..::Ümüdsizlik kafirlik əlamətidir::..

pol aze 9 Noy 2013 / 18:32
Ümidsizlik kafirlik əlamətidir..
Dua edən insan Allah tərəfindən
duaya dəvət olunduğunu və
Allahın bu duanı qəbul edəcəyinə
vəd verdiyini unutmamalıdır.
Bütün varlıq aləminə hakim olan
Allah üçün hər hansı duanı yerinə
yetirmək heç bir çətinlik törətmir.
İstər asan, istərsə də çətin bir iş
Allahın yalnız bir əmri ilə həyata
keçir. Bu səbəbdən də sonsuz
qüdrət, bəsirət, kərəm, lütf,
rəhmət sahibi olan Allaha dua
edərkən ümidsizliyə heç bir əsas
yoxdur.
Qurani-Məcidin buyurduğu kimi,
ümidsizlik kafirlərə məxsus
sifətdir. “Yusif” surəsinin 87- ci
ayəsində buyurulur:
“Allahın rəhmətindən ümidinizi
kəsməyin. Çünki yalnız kafirlər ilahi
rəhmətdən ümidsiz qala bilərlər.”
Ayələrdə təkrar-təkrar tapşırılır ki,
Allahın rəhmətindən məyus
olmayın.
Allahın Rəsulu (s) buyurur: “Allaha
ümidini itirməmiş günahkar
ümidini itirmiş abiddən ilahi
rəhmətə daha yaxındır.”
İmam Sadiq (ə) buyurur: “Allaha
ümidsizliyin soyuğu şiddətli
şaxtadan da sərtdir.”
İslam dinində Allahın rəhmətindən
ümidsizlik böyük günahlardan
sayılır və belə bir günah
müqabilində cəhənnəm əzabı vəd
edilir. Duanın dərhal qəbul
olmaması insanı məyus
etməməlidir. Çünki insan üçün
nəyin daha xeyirli olduğunu yalnız
Allah bilir. Allah-Taala dua edən
kəsin axirət məqamını yüksəltmək
üçün onun istəyinin qəbulunu
yubada da bilər. Ümidsizlik nə ağıl,
nə şəriət, nə əxlaq, nə də insanlıq
baxımından qəbul edilə bilməz.
Həqiqi mömin heç bir vəchlə
Allahdan ümidini üzmür.
Dua və onun qəbulu haqqında
mötəbər mənbələrdə çoxlu
rəvayətlər mövcuddur. Əba
Əbdillah (ə) buyurmuşdur : “Bəndə
dua edər, sonra Allah iki mələyə
buyurar: “Mən onun duasını qəbul
etdim. Amma hələlik istəyinin
yerinə yetirilməsini yubadın ki,
duasına davam etsin. Çünki onun
səsini eşitmək xoşdur.” Amma elə
bəndə də var ki, o dua etdikdə
Allah buyurar: “Onun istəyini tez
yerinə yetirin. Çünki o, nifrət
doğurur.”
Mənsur Səyqəl İmam Sadiq (ə)-dan
soruşur ki, bəzən dualar qəbul olur,
bəzən isə bir müddət təxirə düşür.
Görəsən, bu təxirdən məqsəd
duanı davamlı etməkdirmi? İmam
buyurur ki: -”Bəli”.
-Zəhmət olmasa paylaşın..

[cavab]

pol zamka 9 Noy 2013 / 18:57
aze, te$ekkur, sevindim demek Allah menim sesimi e$itmek isteyir, $ukur onun keremine

[cavab]

pol aze 9 Noy 2013 / 18:59
zamka, Allah razı olsun,elhemdulilləh

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1359 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az