==NAMAZ HAQQINDA 40 INCELIK==
bad-boy1
5 Noy 2013 / 14:33
1-Namaz behiştə gedənlərin tacıdır. 2-Namaz qeyb aləminə açılmış bir pəncərədir. 3-Namaz yerdən göy aləminə pərvaz etməkdir. 4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur. 5-Namaz dini abadlaşdırır. 6-Namaz xoşbəxtlik iksiridir. 7-Namaz insanı xilqətlə eyni ahəngdə edir. 8-Namaz yerlə göy arasında bir körpüdür. 9-Namaz Allahla dostluğu davam etdirməkdir. 10-Namaz möminin simasındakı iman cilvəsidir. 11-Namaz sonsuz ruzi verənə əl açmaqdır. 12-Namaz bütləri sındırmaq və İlahi eşq odunda yanmaqdır. 13-Namaz səma qapılarının yer üzündə yaşayanların üzünə açılmasıdır. 14-Namaz ən pak iman aynasıdır. 15-Namaz qəlbləri dirildən ətirdir (müşkdür). 16-Namaz günah müqabilində bir qalxandır. 17-Namaz günahlar zülmətində qəlbin işıqlanmasıdır. 18-Namaz nur okeanında üzməkdir. 19-Namaz canı duru və sərin bulaqdan sirab etməkdir. 20-Namaz bütün yaxşılıqlar xəzinəsi və eşq fəryadıdır. 21-Namaz çirkinliklərlə mübarizədir. 22-Namaz imanı təkmilləşdirən və insanın meracıdır. 23-Namaz Allaha eşqi izhar etməkdir. 24-Namaz pərhizkarların və ariflərin yoldaşıdır. 25-Namaz özünü yaddan çıxarıb, İlahi eşqə qovuşmaqdır. 26-Namaz doğruluğun başlanğıcıdır. 27-Namaz behiştin ətirli nəsimidir. 28-Namaz günahlardan tövbə edib, İlahi fitrətə qayıtmaqdır. 29-Namaz bəndəlik nurunun həyatın şərqindən və übudiyyətin Sina dağından saçmasıdır. 30-Namaz Allahla danışmaqdır. 31-Allah-taala “Nisa” surəsinin 103- cü ayəsində buyurur: “Namaz qılın, çünki namaz möminlərə müəyyən vaxtlarda vacib edilmişdir.” 32-Namaz qılanda qünutu və səcdələri uzatmaq insanı cəhənnəm əzabından saxlayır. 33-Namaz İlahinin məhrəm yeri və varlıq kəbəsində qəlbin təvafıdır. 34-Namaz müsəlmanların əməli əhdləridir. 35-Namaz azadlığın yaşıl paltarı və
Allaha doğru hicrət etməkdir. 36-Namaz Allahı yad etməyi qəlbdə dirildir. 37-Namaz qəlb əhlinin istəyi və Peyğəmbərin dostudur. 38-Namaz Şeytanla mübarizə edib, Allahla əhd-peyman bağlamaqdır. 39-Namaz məbudla ünsiyyətdə olmaq və ruhi yüksəlişdir. 40-Namaz dini abad edib, şeytanları zəlil etməkdir.
[cavab]
Qaynar
5 Noy 2013 / 15:02
Çox saq ol.
[cavab]
bad-boy1
6 Noy 2013 / 02:30
twk edirem.
[cavab]
zamka
6 Noy 2013 / 04:16
bad-boy1, Allah razi olsun
[cavab]
aziz15
6 Noy 2013 / 04:39
cox sagol exi
[cavab]
Bölmeye qayıt