..::Gəlinə hörmət::..
aze
8 Noy 2013 / 01:53
Əziz Peyğəmbərimiz həzrət
Məhəmməd (salləllahu ələyhi və
alihi və səlləm) öz kürəkəni və
əmisi oğlu həzrət Əliyə
(ələyhissalam) belə buyurur: “Ya
Əli! Gəlinin yanına daxil olduqdan
sonra onu əyləşdir. Bir qab su
gətir və onun ayaqlarını yu! Sonra
həmin suyu evin qapısından ta
küçə qapısına kimi səp! Əgər belə
etsən, həmin evə bərəkət nazil
olar, yetmiş min mələk öz rəhmət
qanadlarını gəlinin üstün
ə nazil edər və o, heç vaxt alal ıq,
bərəs, cüzam xəstəliyinə düçar
olmaz.” (Vəsailuş-şiə, 15-ci cild, səh
109). Alimlər bu hədisin batini
mənasını belə açıqlayır: “Bəy, bu
hərəkəti ilə gəlinə demək istəyir ki,
mən birinci gecədən öz
təkəbbürümü ayaq altına atdım və
sənə qarşı olan məhəbbətimi öz
əməlimlə bildirdim. Biz yeni bir
həyata qədəm qoyub mehriban
yaşamaq istəyirik. Elə isə gəl,
ömrümüzü İslam dininin
buyuruqları ilə başa vuraq və
həmişə bir-birimizə can deyib, can
eşidək.
[cavab]
SeV_AmA_UnUTmA
8 Noy 2013 / 02:12
aze, cox gozel.yazan ellerin var olsun.
[cavab]
aze
8 Noy 2013 / 02:28
SeV_AmA_UnUTmA, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1511 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az