..::Duanın ağırlığı::..

pol aze 8 Noy 2013 / 04:46
Duanın ağırlığı
Kasıb geyinmiş bir qadın qayğılı
bir şəkildə ərzaq dükanına girdi.
Utana-utana dükan sahibinə
yaxınlaşaraq, həyat yoldaşının
xəstə olduğunu, yeddi uşağı ilə ac
qaldıqlarını dedi. Dükan sahibi isə
ona sərt bir nəzərlə baxaraq,
dükandan çıxmağı tələb etdi.
Qadın çıxış yolu olmadığı üçün
yalvarmaqda davam edir: Mənə
inanın. Pulumuz olan kimi sizin
borcunuzu ödəyəcəyəm, - deyirdi.
Bu vaxt dükana girən başqa bir
müştəri onların bu söhbətini
eşitdi.
Üzünü dükan sahibinə tutub: Ona
istədiklərini verin, borcunu da
mənim adıma yazın, - dedi.
Dükan sahibi həvəssiz bir şəkildə,
bir az da istehza ilə qadından:
Sizdə alacağınız ərzaqların siyahısı
varmı? - deyə soruşdu.
Luiz başını aşağı əyərək: Var, -
deyə cavab verdi.
Dükan sahibi: Elə isə, o siyahını
tərəzinin bu gözünə qoyun. Nə
qədər gəlsə, sizə o qədər ərzaq
verəcəyəm, - dedi... Luiz birdən
duruxdu, sonra çantasından
içərisində nə isə yazılmış bir kağız
çıxararaq, tərəzinin gözünə qoydu.
Dükan sahibi tərəzinin o biri
gözünə ərzaqları qoymağa başladı.
Ancaq tərəzi dolub - daşsa da,
tərəzinin bu biri gözü əyilmək
bilmirdi.
Dükan sahibi: İnana bilmirəm. Bu
necə ola bilər? - deyə heyrətdən
donub qaldı. Nəhayət, çarəsiz qalıb
tərəzidəkiləri qadına verdi. Dükan
sahibi maraqla kağızı götürüb
oxudu. Kağızda bu dua yazılmışdı:
Allahım, mənim nəyə ehtiyacım
olduğunu Sən bilirsən. Hər şeyin
Sahibi Sənsən.
Sonra tərəzinin kağız qoyulan
tərəfinin qırıldığını və duanın nə
qədər ağır olduğunu Anlayır.Dua
bizim üçün verilmiş bir
hədiyyədir...

[cavab]

pol aziz15 8 Noy 2013 / 04:51
heqiqeten rebbim bize coooooox imkanlar verib.saol aze exim

[cavab]

pol aze 8 Noy 2013 / 04:58
aziz15, Allah sene yar olsun exi

[cavab]

pol zamka 8 Noy 2013 / 05:47
aze, Allah hamimizin dualarini e$itsin, amin in$allah

[cavab]

pol aze 8 Noy 2013 / 05:56
zamka, Allah razı olsun,amin inşallah

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1325 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az