..::Behişt şəhəri::..
aze
11 Noy 2013 / 03:52
Bir hökmdar qərara gəlir ki, hər cür
eyb və nöqsandan uzaq olan bir
şəhər saldırsın. Bu məqsədlə
dünyanın hər yerindən ən məşhur
memarları işə cəlb edir. İllər
ötdükdən sonra şəhər hazır olur.
Hökmdar başqa ölkələrin
padşahlarını bu şəhərə baxmağa
dəvət edir. Onlardan sonra ölkənin
rəiyyətini də şəhərə tamaşa
etməyə buraxırlar. Hamı bir
ağızdan təsdiq edir ki, bu
gözəllikdə şəhər dünyanın heç
yerində yoxdur və onun
quruluşunda zərrəcə nöqsan
tapmaq mümkün deyil. Qəflətən
bir qoca kişi padşaha deyir: «Əgər
mənə aman versən, bu şəhərin iki
ən böyük eybini sənə deyərəm».
Hökmdarın icazəsini aldıqdan
sonra qoca söyləyir: «Şəhərin
birinci eybi budur ki, onu tikdirən
şəxs əvvəl-axır öləcək. İkinci eyb
budur ki, şəhərin özü də əvvəl-axır
uçulub viran qalacaq və xarabalığa
çevriləcək».
Hökmdar qocanın haqlı olduğunu
təsdiq edir, sonra soruşur: «Bəs,
mən nə edim?». Qoca cavab verir:
«Sən özün üçün elə bir şəhər yarat
ki, nə o özü viran olsun, nə də sən
onun içində qocalıb öləsən».
Hökmdar təəccüblə xəbər alır:
«Dediyin şəhəri necə yarada
bilərəm ki?». Qoca söyləyir:
«Həmin şəhər behiştdir və sən onu
öz xeyir əməllərinlə yarada
bilərsən».
Allah cəmi müsəlmanları Qiyamət
günü CƏNNƏT`lə müjdələnənlərdə
n qərar versin İnşallah !
[cavab]
PORSCHE
11 Noy 2013 / 05:40
Allah razı olsun.
[cavab]
aze
11 Noy 2013 / 06:10
PORSCHE, Allah sene yar olsun
[cavab]
zamka
11 Noy 2013 / 06:16
Allahim butun muselman, imanli baci-qarda$larimin emel defteri sag ellerine verilsin, Amin in$allah. Te$ekkur aze
[cavab]
aze
11 Noy 2013 / 06:33
zamka, Allah razı olsun,amin ya rabbel alemin
[cavab]
Bölmeye qayıt
0.1633 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az