usaq olmaq isteyirem :(
tutu
8 Noy 2013 / 01:35
Uşaq olmaq istəyirəm...
Yaşım neçə olursa-olsun, uşaq qalmaq istəyirəm... Dizlərim qanayacaq deyə, ağaclara çıxmayacağamsa...Məni isladır deyə, yağışdan qorxacağamsa... Qar dənəciklərinin üzümə toxunmasından sevinməyəcəyəmsə... Göy üzündəki ulduzlara heyran qalmayacağamsa... Balıqların nəfəs almadan suda necə üzdüklərinə heyrətlənməyəcəyəmsə... Bir tırtılın necə kəpənək olması məni düşündürməyəcəksə...Uzun-uzadı suallar verməkdən bezəcəyəmsə... Əllərim kirlənəcək deyə, qumdan qala qurmayacağamsa... Quşları oxşamaqdan doyacağamsa... Buludların məni ən uzaq diyarlara apara biləcəyinə inanmayacağamsa... Ayın sırf gecə uşaqlar qorxmasın deyə, doğduğunu düşünməyəcəyəmsə... Anama yol kənarından çiçək dərməyi unudacağamsa... Böyük ürək şəkli çəkdiyim kağızları qeyri-adi bir şey kimi atama göstərməyəcəyəmsə... Nənəmlə diz-dizə oturub saatlarla söhbət etməyəcəyəmsə... Bayramları neçə gün əvvəldən böyük bir həyəcanla gözləməyəcəyəmsə...
Ac pişik balasını doyurmaq üçün bütün “var-dövlətimi” verməkdən çəkinəcəyəmsə... “Böyük balıqlar balaca balıqları udur” sözlərini dünyanın ən dəhşətli sözləri kimi ürəyimdə tez-tez təkrarlamayacağamsa... Dostlarım arasında ciblərindəki pula görə fərq qoyacağamsa... Hər gün yeni bir şey öyrənməkdən əl çəkəcəyəmsə... İncikliklərim, küskünlüklərim uzanacaqsa... Ətrafımı şübhələr, qorxular bürüyəcəksə... Haqlı da olsam, susmağa səbrim olmayacaqsa... Həyatın “qara rənglərinə” dözə bilməyəcəyəmsə... Hər gecə məni, dünyanı və bütün insanları ilanlardan, əqrəblərdən, bir də qaranlıqlardan qorusun deyə, Allaha dua etməyəcəyəmsə... Və yalnız mənə yaxşılıq edənləri “sevəcəyəmsə”... böyümək istəmirəm, uşaq qalmaq istəyirəm. Həm də yaşım neçə olursa-olsun, uşaq qalmaq istəyirəm...
[cavab]
(=AyaN=)
8 Noy 2013 / 02:11
Men de
[cavab]
L_SimuS
8 Noy 2013 / 02:17
Uşaqlıq ona görə həmişə arzulanır ki insan yalnız o zaman xoşbəxt olur.
[cavab]
L_SimuS
8 Noy 2013 / 02:18
(=AyaN=), guya böyüyübsən ki? :)
[cavab]
(=AyaN=)
8 Noy 2013 / 02:27
L_SimuS, 2-3yawinda olmag isdirem
[cavab]
aziz15
8 Noy 2013 / 02:31
kaski balaca olaydim o zaman indi yanimda olmayan bezi yaxinlarim elimi tutardi.....
[cavab]
L_SimuS
8 Noy 2013 / 02:37
(=AyaN=), 5.6 yaş daha maraqlıdı məncə:)
[cavab]
(=AyaN=)
8 Noy 2013 / 02:37
L_SimuS, hee ola biler
[cavab]
Bölmeye qayıt
0.2802 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az