..::Allahın Evi::..

pol aze 4 Noy 2013 / 23:40
Allah Evi olan Kəbədə əbədi qalan
iz (Hər kəs paylaşsın zəhmət
olmasa)
Kəbənin Həzrəti Əlinin (əleyhi
salam) anası üçün yarıldığı yerə
indilərdə "Müstecar" deyilməkdədir
və "Ruknu Yeməni"yə (Yəmən
Küncünə) yapışıq vəziyyətdədir.
O gündən bu yana 1440 il
keçməkdədir, bu zamana qədər
Kəbə dəfələrlə təmir edilmişdir
amma hər dəfə təmir və yenidən
edilməsindən sonra və hətta
daşlarının dəyişdirilməsin ə
baxmayaraq yenə də yarılan yer
hər dəfə açıq bir şəkildə ortaya
çıxmaqdadır.
Əhli Beyt Xəbər Agentliyi ABNA
Əhli sünnə və Şiənin səhih qaynaq
kitabları əsasına görə, Əməril
Möminin Əli ibn Əbu Talib (əleyhi
salam) «Amul-fil»-in (fil ilinin)
otuzuncu ilində (hicrətdən iyirmi
üç il əvvəl) rəcəb ayının 13-ü
Kəbədə Allahın evində dünyaya
göz açmışdır.
Ərəb tarixçilərin yazdığına görə:
Həzrəti Əlinin (əleyhi salam) anası
"Fatimə binti Əsəd" (selamullah
əleyhə) doğum anı
yaxınlaşdığında sancıları artmış o
da Kəbənin yanına gedərək bu
şəkildə bir münacat etmişdir:
"Allahım! Mən sənə və sənin
tərəfindən göndərilən bütün
peyğəmbərlərə və kitablara
inanıram və bu binanı edən
cəddim İbrahimi Xəlil peyğəmbərin
sözlərini təsdiq edirəm. İlahi! Bu
binanı edən və qarınımda olan bu
uşağın hörməti haqqı üçün bu
uşağın doğumunu asanlaşdır."
Bu duanın ardınca qəflətən Kəbə
yarılmış və Həzrəti Fatimə Kəbənin
içinə girərək gözlərdən itmişdir.
Daha sonra Kəbə təkrar əvvəlki
halına gəlmişdir. Xalq
narahatlıqlanmı ş və Kəbənin
kilidli olan qapısını açmaq üçün
cəhd etmələrinə baxmayaraq aça
bilməmişlər, sonra bu işin üçün də
başqa bir işin olduğunu anlayaraq
hadisənin Allah tərəfindən
reallaşdırıldığ ının fərqinə
varmışlar.
Ehli Sünnə qardaşlarımızın ən
böyük alimlərindən hesab edilən
Hakim Nişaburi özünün
"Müstədrək" adlı əsərində yazır.
ﻓﻘﺪ ﺗﻮﺍﺗﺮﺕ ﺍﻷﺧﺒﺎﺭ ﺃﻥ ﻓﺎﻃﻤﺔ ﺑﻨﺖ ﺃﺳﺪ
ﻭﻟﺪﺕ ﺃﻣﻴﺮ ﺍﻟﻤﺆﻣﻨﻴﻦ ﻋﻠﻲ ﺑﻦ ﺃﺑﻲ ﻃﺎﻟﺐ
ﻛﺮﻡ ﺍﻟﻠﻪ ﻭﺟﻬﻪ ﻓﻲ ﺟﻮﻑ ﺍﻟﻜﻌﺒﺔ
"Mütavatir rəvayətlərdə gəlib ki,
Fatimə binti Əsəd Əmirəlmöminin
Əli ibn Əbu Talibi Kəbənin içində
dünyaya gətirib."
Şeyx Müfid yazır:
ﻭﻟﺪ ﺑﻤﻜﺔ ﻓﻲ ﺍﻟﺒﻴﺖ ﺍﻟﺤﺮﺍﻡ ﻳﻮﻡ ﺍﻟﺠﻤﻌﺔ
ﺍﻟﺜﺎﻟﺚ ﻋﺸﺮ ﻣﻦ ﺭﺟﺐ ﺳﻨﺔ ﺛﻼﺛﻴﻦ ﻣﻦ
ﻋﺎﻡ ﺍﻟﻔﻴﻞ ، ﻭﻟﻢ ﻳﻮﻟﺪ ﻗﺒﻠﻪ ﻭﻻ ﺑﻌﺪﻩ
ﻣﻮﻟﻮﺩ ﻓﻲ ﺑﻴﺖ ﺍﻟﻠﻪ ﺗﻌﺎﻟﻰ ﺳﻮﺍﻩ ﺇﻛﺮﺍﻣﺎ
ﻣﻦ ﺍﻟﻠﻪ ﺗﻌﺎﻟﻰ ﻟﻪ ﺑﺬﻟﻚ ﻭﺇﺟﻼﻻ ﻟﻤﺤﻠﻪ
