..::Əgər namazda diqqətsiziksə nə edək?::..
aze
12 Noy 2013 / 03:25
İnsanın namazdan
apardığı bəhrə də məhz namazın
ruhudur. O insanlar ki, ruhsuz
namaz qılırlar, onlara qəbirdə və
Qiyamətdə nə üçün namaz
qılmamısan deyilməyəcəkdir .
Ancaq onlar namazdan bəhrə
aparmazlar.
Bəziləri isə namazın vasitəsilə
meraca gedərlər. Bu fərq namazda
nə qədər qəlb hüzuruna malik
olmaqdan asılıdır.
Namazı kitabda oxumaqla qılmaq
arasında fərq çoxdur. Belə ki, ən
çox səy etdiyimiz şey namazı
əvvəli vaxtda qılmaq və
vacibatlarını olduğu kimi yerinə
yetirməkdir. Ancaq bu namazın
ruhu deyildir, onun bədənidir.
Namazın ruhu tamamilə başqa bir
şeydir. Ona görə də biz namaz
qılan zaman Allah və namaza
diqqət etmək yerinə həyat
məsələlərini fikirləşməklə məşğul
oluruq. Bəziləri hətta namaz qılan
zaman günah və onu necə yerinə
yetirmək haqqında düşünürlər.
Əgər çox yaxşı insanıqsa, dini
dərslər və bəhslər haqqında
düşünürük. Adətən namaz zamanı
dilimizlə bədənimiz və ruhumuz
həmahəng olmur. Bir çoxlarımız
salamları verib qurtarandan sonra
başa düşürük ki, namaz bitibdir.
Bəs bunu aradan qaldırmaq
olarmı?
Bunun yollarından biri namazda
qəlb hüzurunun faydası haqqında
təfəkkür etməkdir. Namazda
qəflətdə olmağımızın zərərlərini
tanımaqdır. Belə ki, insan əgər
bilsə ki, hansısa iş onun üçün
faydalıdır, onu tərk etmək çox
sayda zərər gətirər, bu zaman
ciddi şəkildə onu yerinə yetirməyə
çalışacaqdır. Həqiqət budur ki,
bizim namazın faydalarına və onu
tərk etməyə elmimiz var, imanımız
yoxdur.
Biz bu faydaları inkar etmirik.
Ancaq ona olan imanımız zəifdir.
Ona görə də elmimizdən əməli
nəticə çıxartmırıq. Bu elm
əməlimizə təsir qoymur. Ona görə
də yaxşı olar ki, namazdan bir
neçə dəqiqə əvvəl qəlb hüzurunun
faydası və gətirəcək əməli
dəyərləri haqqında düşünməliyik.
Əlbəttə, bu məsələ bizim
mərifətimizin səviyyəsindən də
asılıdır. Hər halda bunu nəzərə
almalıyıq ki, diqqətlə qılanan
namazla diqqətsiz qılanan namaz
arasındakı fərq 50 ilə 1000
arasında olan fərq kimi deyildir.
Onun fərqi yerlə gör arasında olan
fərq qədərdir.
[cavab]
aze
12 Noy 2013 / 03:26
Məsumların (ə) qıldığı namazla
bizim diqqətsiz qıldığımız namaz
arasında fərq riyazi hesabla
müəyyən edilə bilməz. Fərq
ondandır ki, əslən onları müqayisə
etmək olmaz. Biz bu haqda
düşünməliyik ki, dəyərini qaldıra
bilək. Hal-hazırda gör nə qədər az
bir dəyərlə qənaətlənmişik. Nəyə
görə? Əgər özümüzü namazın
həqiqi dəyərinə agah etsək,
namazda qəlbimizin ixtiyarını
əlimizə alsaq, hər bir səmtə
uçmağa icazə vermərik. Əgər indi
bütün namazlarda bunu edə
bilməsək, ən azı namazın bir zikrini
qəlb hüzuru ilə deməyə çalışaq.
Diqqətimizi tamamilə toplaya bilək.
