..::Məhərrəmlik Haqqında::..

pol aze 6 Noy 2013 / 17:35
Yaradan bəzi ayları
başqalarından üstün tutar, onları
fəzilətli edər və müsəlmanların
da həmin fəzilətdən
bəhrələnməsinə imkan verər.
Dörd haram aydan biri sayılan
Məhərrəm də belədir.
Allah seçdiyi bu ayı öz fəziləti,
şanı və ehsanı ilə
sayğılaşdıraraq, insanlardan da
xəlq edərək buyurduqlarına
sayğı ilə yanaşmasını tələb edir.
Məhərrəm ayında nələr
qadağandır?
Haram aylarda bir çox şərtlər var
ki, onların arasında savaş etmək,
müharibələrə qoşulmaq, səhər və
axşam namazları arasındakı
vaxtda şadyanalıq etmək kimi
əməllər günah sayılır.
Qurani-Kərimdə də deyilir:
"Həqiqətən, Allah yanında ayların
sayı göyləri və yeri yaratdığı
gündən bəri Allahın Kitabında on
ikidir. Onların dördü (Rəcəb,
Zülqədə, Zülhiccə və Məhərrəm)
haram aylardır. Bu, doğru
dindir” ("Tövbə", 36).
Məhərrəm ayının önəm və
sayğısı İslamdan əvvəl də
mövcud olub. Belə ki, cahiliyyə
dövründə qüreyşilər Məhərrəm
ayında oruc tutar, Kəbədəki qara
daşa təzim edərdilər.
İbq Həcər və Qurtubinin
yazdıqlarına görə, bu davranış
çox yəqin onlara Hz. İbrahim
(ə.s) kimi ötən peyğəmbərlərin
buyruqlarından gəlibmiş.
Məhərrəm ayı və Aşura
Ölkə əhlinin "məhərrəmlik" dediyi
ayda toy, nişan mərasimlərinin
məsləhət bilinməməsini,
müsəlmanların digər aylarla
müqayisədə daha sadə
davranmalarını gərəkdirən səbəb
var.
O səbəb Aşuradır.
Aşura kəlməsinin kökü ərəb
dilindəki "əşr", yəni "onuncu"
sözündəndir. Əşr isə haram ay
sayılan Məhərrəmin 10-cu
günüdür.
Həmin gün, hicri təqvinin 10
məhərrəmində (680-ci ilin
oktyabrın 10-da) bəşər tarixində
ən böyük faciələrdən biri baş
verib.
Cəmi müsəlmanlar üçün faciəli və
qəmli həmin gündə Kərbəla
yaxınlığındakı döyüşdə Hz.
Məhəmmədin sevimli nəvəsi,
onun qızı Fatimeyi-Zəhra (ə.s.) və
Hz.Əlinin (ə.s.) ikinci oğlu İmam
Hüseyn (ə.s.), habelə İmamın 72
nəfərlik dəstəsi şəhid olublar.
O dəstədə aralarında
yeniyetmələr və azyaşlı uşaqlar
da olmaqla 18 nəfər Allahın
Rəsulunun (s.ə.s) birbaşa
qohumları idilər.

[cavab]

pol aze 6 Noy 2013 / 17:36
Məhərrəm ayında müsəlmanların
Şəhidlərin Şəhidi İmam Hüseynə
(ə.s.) yas tutmaları bu ayın
matəm ruhunu müəyyənləşdirir.
Məhz bu səbəbdən sabah
başlayacaq ayda səhər və axşam
namazları arasında toy, nişan və
s. məclislərin düzənlənməsi,
bayram tədbirləri və konsertlərin
keçirilməsi məsləhət görülmür.
Lakin axşam namazından sonra
toy məclisi keçirmək olar. Bir
şərtlə ki, orada musiqi
səslənməyə, növraq-büsat
olmaya: bu da ən məcbğuri
hallarüçün nəzərdə tutulub.
Yas tutmağa gəldikdə, bu barədə
də Hz. Məhəmmədin (s.ə.s) şəriəti
var.
Hey şübhəsiz ki, ölüm də digər
faciə və bəlalar təki Allahın
təqdir etdiyi bir hadisə olduğu
üçün, ona qarşı üsyan etmək
olmaz. Onu səbr ilə qarşılamaq
gərəkdir. Hər nə qədər ölüm
haqdırsa, gerçəklik ölümün
özünün iztirablı olmasıdır. Bu
dünyadan və dünyadakılardan
ayrılıq həm ölən, həm də
yaxınları üçün bir hüzn, bir
dərddir.
İslamdan əvvəlki dönəmdə,
cahiliyyə dövründə ərəblər
arasında bir adət vardı. Birinin
ailəsinə bəla düşəndə, müsibət
yaşananda ərəb qadınlar bir yerə
yığışaraq uca səslə hönkürər,
vaveyla deyər, üzlərini cırar,
paltarlarını yırtar, saçlarını
yolardılar.
Allahın Rəsulu (s.ə.s) isə bütün
bunları qadağan etdi.
Heç bir hiss, duyğu, heç bir
məhəbbət, hətta Allah rizasından
dolayı belə, Allahın buyurduğu
tələblər və qoyduğu şəriəti
dəyişdirməyə haqq qazandırmaz.
Təbii, hər insan bunu edə də
bilər, amma Allahın rizası və
bərəkəti onunla olmaz.