ﻓﻲ ﺍﻟﺘﻌﻈﻴﻢ
"(Hz.Əli) Ammul fil ilindən 30-il
keçmiş,Rəcəb ayının 13-ündə
cümə günü Məkkə şəhərində
Kəbənin içində dünyaya gəldi.
Ondan qabaq nədə sonra Allah
evində dünyaya gələn olmadı.
Onun Allah evində dünyaya
gəlməsi fəzilət və şərafətdir ki,
Allah təala Onun məqam və
mənzilətinə görə bunu Ona nəsib
edib."
Bax:İrşad c 1 səh 5
Əlinin (ə.s) Kəbədə dünya qəti bir
tarixi gerçəkdir.Əlidə n (ə.s)
başqasının Kəbənin içində
dünyaya gəlmədiyi mövzusunda
ittifaq edilmişdir.
Şeyx Müfid (r.ə) mövzuyla
əlaqədar belə yazır: "
Emirülmüminin Əli (ə.s) Rəcəb
ayının on üçündə Ammulfil ilinin
otuzunda Məkkədə Beytullahın
içində dünyaya gəldi. Nə Əlidən
əvvəl nə də ondan sonra kimsəyə
o mübarək məkanda dünyaya
gəlmə səadətinə nail ola
bilməmişdir.Əli nin (ə.s) Kəbədə
dünyaya gəlişi bir fəzilət və
şərəfdir ki uca Allah bunu yalnız o
həzrətə məxsus etmişdir."
(Şeyx Müfid: Əbi Abdillah
Məhəmməd b. Numan Əkbəri əl-
Bağdadi [413 H] əl-İrşad Fi Bacarığı
Hucecillahi Alel İbad c. 1. s. 5
Təhqiq: Muessesetu Alilbeyt [ə.s] Li
Tahkiki't-Turas . Nəşrçi: Darul
Müfid Lit-tibaeti Ven-Neşru və
Tavzii: Beyrutukınçı Nəşr 1414 H.
1993 M.)
Əli ibn Hüseyn Məsudu, Şafei
məzhəbinin məşhur tarixçisidir. Hz.
Amirülmüminin Əli (ə.s) Kəbədə
dünyaya gəlişi haqqında belə
deyir: "Əlinin doğum yeri Kəbədir."
(əl-Məsudu; Əbul Həsən Əli b
Hüseyn b Əli (346.H) Murucuz-
Zeheb c. 1, s. 313)

[cavab]

pol O(e)GELECEK 5 Noy 2013 / 00:20
ehsen exi mawallah

Dunyaya Geluwun Allah Evinde
Dunyadan Gediwunde Allah Evinde

Lәbbeyk Ya Әli

[cavab]

pol aze 5 Noy 2013 / 00:25
O(e)GELECEK, Allah razı olsun

[cavab]

pol ErRoR_MEDVED 5 Noy 2013 / 00:34
Allah razi olsun,Masallah gozel movzular acirsan,belke cahil adamlar nese anlar ve haqin yoluna qayidar InseAllah

[cavab]

pol aze 5 Noy 2013 / 00:40
ErRoR_MEDVED, Allah sene yar olsun

[cavab]

pol *Duyqu* 5 Noy 2013 / 00:46
Allah razi olsun qaqa

[cavab]

pol aze 5 Noy 2013 / 00:52
*Duyqu*, Allah sene yar olsun

[cavab]

pol zamka 5 Noy 2013 / 04:04
aze, Cox gozeldi, allah razi olsun

[cavab]

pol aze 5 Noy 2013 / 09:48
zamka, Allah razı olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1577 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az