..::Hər işdə bir xeyir var::..

pol aze 12 Noy 2013 / 04:52
Hər işdə bir xeyir var..(İbrətamiz
..)
Dünyada baş verən hər bir hadisə
Allahın hikmətinə tabedir. Insan
bunların mahiyyətini və faydasını
anlamağa bəzən çətinlik çəkir.
Çünki bəşər şüuru ilahi hikməti
dərk edə bilməz. Biz yalnız Allahın
bizə verdiyi şüur çərsivəsində
düşünməyə və anlamağa qadirik.
Amma dünyada baş verənlər daha
böyük bir fəlsəfəyə, daha dərin bir
məntiqə tabedir.
Deyirlər ki, iki əsr bundan əvvəl
Afrikada bir hökmdar yaşayırmış.
Hökmdarın yaxın bir dostu vardı.
Yaxşı-pis hər hansı hadisə ilə
rastlaşanda bu sözü təkrar edərdi:
“Bu işdə də bir xeyir var”.
Hökmdar ov etməyi xoşlayırdı. Bir
gün dostu və əyanları ilə birlikdə
yenə ova çıxmışdı. Bir aslanın izinə
düşdülər. Izlə gedib aslanı tapanda
hökmdar tüfəngi dostuna verib
tapşırdı ki, silaha güllə doldursun.
Hökmdarın dostu tüfəngə güllə
qoyub verdi. Ya tüfəng nasaz imiş,
ya da hökmdarın dostu tələskənlik
edibmiş, hökmdar atəş açanda
güllə tüfəngin içində partladı,
lüləni dağıdıb kənara sıçradı.
Nəticədə hökmdarın tətiyi sıxan
baş barmağı parçalandı. Dostu bu
hadisəni görəndə yenə adəti üzrə
söylədi: “Bu işdə də bir xeyir var”.
Hökmdar qəzəblə bağırdı: “Axmaq!
Görmürsən, barmağımı itirdim! Bu
işdə nə xeyir olacaq ki?!”. Qəzəbi
aşıb-daşan hökmdar öz dostunu
zindana atdı.
Üstündən bir il ötüb-keçdi.
Hökmdar yenə ova çıxmaqda
davam edirdi. Amma dostu
yanında deyil, zindanda idi.
Günlərin birində ovu izləyən
hökmdar öz əyanları ilə birlikdə
xeyli uzaqlara gedib-çıxdı. Sən
demə, bu yerlərdə adamyeyənlər
qəbiləsi yaşayırmış. Adamyeyənlər
hökmdarı və yanındakıları tutub
apardılar. Böyük bir tonqal qalayıb,
əsirləri tonqalın ətrafındakı
dirəklərə bağladılar və bir-bir
tonqalın içinə atıb bişirməyə
başladılar. Növbə hökmdara
çatanda gördülər ki,
barmaqlarından biri yoxdur. Sən
demə, adamyeyənlərin inancı bu
imiş ki, fiziki qüsuru olan adamın
ətini yemək olmaz. Ona görə də
hökmdarı azad edib buraxdılar.
Onun ov yoldaşları isə sağlam
olduqları üçün adamyeyənlərin
yeminə çevrildilər.
Hökmdar çətinliklə öz torpaqlarına
qayıtdı. O, indi dostunun dediyi
sözlərin mənasını anlamışdı. Başa
düşmüşdü ki, həqiqətən,
barmağının parçalanmasında da
bir xeyir varmış. Hökmdar
vətəninə dönən kimi dostunu
zindandan azad etdi, yanına
gətizdirib başına gələnləri ona
danışdı. Axırda üzr istədi: “Məni
bağışla. Səni günahsız yerə bir il
zindanda saxladım”. Hökmdarın
təəccübünə rəğmən, dostu yenə
həmişəki sözünü təkrar etdi:
“Amma bu işdə də bir xeyir var”.
Hökmdar heyrətini gizlədə bilmədi:
“Yenə eyni sözü deyirsən? Daha
bu işdə nə xeyir ola bilər ki? Sən
bir il həbsxanada dözülməz
şəraitdə qaldın, aclıq-susuzluq
çəkdin. Bunun harası xeyirdir?”.
Dostu isə gülümsəyərək cavab
verdi: “Yaxşı ki sən ovda olanda
mən zindanda idim. Yoxsa
həmişəki kimi gərək mən də sənin
yanında olaydım. Iş burasındadır
ki, mənim bədənimdə qüsurum
yoxdur. Ona görə adamyeyənlər
məni mütləq yeyəcəkdilər”.

[cavab]

pol zamka 12 Noy 2013 / 05:48
cox sag ol, elbette her i$de Allahin bildiyi meslehetdir

[cavab]

pol aze 12 Noy 2013 / 05:54
zamka, elhemdulilleh.Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.132 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az