..::Qurani Kərimdə heyvanlar::..

pol aze 10 Noy 2013 / 04:48
Quran-Kerimde heyvanlar:
1- Dəvə
"Ayələrimizi yalan hesab edənlərə
və onlara təkəbbürlə yanaşanlara
göyün qapıları açılmaz (əməlləri,
duaları qəbul olunmaz, ruhları
göyə qalxmaz) və dəvə iynənin
gözündən keçməyənə qədər onlar
da Cənnətə daxil ola bilməzlər. Biz
günahkarlara (müşriklərə və
kafirlərə) belə cəza veririk!" (əl-
Ə'RAF/ 40)
2- Ağcaqanad
"Əlbəttə, Allah (Quranda)
ağcaqanadı və ya ondan daha
böyüyünü misal gətirməkdən
çəkinməz. İman gətirənlər bunun
öz Rəbbi tərəfindən bir həqiqət
olduğunu bilirlər, kafirlər isə:
“Allah bu məsəllə nə demək
istəyir?” -deyirlər. Allah bununla
(bu məsəllə) bir çoxlarını zəlalətə
salır, bir çoxlarını isə doğru yola
yönəldir. Allah yalnız fasiqləri
zəlalətə düçar edir" (əl-Bəqərə /
26)
3- Qatır
"Sizin minməyinizdən ötrü, həm də
zinət üçün atı, qatırı və uzunqulağı
(O yaratdı). (Allah) hələ sizin
bilmədiyiniz neçə-neçə şeylər
(nəqliyyat, minik vasitələri və s.)
də yaradacaqdır" (ən-Nəhl /
4- Buzov
"Həqiqətən, elçilərimiz (mələklər)
İbrahimə müjdə (İshaqın anadan
olacağı xəbərini) gətirib: “Salam!”
– dedilər. (İbrahim də: ) “Salam!” –
deyə cavab verdi və dərhal (gedib
onlara) qızarmış bir buzov
gətirdi." (Hud / 69)
"(Bir daha) xatirənizə gətirin ki, Biz
Musaya (Tur dağında vəhy üçün)
qırx gecəlik vədə vermişdik. (O,
Tur dağına gedəndən) sonra siz
buzovu özünüzə (tanrı) qəbul
etdiniz və (bu hərəkətinizlə
Allahdan başqasına ibadət
etməklə) zalım oldunuz (özünüzə
zülm etdiniz)." (əl- Bəqərə / 51)
5- İnək
"Onlar dedilər: “Bizdən ötrü
Rəbbini çağırıb (Rəbbinə dua edib)
soruş ki, o (inək) nə cür
olmalıdır?” (Musa: ) “Allah o inəyin
nə çox qoca, nə də çox cavan
deyil, bunların ikisinin arasında
(düyə) olduğunu buyurur. Sizə
əmr olunan şeyi yerinə yetirin!” –
dedi." (əl-Bəqərə / 68)
"Yəhudilərə dırnaqlı heyvanların
hamısını haram etdik. İnək və
qoyunun bellərinə və ya
bağırsaqlarına yapışan, yaxud
sümüklərinə qarışan yağlar
müstəsna olmaqla, onların piylərini
də yəhudilərə haram buyurduq.
Həddi aşdıqlarına görə onları belə
cəzalandırdıq. Şübhəsiz ki, Biz
sözündə doğru olanlarıq!" (əl-
