..::Intihar::..

pol aze 8 Noy 2013 / 12:33
İslamda intihara münasibət
necədir? İntihar edəni axirətdə
hansı cəza gözləyir. Bu yazıda bu
və digər sualları cavablandırmağa
çalışacağıq.
Bildiyimiz kii, dinimizə görə, hər
hansı bir insanı öldürmək böyük
günahdır və bir insanı haqsız yerə
öldürən kimsə bütün insanları
öldürmüş kimidir (Maidə, 32).
Çünki insan dəyərli bir varlıqdır. Bu
varlığın canını, malını və
namusunu İslam öz mühafizəsi
altına almışdır və bu üç şeyə
toxunmağı qadağan etmişdir.
Qurani-Kərimdə Rəhman olan
Allahın qullarının xüsusiyyətləri
sadalanarkən
"Onlar Allahla yanaşı başqa bir
tanrıya ibadət etməz, Allahın
haram buyurduğu cana nahaq
yerə qıymaz, zina etməzlər. Hər kəs
bunu etsə, cəzasını çəkər. Qiyamət
günü onun əzabı qat-qat olar və
(o, əzab) içində zəlil olub əbədi
qalar" (Furqan, 68, 69) deyilir.
Başqa bir ayədə isə belə
buyurulur: "Hər kəs bir mömin
şəxsi qəsdən öldürərsə, onun
cəzası əbədi qalacağı Cəhənnəmdir.
Allah ona qəzəb və lənət edər,
onun üçün böyük əzab hazırlar!"
(Nisa, 93).
O ki qaldı intihara, insanın özünü
öldürməsi başqasını
öldürməsindən daha dəhşətli və
daha böyük günahdır. Çünki
insanın canı ona əmanətdir. Heç
kim öz canının sahibi deyil. Heç
kim öz üzərində söz sahibi deyil.
Bütün səmavi dinlərin günümüzə
qədər daşıdıqları ortaq
xüsusiyyətlərdə n biri "nəfsi
(canı) qorumaqdır". Bu, insan
övladına yüklənən ən önəmli
məsuliyyətdir.
Canlarına qəsd edənlər həyatlarına
son verməklə bütün əziyyətlərdən
qurtulacaqların ı düşünürlər.
Halbuki onların daha ağır əzablara
düçar olacaqlarını bu hədislərdən
görmək olur
Hz Peyğımbərimiz (s) intihar
məsələsinə çox önəm vermiş,
onun zamanında özünü bıçaqla
öldürən birinin cənazə namazını
qıldırmamışdır (Buxaridən başqa
Kutub-i Sittənin beş imamı bu
hədisi rəvayət etmişlər).
Nəinki intihar, hətta bilə-bilə cana
əziyyət vermək, özünü təhlükəyə
atmaq da dinimizdə qadağandır.
Rəvayət olunduğuna görə
səhabələrdən Amr ibn As Zatu`s-
Səlasil səfərində ihtilam olur
(boynuna qüsl gəlir), hava çox
soyuq olduğu üçün su ola ola ölüm
qorxusundan təyəmmümlə namaz
qıldırır. Bu hadisəni Hz
Peyğəmbərə xəbər verəndə Amrın
bu hərəkətini bəyənir (Əbu Davud,
Təharət, 124; Əhməd ibn Hənbəl,
IV, 203).
Gördüyümüz kimi, intihar qurtuluş
yolu deyil, əksinə əbədi olan axirət
həyatını bərbad etməkdir.
Qurtuluşun yolu "sıratu-mustaqi
m" deyə ifadə edilən haqq yol ilə
gedərək müsibətlərə səbirli və
dözümlü olmaqdır. Hər çətinliyin
arxasında bir asanlıq, hər
məğlubiyyətin arxasında bir zəfər
vardır.
Unutmayaq ki, bədən Uca Allahın
insan övladına verdiyi ən böyük
əmanətdir. Bu əmanəti ruh
bədəndən insanın öz müdaxiləsi
olmadan çıxmayana qədər
qorumaq lazımdır.
Buna görə də insanın mənəvi və
fiziki sıxıntılara sona qədər səbir
göstərməsi İslamın qayəsidir. Əks
halda, intihar etməklə dünyəvi
sıxıntı və problemlərini həll
edəcəyini düşünən kimsə dərhal
üzləşəcəyi qəbir və daha sonra
axirət həyatında daha böyük
sıxıntı və fəlakətlərlə qarşılaşacaq.
Həyat ən pis şərtlər altında da
gözəldir. Çünki ruh bədəndə
qaldıqca Allahdan ümid kəsilməz.
Qulun Allaha yönəlməsi və Ondan
yardım istəməsi sıxıntı və
problemlərin həllinin başlanğıc
nöqtəsini təşkil edir. Çünki Onun
hər şeyə gücü yetər. Çünki Ona
arxalanan sonsuz güc qazanar.

[cavab]

pol *Duyqu* 8 Noy 2013 / 13:10
aze, inaninki,intihardan sonrasi vecime deyil.bu dunyada her gun yanmaqdansa o dunyada 1defe yanmaq yaxwidi.bu melumata gorede cox sag ol.

[cavab]

pol aziz15 8 Noy 2013 / 13:59
*Duyqu*, exim o qeder soz yazdi anlamadin ! mehemmed eli etdiyi kimi eline alovu yaxinnasdir goz doze bilirsen doze bilmeyeceksen bes cehennemde sonsuza qeder yana bileceksen?!

[cavab]

pol aze 8 Noy 2013 / 17:19
*Duyqu*, o dünyada 1defe yanmayassan axi,Quranda aye gelibki onlarin derileri yanib kül olandan sonra Allah onlara yeni deri bexş ederki qoy ölmesinler

[cavab]

pol aze 8 Noy 2013 / 17:21
aziz15, cehennem de heç kim ölmeyecek

[cavab]

pol pessimistka 9 Noy 2013 / 01:05
aze, Salam,sexsen men her deq,her san intihar barede dusunurem.Bir de o biri dunyada bu dunyadaki kimi canli olmuruq axi,burada olan bizim cismimizdir,olende cismimiz bu dunyada qalir axi.

[cavab]

pol aze 9 Noy 2013 / 01:21
pessimistka, aleykum...bezileri fikirleşirki intihar etmekle canlarini qurtarırlar...ele bilirler cehenneme düşdükden sonra kül olub ölecekler,amma Allah onlarin bedenini yeniden sagaldacaq ki qoy ölmesinler...menim beynimden esebi vaxtda şeytanın vesvesesi ile yadıma düşür,amma Allaha sıqındıqda her şey keçir.elhemdulilleh

[cavab]

pol pessimistka 9 Noy 2013 / 13:16
aze, men fikirlesmirem ki,canim qurtaracaq,neyise deyismek isteyirem,bele de eslinde hal-hazirda yasamagimin sebebi cehennem qorxusudur,herden dusunurem ki,daha cox yasayib daha cox gunah edecem,yene de yerim cehennemdir,ferq nedir...

[cavab]

pol aziz15 9 Noy 2013 / 15:06
pessimistka, ferqi birinde allahin emiriyle yasayirsan.gunahlara qaalsa haminin gunahi var.dunyada 1000 gunah etmek sansin varsa 1000000000000000000000000000000000000000
savab is gormek sansin var bunu unutma....

[cavab]

pol aze 9 Noy 2013 / 15:55
pessimistka, sen Allaha sığınsan Allah da sene yar olar,senin günahlarını bagışlayar...amma intihar çox pis bir şeydi

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1655 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az