..::Imam Rza(ə)ın şəhadət tarixi::..

pol aze 6 Noy 2013 / 14:08
İmam Rzanın (ə) ürəkparçalayan
şəhadət tarixi
Əba Sələt Hərəvi nəql edir: “Mən
Həzrət Rzanın (ə) xidmətində idim.
Mənə buyurdu: “Ey Əba Sələt!
Harunun qəbri olan qübbəyə daxil
ol və onun dörd tərəfindən torpaq
götür və gəl”. Getdim və
buyurduğu torpağı gətirdim.
İmam (ə) bu torpaqları iylədi və
buyurdu: “Məni Harunun
arxasında dəfn etmək istəyirlər.
Ancaq orada elə bir daş var ki,
bütün Xorasanın külünglərini
gətirsələr də, onu yara
bilməyəcəklər”. Bu sözləri
Harunun qəbirinin yuxarısı və
aşağısı haqqında söylədi.
O zaman Harunun qəbirinin baş
tərəfində, yəni qiblə tərəfində
olan torpağı iylədi, buyurdu: “Bu
torpaq mənim qəbirimin yeridir.
Ey Əba Sələt! O zaman ki, mənim
qəbrim zahir olacaq (qazılan
zaman) orada bir rütubət
olacaqdır. Mən sənə bir dua təlim
edəcəyəm ki, onu oxuyan zaman
qəbrim su ilə dolacaqdır. Bu suda
kiçik balıqlar görünməyə
başlayacaqdır. Sənə verəcəyim
çörəyi onlar üçün xırdala və onlar
bu çörəyi yeyəcəklər. Sonra böyük
bir balıq zahir olacaq və həmin
kiçik balıqların hamısını udacaqdır.
Sonra qeyb olacaqdır. Bu zaman
əlini suya sal və sənə öyrədəcəyim
duanı oxu. Suyun hamısı yerə
hopacaq və bütün bu işləri
Məmunun yanında gör”.
Sonra buyurdu: “Ey Əba Sələt! Mən
sabah bu günahkar insanın yanına
gedəcəyəm. Onun yanından çıxan
zaman əgər başımı əba ilə örtsəm,
mənimlə danışma və bil ki, məni
zəhərləyibdir”.
Sabahısı günün səhəri İmam (ə)
intizar içərisində əyləşmişdi. Bir
müddətdən sonra Məmun nökərini
göndərir ki, İmamı (ə) yanına
aparsın. İmam (ə) Məmunun
məclisinə gedir və mən də onun
ardınca getdim. Onun qabağına
içərisində xurma və müxtəlif
meyvələr olan qab qoymuşdular.
Məmunun özü orada olan
üzümdən bir neçəsini yemişdi.
İmamı (ə) görən kimi ayağa qalxdı
və onu qucaqladı. Alnından öpüb,
yanında əyləşdirdi. Sonra həmin
üzümü İmama (ə) təklif etdi və
dedi: “Mən bu üzümdən yaxşısını
görməmişəm”.
İmam (ə) buyurdu: “Behişt
üzümləri daha yaxşıdır”.
Məmun dedi: “Bu üzümdən yeyin”.
İmam (ə) buyurdu: “Məni üzrlü
bil”.
Məmun dedi: “Heç bir çarəniz
yoxdur, yoxsa bizi ittiham
edirsiniz? Yox, mütləq
yeməlisiniz”. Sonra özü həmin
üzümlərdən birini qoparıb yedi və
qalanını İmama (ə) verdi.
İmam (ə) o üzümdən üç dənə yedi
və onu yerə qoyub, dərhal ayağa
qalxdı.
Məmun dedi: “Hara gedirsən?”.
İmam (ə) buyurdu: O yerə ki, məni
göndərirsən.
Sonra əbasını başına saldı, evinə
getdi və mənə buyurdu ki, qapını
bağlayım.
Mən evin ortasında nigaran və
pərişan halda dayanmışdım. Sonra
gördüm ki, bir gözəl simalı cavan
gəldi və o, İmam Rzaya (ə) çox
bənzəyirdi. Qabağa getdim və
dedim: “Haradan gəldiniz? Axı
qapılar bağlıdır? Siz kimsiniz?”.
Buyurdu: “Mən Allahın sənin
üzərində olan hüccətiyəm. Ey Əba
Sələt! Mən Muhəmməd ibni Əli
Cavadam (ə)”. Sonra atasına tərəf
getdi və mənə buyurdu ki, sən də
gəl.