Ən'am / 146)
6- İlan
"(Firon bunu deyən kimi) Musa
əsasını (yerə atdı) və o, dərhal
(hamının gözünə) aşkar görünən
bir əjdaha oldu" (əl-Ə'RAF / 107)
"(Musa) əsasını (yerə) atan kimi, o
dərhal açıq-aşkar bir əjdaha
oldu" (əş-Şuəra / 32)
7- Çəyirtkə
"Biz ayrı-ayrı möcüzələr üzrə
onlara tufan, (əkinlərinə) çəyirtkə
və həşərat, (evlərinə, yeməklərinə)
qurbağa və (çeşmələrinə,
kəhrizlərinə) qan göndərdik. Onlar
yenə də (iman gətirməyi) özlərinə
sığışdırmayıb kafir bir tayfa
oldular." (əl-Ə'RAF / 133)
"Onlar (o gün) gözlərini zəlilanə
aşağı tikib (ətrafa) səpələnmiş
çəyirtkələr kimi qəbirlərindən
çıxacaqlar" (əl-Qamər / 7)
8- Eşşək
"Sizin minməyinizdən ötrü, həm də
zinət üçün atı, qatırı və uzunqulağı
(O yaratdı). (Allah) hələ sizin
bilmədiyiniz neçə-neçə şeylər
(nəqliyyat, minik vasitələri və s.)
də yaradacaqdır." (ən-Nəhl /
9- Nəhəng Balıq - Balina
"(Yunis Allahın izni olmadan
qövmünü tərk edib getdiyinə
görə) özünü qınayarkən (dənizə
atılarkən) balıq onu
udmuşdu." (əs-Saffat / 142)
"(Ya Rəsulum!) Sən öz Rəbbinin
hökmünə səbr et və balıq sahibi
(Yunis peyğəmbər) kimi olma
(risaləti təbliğ etməyi yerə
qoyma). O zaman o, (balığın
qarnında) qəm-kədər içində
boğularaq (Rəbbinə) dua
etmişdi." (əl-Qaləm / 48)
10- Donuz
"O (Allah) sizə ölmüş heyvanı,
(axar) qanı, donuz ətini və
Allahdan başqasının adı ilə
(bütlərin və s. adı ilə) kəsilənləri
(yeməyi) qəti haram etmişdir.
Lakin naəlac qaldıqda (başqasının
malını) zorla mənimsəmədən və
həddi aşmadan (zəruri ehtiyacı
ödəyənə qədər) bunlardan
yeməyə məcbur olan kimsənin heç
bir günahı yoxdur. Allah
bağışlayandır, mərhəmətlidir" (əl-
Bəqərə / 173)
"(Ya Rəsulum!) De: “Mənə gələn
vəhylər içərisində murdar
olduqları üçün ölü heyvan, axar
qan, donuz əti və ya Allahdan
başqasının adı ilə (bismillah
deyilmədən) günah olaraq kəsilmiş
heyvanlar istisna olmaqla, hər
hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir şey
görmürəm. Bununla yanaşı, hər
kəs məcburiyyət qarşısında qalsa,
həddi aşmadan, zəruri ehtiyacını
ödəyəcək qədər (bunlardan yesə,
Allah ona cəza verməz)”. Çünki
sənin Rəbbin, həqiqətən,
bağışlayandır, rəhm edəndir!" (əl-
Ən'am / 145)

