..::Itin duası::..
aze
6 Noy 2013 / 23:40
Oxuyun ibrətli,həyatda baş
vermiş hekayə.Bir it vasitəsi ilə bir
insanın yüksəlişi.
Bir vaxt Nəcəf tələbələrindən
olmuş iranlı sərmayədar belə nəql
edir:
Rusiya-İran müharibəsi zamanı
İranda yoxsulluq hakim olmuşdu.
Təbii ki, belə bir dövrdə Nəcəfdəki
iranlı tələbələrə heç bir yardım
gəlmirdi. Mən olduqca ağır
günlərimi yaşayırdım. Düz iki ay idi
ki, dilimə ət dəymirdi.
Bir gün təqaüdümü alıb bazara
getdim. Qoyun ciyəri alıb evə üz
tutdum. Amma yolda elə bir səhnə
ilə rastlaşdım ki, sonradan bütün
həyatım dəyişdi.
Evə tələsdiyim vaxt yol kənarında
balalarını əmdirən it gördüm. İt ac
və zəif olduğundan küçüklərinə
verməyə südü yoxdu. O qeyri-adi
bir hüznlə əlimdəki ciyərə baxırdı.
Bir an dayandım. Düşündüm ki,
aldığım ciyəri itə versəm daha
yaxşı olar. Elə də etdim. İt ciyəri
yeyib başını səmaya qaldırdı və
çox qəribə bir şəkildə hürdü. Mənə
elə gəldi ki, o dua etdi.
Bir müddət sonra İrandan gəlmiş
karvanın məni axtardığını dedilər.
Gedib məni soruşan adamla
görüşdüm. Bir miqdar pul verib
dedi ki, bu pulu filan iranlı
göndəırib və tapşırıb ki, yalnız
qazancından istifadə edəsən. Pulu
aldım və onu göndərənin sifarişini
yerinə yetirdim. Qısa bir
müddətdə varlandım. Bugünkü
var-dövlətimi, əkin sahələrimi, ,
dükanlarımi, nəyim varsa hamısını
itin duasının bəhrəsi bilirəm!
[cavab]
SeV_AmA_UnUTmA
6 Noy 2013 / 23:52
aze, cox gozel hekaye idi.yazan ellerin var olsun.
[cavab]
aze
6 Noy 2013 / 23:52
SeV_AmA_UnUTmA, Allah razı olsun
[cavab]
FERMER*1*
6 Noy 2013 / 23:53
vauuu.İnanılmazdı
[cavab]
aze
6 Noy 2013 / 23:54
FERMER*1*,Allah razı olsun
[cavab]
SeV_AmA_UnUTmA
6 Noy 2013 / 23:54
aze, allah senden razi olsun ki bele gozel movzular acirsan.
[cavab]
aze
6 Noy 2013 / 23:55
SeV_AmA_UnUTmA, elhemdulilleh
[cavab]
zamka
7 Noy 2013 / 04:14
tesekkur aze, Allah razi olsun
[cavab]
Piryanka
7 Noy 2013 / 04:32
Allah razi olsun
red. Piryanka (07.11 /04:32)
[cavab]
aze
8 Noy 2013 / 00:50
zamka, Allah size yar olsun
[cavab]
Bölmeye qayıt
0.1352 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az