Bizə aid şeirdi bu

pol L_SimuS 5 Noy 2013 / 17:29
Həm lal olduq, həm də kar
Lallıq karlıqdan doğar.
Niyə lal olduq, görən?
Bunu bilirsənmi sən?
Bunu bilək biz əvvəl,
Ötənlərə baş vuraq
Bunun üçün indi gəl.
Zaman-zaman əzildik
Məhkum olduğumuzu
Nə anladıq, nə bildik.
Bununçün da soydular
Dərimizi qatbaqat.
Haqqımızı kimsədən istəmədik, ey ustad.
Çünki onu qanmadıq.
Bu miskin halımızdan
Qızarıb utanmadıq.
Bütün dünya oyandı,
Biz hələ oyanmadıq.
Susduq, hər şeyə dözdük.
İçimizdən oyulduq.
Karlıqdan lal olmadıq,
Susduq-deyə lal olduq.
Sabirimiz demişkən:
"Bir əcayib şeyik biz".
Tərs gəlib hər işimiz.
Bizim çaqqalımız da
Gəlir öz dağımızdan.
Bizim karlığımız da,
Bizim lallığımız da
Doğub susmağımızdan.

[cavab]

pol (sevda) 5 Noy 2013 / 19:04
ela ela

[cavab]

pol (sevda) 5 Noy 2013 / 19:05
L SIMUS SUPERDI TWK

[cavab]

pol Mp3_MuSiCe 5 Noy 2013 / 19:43
guzel

[cavab]

pol *_ALiK_* 5 Noy 2013 / 21:00
Sözleri qafiyeli deyil.

[cavab]

pol L_SimuS 5 Noy 2013 / 21:34
təşəkkürlər.Sözlər isə Bəxtiyar Vahabzadənindi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.173 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az