Çünki elə gün gələcəkdir ki,
barmağımızı dişləyib
təəsüflənəcəyik ki, ey kaş diqqətli
olardıq. Quran bu günü
peşmançılıq günü adlandırır. “(Ya
Peyğəmbər!) Onları (hamını əhatə
edəcək) peşmançılıq günü ilə
(pislərin günahlarının
peşmançılığını, yaxşıların isə
itaətlərinin azlığının peşmançılığını
çəkəcəkləri bir günlə) qorxut. O
zamanla ki, (hesab və mühakimə)
iş(i) bitər, lakin onlar qəflətdə
olarlar və iman gətirməzlər”.
(“Məryəm” 39).
Bəli, peşmançılıq gününün əzabı
cəhənnəm əzabından da
öldürücüdür. Bizim namazda qəlb
hüzuruna malik olmağımıza kömək
edəcək amillərdən biri də odur ki,
qıldığımız namazın axırıncı namaz
olmasını hesab etməkdir.
Həzrət Peyğəmbər (s)
səhabələrindən birinə buyurur:
“Namaz zamanı elə namaz qıl ki,
sanki bu qıldığın axırıncı namazdır,
Sənin xudafiz etdiyin namazdır”.
Əgər insan fikirləşsə ki, qıldığın
namaz ömrünün axırıncı
namazıdır, salamı deyəndən sonra
Əzrayil (ə) canını alacaqdır, bu
zaman namazı daha diqqətlə qılar.
Əgər bilsə ki, bu axırıncı namazıdır,
bu zaman tövbə və nalə halında
namaz qılar. Əslində hər bir
namazda bu ehtimal vardır ki, son
namazımız olsun. Ona görə də
yaxşı olar ki, bu namazı tövbə və
istiğfar halı ilə qılaq.
Əgər insan namazdan əvvəl özünə
təlqin etmək istəsə ki, ola bilsin ki,
bu mənim axırıncı namazımdır,
diqqətini daha çox cəmləyə
biləcəkdir.
Əgər uzun və təhlükəli bir səfərə
çıxmaq istəyiriksə, o zaman
diqqətimizi cəmləməyə ehtiyac
yoxdur. Ancaq nəzərə alsaq ki, bu
Allahla son söhbətimiz və
ünsiyyətimizdir , başımızı səcdəyə
qoyub, tamamilə başqa cür namaz
qılacağıq. Vida namazını göz yaşı
və naləli şəkildə əda edəcəyik.
Səy edək ki, hələ ki, fürsət var, bu
qədər fəziləti əldən
verməyək.Yoxsa, çox təəsüf
edərik.
[cavab]
zamka
12 Noy 2013 / 03:29
aze, men de herden olur fikirli oluram, cox sag ol maraqli ve ibretamizdir
[cavab]
BerryBlack
12 Noy 2013 / 03:33
aze, sirf fikri namaza yoneltmek 4ox 4etindi insanin ozunden asli olmayaraq fikri qariwir
[cavab]
aze
12 Noy 2013 / 03:35
zamka, Allah razı olsun,Allah hamının ibadetlerin qebul etsin.amin,inşallah
[cavab]
zamka
12 Noy 2013 / 03:36
Aaaamin
[cavab]
aze
12 Noy 2013 / 03:38
BerryBlack, euzu billehi mineş şeytanir ragim..neye göre adi boş bir melumat oxuyanda,hansisa bir mahniya qulaq asanda fikrimiz dagilmir ama namaz qilanda ibadet edende dagilir??hamisi şeytanin işidir...Allah razi olsun
[cavab]
BerryBlack
12 Noy 2013 / 03:43
aze, yeni ki butun gun olanlar adamin yadina duwur.he4 kim demesin ki "men namaz qilanda butun diqqetim namazda olur"
[cavab]
aze
12 Noy 2013 / 03:45
BerryBlack, niye??diqqetin cemleyenlerde var xanım...şeytan onlarada vesvese edir ama onlarin fikiri namazda olur
red. aze (12.11 /03:46)
[cavab]
BerryBlack
12 Noy 2013 / 03:55
aze, mubahise etmeyecem, teki siz deyen kimi olsun
[cavab]
Bölmeye qayıt