..::Verdiyin sözü yerinə yetir::..

pol aze 8 Noy 2013 / 12:44
Verdiyin sözü yerinə yetir!..
Əhd–peyman və ona vəfa etmək
Qurani-Məcid və Əhli-beyt
buyruqlarında diqqət mərkəzində
olan əxlaqi və insani həqiqətlərdir.
Əhd-peymanın Allah, Peyğəmbər
(s), imamlar (ə) və ya xalqla
bağlanmasının heç bir fərqi
yoxdur. İbadət, xalqa xidmət,
ticarət və sair sahələrdə bağlanmış
istənilən müsbət əhd-peymana
əməl etmək vacib, onu pozmaq isə
haramdır.
“Nəhl” surəsinin 91-ci ayəsində
buyurulur: “Əhd bağladığınız
zaman Allahın əhdinə vəfa edin”.
“Bəqərə” surəsinin 27-ci ayəsində
oxuyuruq: “O kəslər ki, Allahla əhd
bağladıqdan sonra onu pozur,
Allahın birləşdirilməsi ni
buyurduğu şeyləri parçalayır və
yer üzündə fitnə-fəsad törədirlər,
məhz belələri ziyana
uğrayanlardır”. “İsra” surəsinin
34-cü ayəsində isə belə buyurulur:
“Əhdə vəfa edin. Doğurdan da, əhd
barəsində soruşulacaqdır” .
“Maidə” surəsinin 1-ci ayəsində
oxuyuruq: “Ey iman gətirənlər,
əhdlərə sadiq olun”.
İslam Peyğəmbəri (s)
buyurmuşdur: “Hər kəsdə üç
xüsusiyyət olsa, o, münafiqdir -
hətta namaz qılıb oruc tutsa,
özünü müsəlman bilsə də: onu
əmin bildikləri halda xəyanət edər,
ağzını açanda yalan danışar,
verdiyi vədə vəfa etməz.” İmam
Sadiq (ə) buyurur: “Xalqla
rəftarında zülmə yol verməyən,
onlara yalan danışmayan, vədini
pozmayan insanın mürüvvəti
kamil, qeybəti haram, ədaləti
aşkardır və onu din qardaşı bilmək
lazımdır”

[cavab]

pol *_ALiK_* 8 Noy 2013 / 13:49
Teşekkür!

[cavab]

pol aziz15 8 Noy 2013 / 13:51
allah razi olsun exi

[cavab]

pol prostoazeri 8 Noy 2013 / 13:52
eladi

[cavab]

pol qazasa 8 Noy 2013 / 14:00
hmm...

[cavab]

pol qazasa 8 Noy 2013 / 14:00
ALLAH razı olsun

[cavab]

pol aze 8 Noy 2013 / 17:24
qazasa, Allag sene yar olsun

[cavab]

pol aze 8 Noy 2013 / 17:24
prostoazeri, Allah sene yar olsun

[cavab]

pol aze 8 Noy 2013 / 17:25
aziz15, Allah sene yar olsun

[cavab]

pol aze 8 Noy 2013 / 17:25
*_ALiK_*, Allah razı olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1555 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az