Yawli bir cutluk

pol Mp3_MuSiCe 7 Noy 2013 / 14:33
.Yaşlı bir cütçü yol qəzasında zərər çəkmiş olduğu səbəbiylə məhkəmədə özlərini müdafiə edirlər.Qəzaya səbəb olan nəqliyyat firmasının vəkili soruşur:-Qəza yerinə gələn polis qrupuna-"Yaxşıyam" demədinizmi?
Cütçü ifadəsinə başlayır:
-Traktorumun arxasında inəyim sarıqız ilə birlikdə gedərkən, bu nəqliyyat şirkətinin yük maşını.
Vəkil sözünü kəsdi;
-Detalları soruşmuram, yalnız bu suala cavab ver.Qəza yerinə gələn polis qrupuna "Yaxşıyam" Dedinizmi? Demədinizmi?
-Deməli, biz sarıqız ilə birlikdə gedərkən.
Vəkil yenə cütçünün sözünü kəsir və hakimə dönərək:
-Möhtərəm hakim!, Bu adam qəza yerinə gələn polis qrupuna,ondan vəziyyətini soruşduğu zaman "çox yaxşıyam" demişdi. İndi aradan 3-4 həftə keçdikdən sonra zərər çəkmişliyini qarşıya qoyaraq, müvəkkilimə şər atır. Lütfən qəza əsnasında yaxşı olduğunu söyləyib söyləmədiyi mövzusunda məhkəməyə doğrudan cavab verməsini söyləyərsinizmi?
Hakim:
-Bir dəqiqə.Əvvəl bu sarıqız hekayəsini eşitmək istəyirəm.
Cütçü hakimə təşəkkür edib, ifadəsini davam etdirir:
-Bu nəqliyyat şirkətinin yük maşını traktoruma vurduğunda,mən bir xəndəyə, sarıqız başqa bir xəndəyə yıxıldıq.
Gicəlmiş bir halda yatarkən, digər tərəfdən sarıqızın yanıq yanıq böyürmələrini eşidə bilirdim.
Aydındır ki çox ağrı çəkirdi.
O sırada dərhal oradan keçməkdə olan polis qrupu dayandı və məmurlardan biri gedib digər xəndəkdə yatan sarıqıza baxdı.
1 - 2 dəqiqə sonra da tapancasını çıxartdı və inləməkdə olan sarıqızı iki qaşının ortasından vurdu.
Ardından əlində tüstüləyən tapancası ilə yanıma gəldi və mənə "Sən necəsən əmi" deyə soruşdu.
Siz olsanız nə cavab verərdiniz?

[cavab]

pol yasama_ga_deyer 7 Noy 2013 / 14:37
ay bala turp kimiyem eeeeeee:) yaziq agsaqqali qoxudublar eee:) - :bigger:

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1839 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az