..::Avstraliya::..
aze
11 Noy 2013 / 03:19
Avstraliyada o günə qədər
görünməmiş bir quraqlıq
başlamışdı. Meşədə yaşayan
heyvanlar susuzluqdan ölürdülər.
Heyvanlar arasında su tapmaq
üçün kəndlərə “üz tutanlar” da var
idi. Halbuki, kəndlərdə
yaşayanların vəziyyəti onlardan
yaxşı deyildi. İnəklər və qoyunlar
susuzluqdan zəif düşmüşdülər.
Onlar da meşədəki heyvanlar kimi
ölümə məhkum idilər. Kəndlilər isə
əllərində qalan su ilə həm özlərini,
həm də heyvanlarını xilas etməyə
çalışırdılar. Ona görə də bu
qiymətli sərvəti meşə heyvanları
ilə “bölüşmək” niyyətində
deyildilər. Hətta bəzi kəndlilər
əllərində tüfəng su anbarlarının
yanında keşik çəkirdilər...
Belə quraqlıq günlərindən birində
əlində silah keşik çəkən bir kəndli
kolluqların arasından bir səs eşitdi.
Kəndli: “Bu, yəqin ki, meşədəki
heyvanlardan biridir” – deyə
düşündü. Asta və səssiz addımlarla
səs gələn tərəfə getdi. Əlindəki
tüfəng isə çoxdan atəşə hazır
vəziyyətdə idi. Artıq hədəfə
kifayət qədər yaxınlaşmışdı.
Tüfəngini qaldırıb nişan aldı və
heyvanın üzə çıxmasını gözləməyə
başladı. Bir azdan kolluqların
arasından kisəsində balası olan bir
kenquru çıxdı. Kenqurunun
susuzluğu üzündən oxunurdu. O,
qəhvə rəngli gözləri ilə kəndliyə
baxır və sanki bir udum su üçün
yalvarırdı. Kəndli istər-istəməz əlini
tətikdən çəkdi. Nə olursa-olsun, o,
kenqurunu öldürə bilməzdi.
Üstəlik, yanında balası da vardı.
Kenquru asta addımlarla inəklər
üçün qoyulan su qabının yanına
getdi. Kəndli hələ də onlara
baxmaqda davam edirdi. Kenquru
da gözlərini kəndlidən çəkmirdi.
Nəhayət, kenquru su qabına
yaxınlaşdı. Kenquru balası suyu
görən kimi içməyə başladı. Balaca
kenquru o qədər susamışdı ki, az
qala suyun içinə düşəcəkdi. Ana
kenquru isə yalvarış dolu
baxışlarla kəndliyə baxmaqda
davam edirdi. Kenquru balası
doyunca su içib başını qaldırdı.
Artıq getmək vaxtı idi və ana
balası ilə birlikdə bir az əvvəl
gəldikləri kolluqlara tərəf getdi. Bir
azdan hər ikisi gözdən itdilər.
Bütün bu baş verənlərə tamaşa
edən kəndli isə tüfəngini bir
kənara qoymuş və səssizcə
ağlamağa başlamışdı. Çünki ana
kenquru bütün susuzluğuna
baxmayaraq, bir udum da su
içməmişdi. O yalvarış dolu baxışlar
isə
.“ANCAQ VƏ ANCAQ KÖRPƏM
ÜÇÜN...” demək idi...
[cavab]
zamka
11 Noy 2013 / 06:20
Gece-gece kenquru meni aglatdi, maraqlidir te$ekkur
[cavab]
aze
11 Noy 2013 / 06:36
zamka, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1984 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az