..::Zavallı insan!::..
aze
12 Noy 2013 / 04:19
İmam Səccad (ə) buyurub: «Zavallı
insan! Hər gün başına üç müsibət
gələr, amma heç birindən də ibrət
götürməz. Əgər ibrət götürsəydi
dünyanın çətinlikləri və işləri ona
asan gələrdi. Birinci müsibət, onun
ömründən azalan bir gündür.
Onun malından bir şey azalarsa
qəmli olar. Halbuki, malın varisi var,
ancaq ömürdən itirilənlərin yerini
doldurmaq mümkün deyil.
İkinci müsibət budur ki, öz ruzisini
tam şəkildə əldə edir. Əgər halal
yolla olsa hesab-kitabını verəcək,
haram yolla olsa cəzasını çəkəcək.
Üçüncü müsibət bunlardan
böyükdür.» Ərz etdilər: «O nədir?»
Buyurdu: «Keçirdiyi elə bir gecə-
gündüz yoxdur ki, axirətə bir
mənzil daha yaxınlaşmasın. Amma
bilmir cənnətə tərəf, ya
cəhənnəmə?» Biharul ənvar/78/60
[cavab]
zamka
12 Noy 2013 / 05:49
aze, Allah razi olsun
[cavab]
aze
12 Noy 2013 / 05:50
zamka, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt
0.1414 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az