..::Ya Əli ve yetimlər::..

pol aze 8 Noy 2013 / 01:36
Həzrət İmam Əlinin (ə) yetimlərlə
rəftarı...(Oxuy aq və paylaşaq)
Fatimə binti Əsəd nəql edir: “O
zaman ki, İmam Əli (ə) dünyaya
gəlir, Peyğəmbərin (s) 30 yaşı var
idi. Əlini (ə) çox sevərdi.
Peyğəmbər (s) mənə buyurmuşdu
ki, Əlinin (ə) beşiyini yatağının
yanına qoyam və o, hamıdan çox
Əlinin (ə) tərbiyəsində səy
göstərirdi. ... Onu qucaqlayıb
deyərdi: “Bu qardaş, mənim
canişinim, yardım edənim,
əmanətdarım və kürəkənim
olacaqdır”. Peyğəmbər (s) Əlini (ə)
özü ilə Məkkənin dağlarına və
dərələrinə aparardı”.
İmam Əli (ə) evə gəlir və
Peyğəmbər (s) və Həzrət Xədicə
(s.ə) namaz qılırdılar. Dayanıb
onların rüku və səcdəsinə tamaşa
edir. Həzrət Peyğəmbər (s) Quran
ayəsini tilavət edirdi. Onların
namazı bitən zaman Əli (ə) nə
etdiklərini soruşdu. Peyğəmbər (s)
cavab verdi: “Biz məni
peyğəmbərliyə məbus edən Allaha
namaz qılırıq”. İmam Əlini (ə) İslam
dininə dəvət edir.
İmam Əli (ə) İslam dinini qəbul
edən zaman on yaşı var idi. O,
Peyğəmbərlə (s) camaat namazı
qılan ilk insan idi. Əfif Kəndi deyir:
“Cahiliyyət dövründə paltar və ətir
almaq üçün Məkkəyə getmişdim.
Peyğəmbərin (s) əmisi Abbasla
görüşdüm. Kəbəyə baxırdım,
qəflətən gördüm ki, bir cavan
gəldi və səmaya baxıb, üzü
Kəbəyə namaz qılmağa başladı. Bir
qədər keçəndən sonra bir
yeniyetmə gəldi və onun sağ
tərəfində dayandı. Sonra da o,
ikisinin arxasında bir xanım
dayandı. Abbasdan bunları
soruşdum və dedi: “O cavan -
Muhəmmədir (s). O, yeniyetmə
əmisi oğlu Əlidir (ə) və o qadın da
Xədicədir (s.ə), Muhəmmədin (s)
həyat yoldaşıdır”. Əfif deyir: “Ey
kaş, mən onların dördüncüsü
olaydım”.
İmam Əli (ə) “Nəhcul-bəlağə” də
yazır: “Allahım! Mən haqqa çatan
ilk insanam və onu eşidib, qəbul
etmişəm. Heç kim Muhəmməddən
(s) başqa namazda məni
qabaqlamamışdır ”.
Həmçinin İmam Əli (ə) buyurur:
“Besətdən qabaq Allahın Rəsulu
(ə) Hirə dağına gedir və mən onu
görürdüm. O zaman İslam evə
gəlməmişdi. Peyğəmbərin (s) və
Xədicənin (s.ə) evindən başqa və
mən onların üçüncüsü idim”.
Bir gün İmam Əli (ə) yoxsul bir
qadınla rastlaşır. Onun bir neçə
yetim uşağı var idi və aclıqdan
ağlayırdılar. O qadın uşaqlarla
oynayırdı ki, yatsınlar. Atəş
yandırıb, üzərinə bir qab
qoymuşdu və içərisinə də su
tökmüşdü ki, uşaqlar yemək
bişdiyini düşünsünlər.

