..::Hicbın mənfəətləri::..
aze
6 Noy 2013 / 20:15
HİCABIN MƏNFƏƏTLƏRİ..
Qadın özünü Haqqın bəndəsi
bilərək, özünü bəndə kimi
aparmalıdır. O, həqiqi nemət
sahibinin nemətləri üçün Ona
şükür etəlidir. Bu şükrün başlıca
yolu nemət sahibinin əzəmətini
hiss edib, qiyamət gününə
inanmaq, Onun bütün
göstərişlərinə əməl etməkdir.
Yalnız bu yolla özünü, ailəsini,
cəmiyyəti hicabsızlığın acı
nəticələrindən qoruya bilər.
«Amma kim (qiyamət günü)
Rəbbinin hüzurunda durmaqdan
qorxmuş və nəfsinə istəyini,
şəhvəti qadağan etmişsə,
həqiqətən, onun yurdu
cənnətdir.» (Naziat 40-41)
Çox təəssüflər olsun ki, bu gün
dünyanın dörd bir yanında, bəzi
qadınlar öz şəhvani istəklərini tam
azad buraxaraq, keçmiş
tariximizdə baş verməmiş
azğınlıqlar törədirlər. Çox təəssüf
hissi ilə deməliyəm ki, bu gün
müsəlman ölkələrində yaşayan
qadınlar da onları özlərinə örnək
hesab edirlər.
Əli (ə) belə qadınlar haqqında
buyurur: «Gələcəkdə, qiyamətə
yaxın ən pis dövrdə ən pis
qadınlar peyda olacaq. Onların
xüsusiyyətləri aşağıdakılardan
ibarətdir: Hicabsız, lazımi örpəkdən
uzaq, öz zinətlərini gözə soxan,
dindən çıxmış, fitnəkar, sürətlə
(şəhvani) ləzzətlərə tərəf can atan
və Allahın haram buyurduqlarını
halal hesab edən. Bu
xüsusiyyətlərə malik olan qadınlar
əbədi olaraq cəhənnəmdə
qalacaqlar.» (Vəsail c.14, səh.18)
[cavab]
aziz15
6 Noy 2013 / 20:16
allah razi olsun exi
[cavab]
aze
6 Noy 2013 / 20:19
aziz15, Allah sene yar olsun
[cavab]
*K_I_L_L_E_R*
6 Noy 2013 / 21:43
aze, halaldu Allah razi olsun
[cavab]
aze
6 Noy 2013 / 21:59
*K_I_L_L_E_R*, Allah sene yar olsun
[cavab]
Bölmeye qayıt