==MERSIYE==

pol bad-boy1 12 Noy 2013 / 00:24
Söylə Hüseynə, ey səba, Kərbübəlayə
gəlməsün,
Gəlsə, düşər bu dəştidə dərdü bəlayə
gəlməsün.
Söyləginən gətirməsün Kufəyə nazlı
Əkbəri, Zülm ilə qanına batar türreyi-müşki-
ənbəri.
Bəlkə Firənkətək apar cümleyi-ali-
heydəri,
Zibhi-əzim üçün bu gün kuhi-Minayə
gəlməsün. Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,
Toyda olur yəqin onun qanına əlləri
xizab.
Görmə rəva ki, Şümri-dun, din evin
eyləsin
xərab, Rəhm eyləsün o Zeynəbi-bəxti qərayə,
gəlməsün.
Gəlməyə yoxdur fürsətim, qan ilə namə
yazmışam,
Öldürəcəkdi Müslümü Kufədə firqəyi-
zülam. Qardaşının uzun qolu görmə rəva ola
qələm,
Bacıları ayaqyalın, dəşti-bəlayə
gəlməsün.
Yetsə əgər xəbər sənə öldü bu Müslimi-
əqil, İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,
Qüslü hənut olmadı, oldu qənarədə
qətil,
İstəmirəm, əyalını qoyma, əzayə
gəlməsün.
Badi-xəzan əsər sənin qönçə sifət əyalına,
Rəhm elə, yavərim Hüseyn, Qasimi
xoşməqalına.
Canı təsəddüq eylədim Əkbərimə,
cəmalına,
Sağ ola ol İmam Hüseyn, qəm üsərayə gəlməsün.
Söylə əmoğluma məni-bikəsi eyləsin
həlal,
Ərzimi birbəbir elə, Ali-Əbayə şərhi-hal.
İki açılmış gülüm Kufədə zari-dil məlal,
Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.
Həsrətəm ol cəmalına, ah çəkim bu
sinədən,
Kufədə vardu qatilin, gəlmə həzin
Mədinədən,
Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,
Başına əl çək, ağlayıb şuri-nəvayə
gəlməsün.
Söylə onun anasına başını qarə
bağlasın,
İki baladən ayrılıb, kövni-məkanı dağlasın,
Tutsa əza, Xədicədən söylə ki, gizli
ağlasın,
Bəlkə yetimliyin tozu mahi-liqayə
gəlməsün.
Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,
Bir-birə dəydi mərdüzən, şurə gəlibdü
xasü
am.
Nöhvə edər bu Natəvan, ruzü şəb
ağlayır müdam,
Tapmasa bir dəri-nicat, dari-bəqayə
gəlməsün. Xurşüdbanu Natəvan

[cavab]

pol BerryBlack 12 Noy 2013 / 00:40
Bayag canli ewitdim ve gordum mersiye dienleri......./// qorxulu idi(

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2577 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az