[cavab]

pol aze 6 Noy 2013 / 17:38
Məhərrəm ayında nişan və elçilik
olarmı?
Suala bilavasitə cavab
verməzdən əvvəl xatırladaq ki,
sabah başlanacaq ayın adının
mənası ərəb dilində "hörmət
edilən, sayğıya layiq" deməkdir.
Bəzi din xadimlərimiz Məhərrəm
ayında Aşuranın olduğunu və
sevimli imamımız Hz.Hüseynin
(ə.s) şəhadətə yüksəldiyini
deyərək, elçilik və nişanların
yolverilməz oldduğunu deyirlər.
Fəqət, belə deyil, çünki İslam
baxımından belə yasağın heç bir
əsası və ya əsli yoxdur.
İslamda "Lə ilahə illəllah", yəni
"Allahdan başqa ibadətə layiq
heç bir məbud yoxdur" düsturu
var. Belədirsə, insanlar və
xüsusilə də möminlər Allahın
buyruqlarına şərtsiz əməl etməli,
öz ayinlərini və adətlərini Şəriətə
pərçim etməməlidir.
Allah kişiləri qadınlar, qadınları
da kişilər üçün yaradıb və bəşər
övladına "ailə" məfhumunu
verərək başqa məxluqlardan
ayıraraq uca məqama yüksəldib.
Elçi getmək, nişan da ailə
qurulmasının ilkin
mərhələlərindən biridir. Ona görə
də Məhərrəm ayında elçi gedən
və ya nişan edənlər günah iş
tutmurlar. Sadəcə, belə
mərasimlərdə musiqi, şadyanalıq
və içki qadağandır.
Əslində spirtli içkilər qiyamətə
qədər ilin hər günü müsəlmana
haramdır.
Fitnənin yasaq buyrulduğu ay
Məhhərm ayında hər müsəlman
dedi-qodu, münaqişə, kimisə
incitmək, xətrinə dəymək kimi
əməllərdən çox uzaq olmalıdır.
Habelə, söz-söhbət, münaqişə,
incimə, küsməyə səbəb olacaq
fitnədən də uzaq durmaq
gərəkdir.
Unutmayın ki, Aşura günü İmam
Hüseyn(ə.s) və onun 72
tərəfdarı Kərbala düzündə şəhid
oldu. Həmin gün İslam dinində
həm matəm, həm də İslamın
qələbə çaldığı gündür. Həmin
gün İslamın necə böyük din
olduğunu göstərirdi. Bu
səbəbdən də Ramazan ayından
sonra ən fəzilətli oruc məhərrəm
orucu sayılır.
Aşura orucunun özəlliyi
Məhərrəm ayının 10-cu günü hər
mömin müsəlman oruc
tutmalıdır ki, bunun da adı
"Məhərrəm orucu"dur.
Müsəlmanlarla bahəm, yəhudi və
xristianlarda da həmin gün
"böyük gün" sayılır.
Məhərrəm ayının 10-cu günü,
yəni Aşura orucunun fəziləti
böyukdür. Belə ki, hədisi-şərifə
görə, Hz. Məhəmməd (s.ə.s)
buyurub: "Ramazan ayından
sonra ən fəzilətli oruc
"Şəhrullah" (Allahın ayı) olan
Məhərrəm ayının orucudur. Fərz
namazından sonra ən əfzəl
(üstün) namaz gecə
namazıdır" (Müslim, Əbu Davud,
Tirmizi).
Məhz bu səbəbdən də mömin
müsəlmanlar Məhərrəm ayını
"şəhrullah", yəni "Allahın
ayı"adlandırırlar.
Hədislərdə o da buyurulur ki,
Allahın Rəsulunun (s.ə.s) özü də
Aşura orucu tutarmış. Buna görə
də Aşura gününün orucu digər
sünnət oruclar kimi
müsəlmanlara buyrulmuş
tələblərdən biridir.
Yeni il qeyd olunmalıdırmı?
Yeni il xristian əsilli bayramdır və
bu il Məhərrəm ayına təsadüf
etdiyindən onun təmtəraqla,
şövqlə qeyd edilməsi məsləhət
bilinmir.

[cavab]

pol aze 6 Noy 2013 / 17:38
Zəncir vurmaq olarmı?
Artıq bir neçə ildir Bütün
Qafqazın Şeyxi Hacı Allahşükür
Paşazadə islam əhlinə müracət
edərək, insanları bədənə zülm
edib qan çıxarmamağa çağırır.
Yəni son illər Aşura günündə
müsəlmanlar qanvermə
aksiyasına dəvət olunur. Əgər
Aşura günündə hər hansı bir
ehtiyacı olan xəstəyə qan
yardımı göstərilirsə, bu, özünə
qəsd edib əzab verməkdən
dəfələrlə yaxşıdır və savab işdir.
Yaxşı olardı ki, səhhəti imkan
verən bütün müsəlmanlar bu
savab işdə iştirak etsinlər.

[cavab]

pol aziz15 6 Noy 2013 / 17:39
sagol exi men ban edile bilerem ama senin yazdiqlarini her zaman oxumaga calisacam.xaisimi nezere aldigin ucun tesekkur edirem

[cavab]

pol aze 6 Noy 2013 / 17:44
aziz15, Allah razı olsun..inşallah

[cavab]

pol SU_PERISI 6 Noy 2013 / 18:56
bu ayda imam HUSEYN ELEHSALAM ucun aglayan gozler qiyametde aglamaz,milcek qanadi qeder gozunden yas axsa fil boyda gunahin bagislanir

[cavab]

pol aze 6 Noy 2013 / 19:05
SU_PERISI, Allah razı olsun

[cavab]

pol FuadAbbasov 6 Noy 2013 / 19:08
ALLAH komeyiniz olsun,bizde melumatlandiq.
ama menimcun toy niwan meselesi bir az qaranliq qaldi.cunki bu meselede gorunur DIN XADIMLERIninde fikir ayriliqlari var...
bir daha tewekkur saolun...

[cavab]

pol aze 6 Noy 2013 / 19:14
FuadAbbasov, Allah razı olsun

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1509 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az