..::şükür::..

pol aze 8 Noy 2013 / 05:01
Həzrəti Musa Allah-Təala ilə
görüşmək üçün Tur dağına
gedərkən yolda bir adama rast
gəlir
Tanış olurlar və həmin şəxs Həzrəti
Musanın bu səfərinin niyyətini
öyrənincə deyir: "Allah-Təalaya
mənim adımdan yalvararsan ki,
mal-dövlətimi azaltsın, çünki mən
bu mal-dövlətin ibadətimə əngəl
olacağından qorxuram". Həzrəti
Musa həmin adama söz verir və
yoluna davam edir. Bir səhradan
keçəndə görür ki, birisi özünü
boğaza qədər quma basdırıb.
Yaxınlaşıb salam verir, tanış olurlar
və Həzrəti Musa onun niyə belə
elədiyini soruşur. Həmin şəxs də
deyir ki, mən o qədər kasıbam ki,
geyməyə libasım da yoxdur. Ona
görə ayıbımdan özümü burada
quma basdırmışam. Sonra da
həmin şəxs Həzrəti Musadan xahiş
edir ki, Allah-Təala ilə görüşəndə
onun bu halını xatırlatsın və uca
Yaradandan onun üçün var-dövlət
istəsin. Peyğəmbər onun da
istəyini Allah-Təalaya
çatdıracağına söz verir və yoluna
davam edir.
Allah-Təala ilə görüşdə Həzrəti
Musa hər iki şəxsin xahişini uca
Yaradana çatdırır. Allah-Təala
buyurur ki, o birinci adamın var-
dövlətini azaltmayacam. Çünki o,
mənə layiqincə şükr edənlərdəndir.
O ikinci şəxsə gəldikdə, ona
çatdırarsan ki, şükür eləsin.
Həzrəti Musa Allah-Təalanın bu
buyruğunu zəngin adama çatdırır.
O da Allah-Təalanın onu bu cür
tanımasından məmnun olur və o
andan etibarən daha çox şükür və
ibadət etməyə qərar verir.
Həzrəti Musa özünü quma
basdırmış adamın yanına gəlir və
Allah-Təalanın ona şükür etməyi
buyurduğunu söyləyir. O adam da
eşələnərək əllərini qumun altından
çıxarıb belə deyir: "Hansı günümə
şükür eləyim?" Elə bu vaxt güclü
bir külək əsir və qumun hamısını
sovurub aparır.
Həzrəti Musa lüt-üryan qalmış
adama deyir: "Gördünmü, o qum
üçün də şükür etmək lazımdır..

[cavab]

pol aziz15 8 Noy 2013 / 05:04
sukr allahim...saol exim

[cavab]

pol aze 8 Noy 2013 / 05:05
aziz15, Allah razı olsun exim

[cavab]

pol zamka 8 Noy 2013 / 05:44
aze, Elhemdulilleh, te$ekkur

[cavab]

pol aze 8 Noy 2013 / 05:47
zamka, yərhəmükəllah,Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1487 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az