:::Qadinlar ne ucun tez aglar ???:::
_MiNi_
6 Noy 2013 / 01:49
Kiçik bir oğlan, anasından soruşdu: "Nə
üçün ağlayırsan?"
"Çünki mən qadınam" deyə
cavablandırdı anası.
"Anlamadım!" dedi uşaq.
Anası, uşağı qucaqlayıb "Heç bir
zaman anlaya
bilməyəcəksən!" dedi.
Atasına "Ata, anam nə üçün ağlayır?"
deyə soruşdu.
Atanın cavabı: "Bütün qadınlar səbəbsiz
ağlaya bilən quruluşdadır" ondan.
Kiçik uşaq böyüdü, yetişkin adam oldu,
hələ qadınların nə üçün ağladıqlarını
kəşf edə bilmədi. Nəhayət öldükdən
sonra cənnətə getdiyində Allahdan
soruşdu.
"Allahım!" dedi: "Qadınlar nə üçün bu
qədər asan ağlaya bilirlər?"
Allah: "Mən qadınları xüsusi yaratdım!
Bütün həyatın
ağırlığını daşıya biləcək qüvvətdə
olmasına baxmayaraq başqalarına
təsəlli verəcək qədər yumşaq çiyinlər,
doğumun ağrısına olduğu qədər
doğurduqları övladlarının nankorluğuna
dözə biləcək iç qüvvətini verdim.
Başqalarının qüvvətinin qalmadığında;
davam edəcək əzmi,
ailəsinin xəstəliyində; yorğunluğa
başmaq buraxdırmayacaq qüdrəti
verdim.
Hər cür şərt altında, hətta özlərini çox
pis incitsə də,
uşaqlarını sevmək duyğusunu verdim.
Bu duyğu hər yaşdakı uşaqlarının
yaralarını qucaqlamalarına,
problemlərini dinləyib paylaşmalarına
kömək edir.
Ərlərini bütün qüsurlarıyla sevmək
qüvvətini verdim. Onlara yaxşı bir ərin
yoldaşını əsla incitməyəcəyini lakin
bəzən dəstək və qüvvətini sınayacaq
davranışlarda tapılacağını anlayacaq
həssas bir zəka verdim."
[cavab]
zamka
6 Noy 2013 / 03:32
_MiNi_, cox gozeldi xanim tesekkurler
[cavab]
aziz15
6 Noy 2013 / 04:55
sagolun
[cavab]
qazasa
6 Noy 2013 / 13:49
hmm...
[cavab]
Bölmeye qayıt