..::Ibrətamiz Hekayə::..
aze
4 Noy 2013 / 17:02
Paxıl qadın (ibrətamiz hekayə)
Çox paxıl bir qadın vardı. Qadının
Xacə Salman adlı qonşusu isə
alicənab və varlı kişi idi. Qadının
kişiyə paxıllığı tutur, sərvətini
dağıtmağa, onu isə hörmətdən
salmağa çalışırdı. Lakin əlindən bir
iş gəlmir, Xacə isə öz həyatını
yaşayırdı. Günlərin bir gün paxıl
qadın Xacəni zəhərləmək fikrinə
düşdü. Bir qədər halva bişirib ona
xeyli zəhər qatdı. Səhər tezdən
eşiyə çıxıb Xacənin gəlişini gözlədi.
Xacə evdən çıxan kimi qadın
çörəyin üzərinə qoyulmuş halvanı
ona uzadaraq dedi: “Ehsandır”.
Xacə qonşusunun “ehsan” payını
alıb, tələsdiyindən halvanı
yemədən yola düzəldi. Yolda iki
yorğun və ac gənclə rastlaşdı.
Xacənin onlara ürəyi yandı. Halva
ilə çörəyı onlara verdi. Gənclər
sevinclə çörəyi Xacədən alıb
yedilər. Çox keçmədi ki, hər ikisi
dünyasını dəyişdi.
Xəbər padşaha çatdı. Xacəni
yaxalayıb saraya gətirdilər.
Mühakimə zamanı əhvalatı olduğu
kimi danışdı. Padşah qadını
çağırtdırdı. Qadının gözləri ölmüş
gənclərə sataşanda vay-şivənlə
ağlamağa başladı. Məlum oldu ki,
ölənlərdən biri qadının oğlu, digəri
isə qardaşıdır. Baş vermiş
müsibətin ağırlığına tab gətirə
bilməyən qadın da bir neçə
gündən sonra vəfat etdi.
Bəli, özü yıxılan ağlamaz, deyiblər.
Bu paxıl qadın öz əli ilə qəbrini
qazdı, iki boylu-buxunlu gənci
paxıllığına qurban verdi. Sağ ikən
həmişə paxıllıq ona əzab verirdi,
sonda da bu pis niyyəti
ucbatından həlak oldu. Belələri
axirətdə də Allahın qəzəb atəşində
yanıb kül olacaq.
[cavab]
zamka
4 Noy 2013 / 17:35
superdi, cox sag ol aze
[cavab]
aze
4 Noy 2013 / 17:43
zamka, Allah razı olsun
[cavab]
beli
4 Noy 2013 / 18:06
-
[cavab]
aze
4 Noy 2013 / 18:09
beli, Allah razı olsun
[cavab]
semi007
4 Noy 2013 / 18:10
superdi qaqaş şox sagol yazdigin üçün
[cavab]
aze
4 Noy 2013 / 18:14
semi007, Allah razı olsun
[cavab]
*K_I_L_L_E_R*
4 Noy 2013 / 18:56
aze, superdi qaqas -_^
[cavab]
aze
4 Noy 2013 / 19:21
*K_I_L_L_E_R*, Allah razı olsun
[cavab]
Bölmeye qayıt
0.1414 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az