[cavab]

pol aze 10 Noy 2013 / 04:51
11- At
"Qadınlar, uşaqlar, qızıl-gümüş
yığınları, yaxşı cins atlar, mal-qara
və əkin yerləri kimi nəfsin istədiyi
və arzuladığı şeylər insanlara gözəl
göstərilmişdir. (Lakin bütün)
bunlar dünya həyatının keçici
zövqüdür, gözəl dönüş yeri isə
Allah yanındadır." (Ali-Imran / 14)
12- Qurd
"(Yəqub) dedi: “Onu aparmağınız
məni çox məyus edər (ayrılığına
dözə bilmərəm). Qorxuram ki, onu
qurd yeyə, siz də xəbər
tutmayasınız! Onlar: “Biz güclü bir
dəstə (on bir nəfər) ola-ola
(gözümüzün qabağında) qurd onu
yesə, onda biz aciz olarıq ki!” –
deyə cavab verdilər." (Yusuf /
13-14)
"Və dedilər: “Ata! Biz (at çapmaq,
yaxud qaçışıb-ötüşmək və ya ox
atmaqda) bir-birimizlə yarışmaq
üçün (səhraya) getmişdik və
Yusifi şeylərimizin (libaslarımızın )
yanında qoymuşduq. Bir də xəbər
tutduq ki, qurd onu yemişdir. İndi
biz doğru danışsaq da, sən bizə
inanmayacaqsan! " (Yusuf / 17)
13- Ağcaqanad
"Ey insanlar! Bir məsəl çəkildi, ona
qulaq asın! Şübhəsiz ki, Allahdan
qeyri ibadət etdiyiniz bütlər heç
bir milçək də yarada bilməzlər – lap
hamısı bunun üçün bir yerə
yığışsa belə! Əgər milçək onlardan
(bütlərin üstündə olanlardan) bir
şey götürüb aparsa, onu
milçəkdən geri ala bilməzlər.
İstəyən də aciz, istənilən də!
(Bütlər də aciz, milçək də, yaxud
bütlərə ibadət edən də aciz, ibadət
edilən bütlər də!)" (əl-Həcc / 73)
14- Bildirçin
"(Yadınıza salın ki, Tih səhrasında
yaşadığınız zaman) üstünüzə
buludla kölgə saldıq və: “Ruzi
olaraq verdiyimiz halal şeylərdən
yeyin!” (deyərək) sizə qüdrət
halvası və bildirçin göndərdik.
Onlar (əcdadınız) isə (itaətdən
boyun qaçırmaqla) Bizə deyil,
ancaq özlərinə zülm etmiş
oldular" (əl-Bəqərə/ 57)
15- Qoyun
"(Allah o heyvanları) səkkiz cift
yaratdı: (erkək və dişi olmaq üzrə)
bir cüt qoyun və bir cüt keçi. De:
“(Allah) iki erkəyi, yoxsa iki dişini,
yaxud da iki dişinin qarınlarındakı
(müxtəlif cinsli) balaları haram
etdi? Əgər (Allahın nəyi halal, nəyi
haram buyurduğunu bildiyinizi)
doğru deyirsinizsə, bir elmə
əsaslanaraq (bu haqda) mənə
xəbər verin!" (əl-Ən'am / 143)
16- Qurbağa
"Biz ayrı-ayrı möcüzələr üzrə
onlara tufan, (əkinlərinə) çəyirtkə
və həşərat, (evlərinə, yeməklərinə)
qurbağa və (çeşmələrinə,
kəhrizlərinə) qan göndərdik. Onlar
yenə də (iman gətirməyi) özlərinə
sığışdırmayıb kafir bir tayfa
oldular." (əl-Ə'RAF / 133)
17- Hörümçək
"Allahdan başqa özlərinə dost
(hami) qəbul edənlər özünə yuva
qurmuş hörümçəyə bənzəyirlər.
Evlərin ən zəifi isə, şübhəsiz ki,
hörümçək yuvasıdır. Kaş
biləydilər! (Hörümçək toru
möhkəm olmayıb adicə bir yel
nəticəsində dağıldığı kimi, onların
bu dostlarının da heç bir etibarı
yoxdur. Bərk ayaqda onları qoyub
qaçarlar)." (əl-Ənkəbut / 41)
18- Qarğa
"Sonra Allah qardaşının cəsədini
necə basdırmağı ona göstərmək
üçün yer eşən bir qarğa göndərdi.
(Qabil) dedi: “Vay halıma! (Gör nə
günə qalmışam!) Bu qarğa qədər
olub qardaşımın cəsədini də
basdıra bilmərəm?” O, artıq
peşman olmuşdu." (əl-Maidə / 31)
19 - Kəpənək
"O gün insanlar kəpənək kimi
ətrafa səpələnəcək (çəyirtkə kimi
bir-birinə qatışacaq)" (əl-Qariə / 4)
20 - Fil
"(Ya Peyğəmbər!) Məgər Rəbbinin
fil sahiblərinə (Kəbəni dağıtmaq
üçün fillərlə Məkkənin üstünə
gələn həbəş ordusuna) nələr
etdiyini görmədinmi?!" (əl-Fil / 1)
21- Meymun
"Həqiqətdə siz bilirsiniz ki,
içərinizdən bəzi kəslər şənbə günü
(Davud zamanında şənbə günü
balıq ovunun qadağan edilməsi)
haqqında olan əmrdən kənara
çıxdılar. Biz də onlara: “(Zəlil və)
həqir meymunlar olun!” –
dedik" (əl-Bəqərə / 65)
"De: “Allah yanında cəza etibarilə
bundan (dediklərinizdə n) daha
pisini sizə xəbər verimmi? Allahın
lənətlədiyi, qəzəbləndiyi, özlərini
meymunlara, donuzlara və
şeytanlara (bütlərə) ibadət
edənlərə döndərdiyi şəxslər
mövqecə daha pis və doğru
yoldan daha çox azanlardır!" (əl-
Maidə / 60)

