==XANIM ZEHRAYA AID WEIR: AGLADI==

pol bad-boy1 5 Noy 2013 / 14:29
Səni sordum çiçəklərin şahına, Qızılgül boynunu bükdü ağladı.
Lalə səcdə qıldı haqq dərgahına, Yasəmən göz yaşı tökdü ağladı. Nərgiz nalə çəkdi qan yaş tükərək, Sünbül ey, vay dedi içinə çəkərək. Süsən məsum-məsum boyun bükərək, Döndü Gülustana baxdı ağladı. Rehan olmaz dedi belə bir zülüm, Gül dedi kaş mənə gələydi ölüm. Sizə necə qıydı o qanlı zalım, Mismardan qızıl qan axdı ağladı. Od vurulan qapı din qapsıydı, Ümmətə Rəhmətin son qapısıydı. Oysa onlar üçün kin qapısıydı, Zülüm ərşi əlaya çıxdı ağladı. Bir çiçək misalı solunca Zəhra, Qapı arxasında qalınca Zəhra Zalım zərbəsiylə ölüncə Zəhra, Alinin güşəsi çökdü ağladı...

[cavab]

pol O(e)GELECEK 5 Noy 2013 / 15:33
bad-boy1, Eli o gunden mezlum oldiki zehra dunyadan getdi
Derveseti kuca tura mizeden
Kaw becayi tu mera mizeden
ya Zehra

[cavab]

pol O(e)GELECEK 5 Noy 2013 / 15:34
ehsenullah xaliqun

[cavab]

pol bad-boy1 6 Noy 2013 / 02:30
O(e)GELECEK, ALLAH RAZI OLSUN

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1475 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az