..::Intihar 2::..

pol aze 9 Noy 2013 / 01:45
Sual: İslam dinində insanın
özünü öldürməsi və xəsarət
yetirməsi kimi şeylərə necə
baxılır?
Cavab: İntihar insanın özünü
öldürməsi deməkdir. Allah: “Öz-
özünüzü öldürməyin”, –
buyurub (Nisa, 4/29).
Çətinliklərdən bezən, ümidini
itirən və problemlərdən bir çıxış
yolu görə bilməyən insanların
intihara meylli olması
mümkündür. Bir müsəlmanın
belə bir hala düşməsi mümkün
deyil. Allah belə buyurub:
“Allahın rəhmətindən
ümidinizi üzməyin. Çünki
Allahın rəhmətindən ümidini
kəsənlər Onu tanımayanlar
(inkar edənlər)
dəstəsidir” (Yusuf, 12/87).
Qurani-Kərimin başqa bir
yerində İbrahim peyğəmbərin (s.
a. v.) dilindən belə deyilir:
“Rəbbimin rəhmətindən
ümidini yoldan çıxanlardan
başqa kim kəsər?” (Hicr,
15/56).
Digər bir ayədə də belə
buyurulur:
“İnsan yaxşılıq istəməkdən
heç bezib usanmaz. Amma
ona bir çətinlik üz verdiyi
vaxt bezib
ümidsizləşir” (Fussilət, 41/49).
Əbu Hüreyrə (r. a.) Mühəmməd
peyğəmbərin (s. a. v.) belə
dediyini rəvayət edib:
“Kim özünü bir dağdan atıb
intihar etsə, o, özünü Cəhənnəm
odunda həmişə atəşə ata-ata
qalar. Sonsuza qədər belə davam
edər. Kim zəhər içib intihar etsə,
Cəhənnəm odu içərisində zəhəri
əlində içə-içə qalar. Əbədi olaraq
belə davam edər. Kim də bir
dəmir parçası ilə intihar etsə,
Cəhənnəm odunda həmin
dəmirlə özünə vura-vura qalar.
Sonsuza qədər belə davam
edər”.1
Əbu Hüreyrə (r. a.) başqa bir
rəvayətlə Mühəmməd
peyğəmbərin (s. a. v.) belə
dediyini nəql edib:
“Özünü boğub intihar edən
Cəhənnəmdə də boğar. Özünə bir
şey batırmaqla intihar edən
həmin şeyi Cəhənnəm atəşində
də özünə batırar. Özünü hündür
bir yerdən atıb intihar edən
Cəhənnəmdə də özünü atar”.2
Səhl ibn Səəd (r. a.) aşağıdakı
hədisi nəql edib:
“Peyğəmbər (s. a. v.) müşriklərlə
qarşılaşdı və onlarla döyüşdü. Elə
oldu ki, peyğəmbər (s. a. v.) geri
çəkildi. Düşmən tərəf də geri
çəkildi. Peyğəmbərin (s. a. v.)
əshabələrindən bir nəfər tək
başına düşmənin arxasınca
düşüb qılıncı ilə onları vururdu.
Bəzi adamlar dedilər ki, bu gün
bizim heç birimiz onun
döyüşdüyü kimi döyüşə bilmədi.
Bu sözləri eşidən peyğəmbər (s.
a. v.) belə buyurdu:
“Amma o, cəhənnəmlikdir”.
Adamlardan biri dedi ki, mən onu
izləyəcəyəm; görüm bu işin axırı
necə olacaq? Sonra onunla
birlikdə getdi. Həmin şəxs harada
dayandısa, bu biri də orada
dayandı. Sürətini artırdığı vaxt
bu da onunla ayaqlaşmaq üçün
sürətləndi. Birdən elə oldu ki,
düşmənin arxasınca düşüb
döyüşən şəxs çox ağır bir yara
aldı. Dərhal ölmək istədi. Bunun
üçün qılıncını yerə qoyub ucunu
öz sinəsinə dirədi. Sonra bütün
ağırlığını var gücü ilə qılıncın
üstünə salıb intihar etdi.
Yanındakı adam peyğəmbərin (s.
a. v.) yanına gedib belə dedi:
“Mən sənin həqiqətən də, Allahın
elçisi olduğuna şahidlik edirəm”.
Peyğəmbər (s. a. v.) ondan
soruşdu ki, sənə nə olub?
Həmin adam sözlərinə belə
davam etdi:
“Ey peyğəmbər, bayaq sən dedin
ki, o adam cəhənnəmlikdir. Hamı
buna təəccübləndi. Mən də
demişdim ki, mən bu məsələylə
maraqlanacağam. Odur ki, onun
arxasınca düşdüm. Birdən o, ağır
yaralandı. Dərhal ölüb getmək
istədi. Ona görə də qılıncının
qəbzəsini yerə söykəyib ucunu
sinəsinə dirədi. Sonra bütün
ağırlığını qılıncın üstünə salıb
intihar etdi”.
Bu sözlərdən sonra peyğəmbər
(s. a. v.) belə dedi:
“Bir insan insanların gözündə
cənnətlik bir insan kimi rəftar
edə bilər. Bu, mümkündür. Amma
o, əslində cəhənnəmlikdir. Başqa
bir insan da insanların nəzərində
cəhənnəmlik kimi hərəkət edə
bilər. Bu da mümkündür. Amma
o, əslinə baxıldıqda
cənnətlikdir”.3

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1513 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az