[cavab]

pol aze 10 Noy 2013 / 04:52
22- Aslan
"(O eşşəklər ki) aslandan hürküb
qaçarlar!" (Muddəssir / 51)
23- Bit
"Biz ayrı-ayrı möcüzələr üzrə
onlara tufan, (əkinlərinə) çəyirtkə
və həşərat, (evlərinə, yeməklərinə)
qurbağa və (çeşmələrinə,
kəhrizlərinə) qan göndərdik. Onlar
yenə də (iman gətirməyi) özlərinə
sığışdırmayıb kafir bir tayfa
oldular" (əl-Ə'RAF / 133)
24- İt
"Əgər Biz istəsəydik, onu (həmin
ayələrlə) ucaldardıq. Lakin o, yerə
(dünyaya) meyl edib nəfsinin
istəklərinə uydu. O elə bir köpəyə
bənzəyir ki, üstünə cumsan da
dilini çıxardıb ləhləyər, cummasan
da (Onun üçün heç bir fərqi
yoxdur). Bu, ayələrimizi yalan
hesab edənlər barəsində çəkilən
məsəldir. (Ey Peyğəmbərim!) Bu
əhvalatları (yəhudilərə) söylə ki,
bəlkə, (lazımınca)
düşünsünlər!" (əl-Ə'RAF / 176)
25- Keçi
"(Allah o heyvanları) səkkiz cift
yaratdı: (erkək və dişi olmaq üzrə)
bir cüt qoyun və bir cüt keçi. De:
“(Allah) iki erkəyi, yoxsa iki dişini,
yaxud da iki dişinin qarınlarındakı
(müxtəlif cinsli) balaları haram
etdi? Əgər (Allahın nəyi halal, nəyi
haram buyurduğunu bildiyinizi)
doğru deyirsinizsə, bir elmə
əsaslanaraq (bu haqda) mənə
xəbər verin!" (əl-Ən'am / 143)
26- Qarışqa
"Nəhayət, onlar (Taifdəki, yaxud
Şamdakı) qarışqa vadisinə gəlib
çatdıqda bir qarışqa (qarışqaların
padşahı) dedi: “Ey qarışqalar!
Yuvalarınıza girin ki, Süleyman və
ordusu özləri də bilmədən sizi
(ayaqları altında) basıb
əzməsinlər!" (ən-Nəml / 18)
27- Arı
Rəbbin bal arısına belə vəhy
(təlqin) etdi: “Dağlarda, ağaclarda
və (insanların) qurduqları
çardaqlarda (evlərin damında,
üzümlüklərdə) özünə evlər tik
(pətəklər sal) (ən-Nəhl / 68)
28- Şanapipik
Sonra (Süleyman) quşları yoxlayıb
dedi: “(Torpaq altında suyun
harada olduğunu bilən) Hüdhüdü
(şanapipiyi) niyə görmürəm?
Yoxsa o burada yoxdur?(ən-Nəml
/20)

[cavab]

pol PORSCHE 10 Noy 2013 / 04:54
Allah razı olsun.

[cavab]

pol zamka 10 Noy 2013 / 04:55
aze, cox maraqlidir tesekkurler

[cavab]

pol aze 10 Noy 2013 / 05:06
PORSCHE, Allah sene yar olsun

[cavab]

pol UREY 10 Noy 2013 / 05:06
qaqas 21seviyeli nick satiram istiyirsen

[cavab]

pol aze 10 Noy 2013 / 05:08
zamka, Allah razı olsun

[cavab]

pol *K_I_L_L_E_R* 10 Noy 2013 / 11:25
ALLAH razi olsun!!!
red. *K_I_L_L_E_R* (10.11 /11:25)

[cavab]

pol RoManTiC_aVaRa 10 Noy 2013 / 13:29
twk.eziyyet.cekdin.brat

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1769 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az