[cavab]

pol aze 6 Noy 2013 / 14:11
İmam Rzanın (ə) gözü oğluna
sataşan kimi onu qucaqladı və
alnından öpdü. Sonra yavaş
danışmağa başladılar və mən heç
nə eşitmədim. Onların bu sirli
söhbəti İmam (ə) ruhunu
tapşırana qədər davam etdi.
İmam Cavad (ə) buyurdu: “Ey Əba
Sələt! Get, qüsl üçün lazım olanları
gətir”. Onları gətirdim və İmama
(ə) qüsl vermək üçün qollarımı
çırmaladım. Həzrət Cavad (ə)
buyurdu: “Ey Əba Sələt! Kənara
çəkil! Mənə kömək edən səndən
başqasıdır”. Sonra əziz atasına qüsl
verdi və buyurdu: “Anbarda zənbil
var ki, orada kəfən və kafur var,
onu gətir”. Mən getdim və
buyurduqları şeyləri gətirdim.
Həzrət Cavad (ə) onu kəfənlədi və
namaz qıldı. Sonra buyurdu:
“Tabutu gətir. Anbarda var”.
Anbara getdim və gördüm ki,
orada tabut da var. İmam (ə)
atasını tabuta qoydu.
İmam (ə) namaz qılmağa başladı
və hələ namazı başa çatmamışdı ki,
gördüm evin damı açıldı. Gördüm
ki, bu tabut səmaya qalxdı və mən
dedim: “Ya ibn Rəsullah! İndi
Məmun gələcək və deyəcək ki,
İmam Rzanın (ə) mübarək bədəni
haradadır?”.
Buyurdu: “Aram ol! Bu mübarək
bədən tezliklə qayıdacaqdır. Ey Əba
Sələt! Elə bir peyğəmbər yoxdur ki,
dünyanın şərqində ölsün və Allah
ruhu və cəsədini vəsiyinə
qovuşdurmasın, hətta vəsiyi
qərbdə olsa belə”. Bu zaman damın
üstü yenə açıldı və tabut yerə
endi.
Sonra İmam (ə) atasının mübarək
cənazəsini götürdü və yatağına
qoydu. Sanki nə qüsl olub və nə də
kəfənlənmişdir. Sonra buyurdu:
“Ey Əba Sələt! Qalx və qapını
Məmun üçün aç!”.
Birdən Məmun qapıdan nökərləri
ilə bir yerdə ağlayaraq daxil oldu.
Başına döyürdü və İmamın (ə)
mübarək bədininin yanında
oturdu. İmamı (ə) dəfn etmək
üçün əmr verdi.
İmamın (ə) mənə
buyurduqlarının hamısı həyata
keçdi. Məmun (lən) dedi: “Biz
Həzrət Rza (ə) sağ olan zaman
ondan çoxlu kəramət görmüşdük,
indi ölən zaman da o, kəramətləri
bizə göstərir”.
Məmunun vəziri ona deyir: “Başa
düşdünüz, İmam Rza sizə nəyi
göstərmək istəyirdi?”.
Dedi: “Yox”.
Dedi: “O, bizə bu kiçik və o böyük
balığı göstərərək demək istəyirdi
ki, siz Bəni-Abbasın səltənəti bu
qədər uzun müddət olmasına
baxmayaraq, kiçik balıqlar kimidir.
Sizin əcəliniz çatan zaman Allah biz
Əhli-beytdən (ə) olan bir nəfəri
sizə hakim edəcəkdir və sizin
hamınızı aradan qaldıracaqdır.
Məmun dedi: “Düz deyirsən”.
Sonra Məmun mənə dedi: “O nə
dua idi ki, oxudun?”.
Dedim: “Allaha and olsun ki, həmin
an yadımdan çıxdı”. Həqiqətən də
unutmuşdum.
Ancaq Məmun məni həbs etdi və
bir il zindanda qaldım. Bir gecə
səhərə qədər dua etdim və Allahı
Muhəmməd (s) və Ali-Muhəmmədə
(ə) and verdim. Bu zaman Həzrət
Cavad (ə) zindana daxil oldu.
Buyurdu: “Ey Əba Sələt! Ürəyin
darıxır?” Dedim: “Allaha and olsun
ki, bəli”. Buyurdu: “Ayağa qalx”.
Ayağımdakı zənciri açdı və məni
zindandan azad etdi. Zindanbanlar
məni görürdülər, ancaq bir şey
etmirdilər. Buyurdu: “Get, Allah
amanında ol, Məmunun əli bir də
sənə çatmayacaqdır”. O gündən
sonra bir daha Məmunu
görmədim”.

[cavab]

pol Sevsen 6 Noy 2013 / 15:01

[cavab]

pol Qizil_Eli 6 Noy 2013 / 16:07
qaqaw tewekkür edirem yazdıga göre super idi

[cavab]

pol aziz15 6 Noy 2013 / 16:17
allah razi plsun exi xais etsem mehherrem ayinin ferz emmelleri haqda yazarsan?

[cavab]

pol aze 6 Noy 2013 / 17:04
Sevsen, Allah razı olsun

[cavab]

pol aze 6 Noy 2013 / 17:05
aziz15, Allah sene yar olsun...yaxşı qaqaş

[cavab]

pol aze 6 Noy 2013 / 17:05
Qizil_Eli, Allah sene yar olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2287 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az