..::Ürək səcdə edərmi?::..
aze
9 Noy 2013 / 18:21
Bir həqiqət talibi, yuxusunda
"ürəyini səcdə edərkən" görür.
Çaşır təbii ki. Heyrətlər içində
ürəyinin səcdədən qalxmasını
gözləyir, gözləyir, gözləyir. Lakin
ürəyi heç cür səcdədən qalxmayır.
Nə edəcəyini bilmir, qan tər
içərisində yuxusundan oyanır.
Ətrafında nə qədər tanışı bildiyi,
güvəndiyi şəxs varsa, onlardan bu
yuxunu təbir etmələrini istəyir.
Lakin kimsə yuxusunu təbir
etməyir. Çünki bu şəxslər, şəxsən
təcrübə etmədikləri bir hadisəni
(özlərinin görməkdən məhrum
olduqları bir yuxunu) şərh etməyi
heç də ədəblə mütənasib bilmirlər.
İçlərindən biri, "Filan şəhərdə bir
şəxs var, onun yanına get, bəlkə o
sənə köməkçi olar" deyir. O da
həmin şəhərə gedir. Salam verib
zehnini məşğul edən məlum sualı
soruşur:
-"Ürək səcdə edərmi?"
Şeyx təbəssüm edib bu cavabı
verir:
- "Əlbəttə edər, həm də əbədiyyətə
qədər!"
Şeyx:
- Etmək üçün əvvəl istəmək
lazımdır, edə bilmək üçün əvvəl
istəməlisiniz.
İstədiyinizi edə bilmək üçün,
istəmək çatmaz, edə biləcək gücə
də sahib olmalısınız..
İradə və qüdrət! Bunda şübhə
yox! İstəyiniz və gücünüz
yoxdursa, edə bilməzsiniz çünki.
İstək gücü, güc isə hərəkəti
meydana gətirər.
"İbadət" də eynilə "adət" kimi bir
cür təkrardır. Bu iki təkrarlama
əməliyyatını bir-birindən necə
ayıracağıq? Sözgəlişi yeməklərdən
əvvəl "əl yumaq" ilə namazlardan
əvvəl "dəstəmaz almaq" arasındakı
ayrı-seçkiliyi mümkün edən ölçü
nədir?
Köhnələr, "ibadət" ilə "adət"i bir-
birindən ayırmaq üçün zəruri bir
şərtin varlığına işarə etmişlər:
"niyyət".
Yəni hərəkətə şüurun yoldaşlıq
etməsi.
İbadəti adətdən ayıran bu
istiqamətidir; şüurlu edilirsə,
hərəkətə bir şüur yoldaşlıq edirsə
ancaq, təkrarlanan o hərəkət
"ibadət" xüsusiyyətini qazanar.
Niyyətə hərəkət, hərəkət deyil;
meyldir yalnız, təmayüldür.
Hərəkətin mənası, hərəkətin
özündə deyil, hərəkətə keçirən
səbəbdə, yəni məqsəddədir.
Məqsədini bilmədiyiniz bir
hərəkətə məna verə bilməzsiniz.
[cavab]
*K_I_L_L_E_R*
9 Noy 2013 / 18:22
halaldi ALLAH razi olsun
[cavab]
aze
9 Noy 2013 / 18:25
*K_I_L_L_E_R*, Allah sene yar olsun
[cavab]
zamka
10 Noy 2013 / 04:56
aze, Allah yardimciniz oldun
[cavab]
aze
10 Noy 2013 / 05:04
zamka, Allah razı olsun
[cavab]
Bölmeye qayıt