..::Allaha pənah apar::..

pol aze 8 Noy 2013 / 01:50
Allaha pənah apar!..
İmam Sadiqin (ə) bəzi qədim
peyğəmbərlərin kitablarından nəql
etdiyi qüdsi bir hədisdə belə nəql
olunur: “Allah-taala buyurur: “İzzət
və cəlalıma, ərş üzərində rəfət və
hökmümə and olsun, məndən
qeyrisinə ümid bağlayanın ümidini
puça çıxararam. Xalq arasında ona
zillət libası geydirər, onu özümə
yaxınlıqdan və fəzlimdən məhrum
edərəm. Çətinliklər müşküllər
mənim əlimdə olduğu halda o necə
başqalarına ümid bağlayır?! Bütün
bağlı qapıların açarı mənim əlimdə
olan vaxt o necə məndən
başqasının qapısını döyür?! Mənim
evimin qapısı məni çağıranların
üzünə açıqdır... O kimdir ki,
çətinliklər vaxtı mənə ümid
bağlayıb və mən onun ümidini
puça çıxarmışam? O kimdir ki,
böyük işlərdə mənə ümid edib və
mən onun ümidini qırmışam? Mən
bəndələrimin arzularını yadda
saxladım, amma onlar bununla
razılaşmadılar. Səmaları mənim
təsbihim və mənə sitayişdən
yorulmayanlarla (mələklərlə)
doldurdum və onlara tapşırdım ki,
heç vaxt bəndələrimlə mənim
aramda olan qapıları
bağlamasınlar. Amma onlar mənim
sözlərimə (vədələrimə) etimad
göstərmədilər. Məgər bəndəm
bilmirmi ki, bir hadisə onun
qapısını döydüyü vaxt mənim
iznim olmadan kimsə onu qoruya
bilməz?! Axı nə üçün məndən üz
döndərirlər? Mən öz səxavətimlə
məndən istəmədiklərini ona
verdim. Verdiyimi geri alanda
məndən istəmədi ki, ona bir daha
əta edim. Yoxsa elə düşünür ki,
məndən istəməmiş ona əta
edərəm?! Məndən istəsə onun
istəyinə cavab vermərəmmi?! Mən
xəsisəmmi ki, bəndəm mənim
haqqımda belə düşünür? Məgər
bütün ətalar məndən deyilmi?!
Məgər əfv və rəhmət mənim
əlimdə deyilmi?! Məgər mən
arzuların ünvanı deyiləmmi?!
Beləsə, məndən savayı kim bu
arzuları təmin edə bilər?! Ümid
edənlər məndən qeyrisinə göz
dikməyə qorxmurmu?! Əgər
göylərin və yerin bütün əhli mənə
ümid bağlasa, onların hər birinə
bütün başqalarının arzu etdiyi
qədər verərəm və mülkümdən
qarışqa ayağı qədər azalmaz.
Mənim ixtiyarımda olan bir mülk
necə azalar?! Mənə itaətsizlik edib
məndən qorxmayanın vay halına!”
Əlhəmdulillahi- Rəbbil-Aləmin!

[cavab]

pol zamka 8 Noy 2013 / 05:59
Allah hec zaman bizleri dogru yoldan donderme, te$ekkur aze

[cavab]

pol aze 8 Noy 2013 / 06:09
zamka, Allah razı olsun,amin inşallah

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1431 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az