[cavab]

pol aze 8 Noy 2013 / 01:37
Həzrət (ə) mənzilə getdi və bir
qədər xurma, un, yağ, çörək və
düyü götürüb çiyninə aldı və o
qadının evinə yollandı. Qənbər
xahiş etdi ki, bu yükü ona versin.
Ancaq Həzrət (ə) razı olmadı. O
qadının evinə çatan zaman icazə
istəyib, içəri girdi. Bir qədər düyü
və yağ götürüb, odun üzərində
olan qazana atır və düyü bişəndən
sonra uşaqlara yedizdirir və onları
doyuzdurur. Sonra isə əllərini yerə
qoyub, “biğ-biğ” deməyə başlayır
və uşaqları güldürür. Sonra evdən
xaric olur. Qənbər deyir: “Bu gün
qəribə bir şeyi müşahidə etdim, siz
əl və ayaqlarınızı yerə
qoymuşdunuz. “Biğ-biğ”
edirdiniz”. Buyurdu: “O zaman ki,
evə daxil oldum, uşaqları ac və
ağlar gördüm. İstədim ki, çıxan
zaman onları gülər görəm”.
Bir uşaq evin damına qalxmışdı və
anasının xəbəri yox idi. Damın
yerə qədər olan məsafəsi 20 metr
idi. Anası fəryad çəkirdi ki, indi
uşağım düşüb, öləcəkdir. Uşaq da
heç kimin sözünə qulaq asmırdı.
Bir şey edə bilmirdilər. İmam Əli (ə)
oradan keçirdi. Bu mənzərəni
görüb, buyurdu: “Onunla eyni
yaşda olan bir uşaq gətirin və
yolun ortasına qoyun”. Bu işi
gördülər. O ikisi oynamağa
başladılar. Anası da yavaşca gedib,
uşağı damdan götürdü.
Həbib ibni Əbi Sabit nəql edir: “Bir
gün balı betul-mal adı ilə
gətirmişdilər. İmam Əli (ə) buyrur
ki, yetimləri gətirsinlər. Balı
ehtiyacı olanların arasında
bölüşdürür və özü balı yetimlərin
ağzına qoyurdu. Bəziləri deyirdi:
“Ey Əli! Bunu niyə edirsən?”
Buyurdu: “İmam, yetimlərin
atasıdır. Onların ağzına bal qoyub,
dünyadan getmiş atalarının yerinə
onlara sevgi göstərirəm”.
Bir gün İmam Əli (ə) evdə
əyləşmişdi. Onun kiçik yaşlı iki
övladı Abbas (ə) və Zeynəb (s.ə)
biri sağ və o biri isə sol tərəfində
əyləşdi. Əli (ə) Abbasa (ə) buyurdu:
“De 1. Buyurdu: 1. Sonra dedi: De
2. Dedi: Mən həya edirəm ki, 1
dediyim dilimlə 2 deyim”. İmam (ə)
Abbasın (ə) gözündən öpdü. Sonra
Zeynəbə (s.ə) dedi: “Atacan, məni
çox istəyirsən?” Buyurdu: “Bəli,
övladlarımız ciyərimizin bir
parçasıdır”.
Dedi: “İmanlı kişilərin qəlbinə iki
məhəbbət sığışmaz. Allahın və
övladın sevgisi. Çarəsiz gərək
deyəsən ki, bizə qarşı
mehribansan. Ancaq xalis
məhəbbət Allah üçündür. İmam (ə)
bu sözlərdən xoşhal oldu və hər
ikisini təşviq etdi”.

[cavab]

pol tutu 8 Noy 2013 / 01:40
Allah razi olsun

[cavab]

pol aze 8 Noy 2013 / 01:47
tutu, Allah size yar olsun

[cavab]

pol zamka 8 Noy 2013 / 05:55
cox maraqli ve ibretamiz, te$ekkur

[cavab]

pol aze 8 Noy 2013 / 06:05
zamka, Allah razı olsun

[cavab]

pol aziz15 8 Noy 2013 / 14:13
allah razi olsun eziz exim

[cavab]

pol aze 8 Noy 2013 / 17:23
aziz15, Allah sene yar olsun exim

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1524 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az