♡♡♡SeN MeNiMsEn♡♡♡

pol CEKOKASKO 9 Noy 2013 / 20:38
Vardır əlbət içinizdə, qəlbinizin dərinliyndə kiçik də olsa bir sevgi, fərqi yoxdur kimə qarşı, nəyə qarşı, önəmli olan var o, var artıq paylaşmaq istəmədiyiniz, kimləsə onu bölmək istəmədiyiniz bir zərrə bir hiss.Bəlkə də yoxdur o realda, canlandırırsınız onu xəyalınızda, ağlınızda.Vardır bir yerlərdə deyə düşünürsünüz,hətta indi yanımda yoxdur deyə düşünsəniz də var olduğuna qarşı inamınızı artırır xəyalınızdakı o şəxsi,o kəsi. Vardır mənim üçün də biri-nə şeirlərlə, nə nağıllarla, nə də musiqi ilə anlata biləcəyim biri.O elə biri ki,çox fərqlidir hər kəsin xəyalındakı o əvəz olunmaz şəxsdən.Hərə bir cür anladır onu, kimisi canım deyir,kimi gülüm, kimisi günəşim, ayım, əzizim, dünyam, həyatım, sevgilim deyir.Amma mən bunlari deyə bilmirəm...Ona canım deyə bilmirəm: canım əlbət bir gün öləcək Ona gülüm deyə bilmirəm: əlbət solub gedəcək Ona günəşim, ayım deyə bilmirəm, batıb gedəcək Ona dünyam deyə bilmirəm, korlanıb gedəcək Ona həyatım deyə bilmirəm, acı olub gedəcək Sənə ulduzum deyə bilmirəm,. uzaq deyilsən onlar qədər Sənə ruhumsan deyə bilmirəm, yaşamırıq biz ruhlar aləmində Sənə yuxumsan deyə bilmirəm, ayılıram hər səhərSənə arzumsan deyə bilmirəm: çünki sən arzuların,xəyalların daha üstündəsən, canlandırmaq olmur səni arzularımda. Tərənnüm belə etmək imkansızdir.Amma vardır əlbət sənə deyə biləcək bir söz Səni əks etdirən,səni göstərəno sözlə hər kəsə izah edə bilərəm sən kimsən o sozlərdə tapıram səni...Içimdəki mənsən Düşüncəmdəki maddə, beynimdəki məhsulsan damarımdaki qan, ciyərimdəki nəfəssən gözlərimdəki nur, dodağımdakı təbəssümsən baxıram hər gün güzgüdə sənəanlayıram sən mənim MƏNIMSƏN Mən var olduğum müddətcə sən MƏNIMSƏN İndi qoy hər kəs bir birinə sən mənim canım, sən mənim ürəyim, sən mənim gülümsən desin,amma mən hər kəsdən fərqli bir hissə sahibəm, mən sadəcə sən mənim MƏNIMSƏN deyə biləcəyəm.Getdiyim hər yerdə, olduğum hər yerdə, yatdığım, durduğum, əyləndiyim hər yerdə varsan sən.Yoxdur əlbət səndən gizli bir yerSənin görmədiyin,sənin duymadığın,sənin olmadığın bir yer Çünki sən mənim MƏNIMSƏN Istər çirkab içində olum, istər ən böyük qatil, istər dünyanı qurtaran adam olum Içimdə hər zaman son anda belə yaşamaq umidi ilə yaşayıram,çünki sən mənim MƏNIMSƏN

[cavab]

pol Dj-Heyder 9 Noy 2013 / 20:48
Twk ellerine sağliq

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2055 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az