o şeyə ki, əməl
edirsən, Allah onu ehtiyac olduğun
yer üçün yığıb toplayır. Əvvəllər
malik olduğun şey sənə əbədi
səadətə çatmaq üçün fayda
verməyəcəkdi”.
[cavab]
ErRoR_NoT_FoUnD
12 Noy 2013 / 18:58
Allah Razı OlSuN!!!AmiN
[cavab]
aze
12 Noy 2013 / 18:59
ErRoR_NoT_FoUnD, Allah sene yar olsun
[cavab]
tutu
12 Noy 2013 / 19:11
Tesekkurler
[cavab]
aze
12 Noy 2013 / 19:15
tutu, Allah razı olsun
[cavab]
Bölmeye qayıt